Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2285/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İİ 582088 seriyalı xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 adlı bir uşaqları doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur.
2. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2008/2023 saylı, xx.xx.2023-cü saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir.
3. xx.xx.2024-cü il tarixli, MŞG/MT0032/2024-00169 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.
4. “Elektron Məhkəmə İnformasiya Sistemi”dən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə ümumi təhsil məktəbində müəllim işləyir və əmək haqqı 1348.33 manat təşkil edir.
5. “Elektron Məhkəmə İnformasiya Sistemi”dən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh Qarayev X2 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində hüquqşünas işləyir və əmək haqqı 694 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 2(076)-2008/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan 170 manat aliment məbləğinin miqdarının artırılaraq, cavabdehdən hər ay bir uşağa görə 250 manat məbləğində aliment pulu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün hər ay 170 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin aliment pulu ilə uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Uşağın geyimlərini və qidalarını ödəməyə çətinlik çəkir. Uşaq böyüyüb məktəblidir. Ona görə də, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 2(076)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan 170 manat aliment məbləğinin miqdarı artırılaraq, cavabdehdən hər ay bir uşağa görə 250 manat məbləğində aliment pulu alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki aliment məbləği təyin edilən vaxtda onun əmək haqqı eyni olmuş, hazırda da əmək haqqında heç bir artım olmamışdır. Azərbaycan RespublikasıMPM 385.1.1–ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gəlmək üçün isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə əməl etməyərək hər hansı sübutlara əsaslanmamışdır. Azərbaycan Respublikası MPM 385.1.1–ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
13. Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən daxil olmuş etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh dövlət işində işləyir, həmçinin fərdi əməklə məşğuldur və kifayət qədər gəliri vardır. Uşağı məktəblidir və bir neçə fəndən hazırlığa gedir. 220 manat belə onun geyimini qidasını təhsil ləvazimatlarını ödəmir. Cavabdeh qərəzli şəkildə hazırki qətnamıdın apellyasiya şikayəti vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, hazırda ekologiya idarəsində hüquqşünas işləyir və 400 manat əmək haqqı alır. Məhkəmənin suallarında cavab olaraq bildirmişdir ki, alimentin artırılmasını istəmir. Uşaq özü də 350 manat pensiya alır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, o, ingilis-dili müəlliməsi işləyir və 1000 manat əmək haqqı alır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin suallarında cavab olaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar repititor fəaliyyəti ilə məşğul ola bilmir. Uşaq Bakı şəhərində yaşayır, kirayədə qalır və müalicədədir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
16. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
23. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsi Cavabdeh tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilərək, cavabdehdən 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.
36. Belə ki, iş materialları və məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün hər ay 170 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı həmin aliment pulu ilə uşağın maddi ehtiyaclarını ödəmədiyini, uşağın geyimlərini və qidalarını ödəməkdə çətinlik çəkdiyini əsas gətirərək, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 2(076)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan 170 manat aliment məbləğinin miqdarı artırılaraq, cavabdehdən hər ay bir uşağa görə 250 manat məbləğində aliment pulu alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2008/2023 saylı, xx.xx.2023-cü saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edildiyi həmin vaxtdan 1 il vaxt keçmişdir. Azərbaycan Respublikasında 2023-cü il üzrə uşaqlar üçün yaşayış minumumu 220 manat məbləğində müəyyən edilmiş, 2024-cü il üzrə isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir ki, bununla da hazırkı vaxtadək 2023-cü ilə münasibətdə uşaqlar üçün yaşayış minumumu məbləğində artım baş vermişdir. Buna görə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olmamasını nəzərə alsaq, məhəkəmə kollegiyası birinci instansiya məhkəməsinin aliment məbləğini 50 manat məbləği həddində artırmasını əsaslı hesab etməmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində əmək haqqının məbləğində heç bir artım olmaması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Buna baxmayaraq kollegiya cavabdehin əmək haqqının məbləğini, əlavə heç bir yerdən gəlirinin olmamasını, iddiaçının işləməsi və yüksək əmək haqqı almasını, uşağın saxlanılması üçün dövlət tərəfindən pensiya müəyyən edilməsi hallarını da nəzərə almışdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”dən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı Qazax- Tovuz Regional Təhsil İdarəsi üzrə ümumi təhsil məktəbində müəllim işləyir və 1348.33 manat əmək haqqı alır, cavabdeh Qarayev X2 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində hüquqşünas işləyir və 694 manat əmək haqqı alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi aliment məbləğini artırarkən 2024-cü ildə yaşayış minimumun artırılmasına istinad etsə də, aliment məbləği yaşayış minimumun artırılması məbləğinə uyğun olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
40. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsi Cavabdeh tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilərək, cavabdehdən 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392-393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1806/2024 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına catanadək saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.