Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-229/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkılatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kreditin, faizlərin, cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 saylı qətnaməsi ilə (hakim A.İskəndərov) iddianın təmin olunması, Cavabdeh banka olan əsas kredit borcu üzrə 1748 (bir min yeddi yüz qırx səkkiz) ABŞ dolları, kredit faizləri üzrə 569 (beş yüz altmış doqquz) ABŞ dolları, cərimə faizləri üzrə 240 (iki yüz qırx) ABŞ dolları olmaqla ümumilikdə 2557 (iki min beş yüz əlli yeddi) ABŞ dolları və dövlət büdcəsinə ödənilmış 20 manat dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh məxsus, banka girov qoyulmuş, dəyəri 100 ABŞ dolları, çəkisi 7.3 qram olan 1 ədəd boyunbağına, dəyəri 500 ABŞ dolları məbləğində olan 1 ədəd kompüter, dəyəri 700 ABŞ dolları məbləğində olan mebel dəsti, dəyərı 300 ABŞ dolları məbləğində olan 6 ədəd xalça, dəyəri 100 ABŞ dolları məbləğində olan “Samsunq” markalı 1 ədəd televizora, dəyəri 300 ABŞ dolları məbləğində olan 1 ədəd “NORD” markalı soyuducuya yönəldilməsi, əşyaların hərracda satılması, həmin əşyaların satılmasından əldə olunan pul vəsaiti hesabına Cavabdeh Bank olmayan Kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini, həmçinin onun adından saxta imzalar edilməklə, saxta sənədlər əsasında kredit ayrılması və həmin kreditin mənimsənilməsi faktının mövcudluğunu nəzərə alaraq materialların araşdırma aparılmasından ötrü prokurorluğa göndərilməsinə dair xüsusu qərar qəbul edilməsini, eyni zamanda ödədiyi 50 manat dövlət rüsumunun iddiaçıdan alınaraq ona qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Bank Olmayan Kredit Təşkılatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus dəyəri 100 ABŞ dolları, çəkisi 7.3 qram olan 1 ədəd boyunbağı, dəyəri 500 ABŞ dolları məbləğində olan 1 ədəd kompüter, dəyəri 700 ABŞ dolları məbləğində olan mebel dəsti, dəyəri 300 ABŞ dolları məbləğində olan 6 ədəd xalça, dəyəri 100 ABŞ dolları məbləğində olan “Samsunq” markalı 1 ədəd televizor və dəyəri 300 ABŞ dolları məbləğində olan 1 ədəd “NORD” markalı soyuducunun götürülməsi, həmin əşyalara tutmanın yönəldilməsi və hərracda satılması, həmin satılmış əşyalardan əldə olunmuş pul vəsaiti hesabına kredit üzrə 1748 (bir min yeddi yüz qırx səkkız) ABŞ dolları, kredit faizləri üzrə 569 (beş yüz altımış doqquz) ABŞ dolları, cərimə faızləri üzrə 240 (iki yüz qırx) ABŞ dolları olmaqla ümumilikdə 2557 (iki min beş yüz əlli yeddi) ABŞ dolları və dövlət büdcəsinə ödənilmış 20 manat dövlət rüsumunun tutularaq Bank olmayan Kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bank olmayan Kredit təşkılatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” fılalı ilə Cavabdeh arasında bağianmış xx.xx.2011-ci il tarixli LD 11195/00079 saylı kredıt müqaviləsinə əsasən cavabdehlə 24 (iyirmi dörd) ay müddətinə xx.xx.2013-cü il tarixə qədər aylıq borcunun 3,00 % dərəcəsini tətbiq etməklə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi xx.xx.2011-ci il tarixli girov müqaviləsınə əsasən Cavabdeh oğiuna məxsus və dəyəri 100 ABŞ dolları, çəkisi 7.3 qram olan 1 ədəd boyunbağı, dəyəri 500 ABŞ dolları məbləğində olan 1 ədəd kompüter, dəyəri 700 ABŞ dolları məbləğində olan mebel dəsti, dəyəri 300 ABŞ dolları məbləğində olan 6 ədəd xalça, dəyəri 100 ABŞ dolları məbləğində olan “Samsunq” markalı 1 ədəd televizor, dəyəri 300 ABŞ dolları məbləğində olan 1 ədəd “NORD” markalı soyuducu girov qoyulmuşdur. Cavabdeh Zahıd oğlu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəliyi yerınə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Bununla da Cavabdeh onunla bağlanmış müqavilə şərtlərini pozaraq ödənişi dövrü olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsınə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstəırilir ki, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə o, xx.xx.2011-ci ildə kredit müqaviləsi bağlamışdır. Halbuki o, xx.xx.2011-ci il tarixdə Respublikanın dövlət sərhədini keçərək Rusiya Federasiyasına getmişdir. Oradan xx.xx.2012-ci il tarixdə qayıtmışdır. Bu barədə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin arayışını şıkayətinə əlavə etmişdir. Təqribən 1 ay əvvəl “Express Bank”da kredit xətti açdırmaq istəmiş, məlum olmuşdur ki, guya o, xx.xx.2011-ci il tarixdə Bank olmayan kredit təşkilatı "xxxx" MMC-dən kredit götürmüş və həmin kreditin təminatı kimi ev əşyalarını guya girov qoymuşdur. Ona bildirdilər ki, krediti tam ödəmədiyinə görə adı qara siyahıya düşdüyündən kredit xətti açdırmağı mümkün deyildir. Buna görə o, qətnaməni götürmək üçün məhkəməyə müraciət edib, poçt vasitəsi ilə onu xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmə qətnaməsində göstərilən girov qoyulmuş əşyalar ona məxsus deyildir. Məhkəmədə iştirak etmədiyi üçün iddiaya qarşı etirazını bildirməmişdir. Məhkəməyə iddiaçının verdiyi iddia ərizəsinin surəti ona göndərilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin tam və obyektiv tədqiqinə şərait yaratmamışdır. Məhkəmə qətnaməsində göstərilmişdir ki, guya məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmişdir, amma o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əslində isə yuxanda qeyd edilən arayışdan görünür ki, məhkəmə iclası zamanı, yəni xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək xaricdə olmuşdur. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, heç bir vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, cavabdehin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bank olmayan Kredıt təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14.07 2011-ci il tarixli LD 11195/00079 saylı borc müqaviləsinə əsasən Cavabdeh BOKT "xxxx" MMC-dən dövriyyə vəsaitinin artırılması üçün 24 (iyirmi dörd) ay müddətinə xx.xx.2013-cü il tarixədək aylıq 3,00 % dərəcəsi olmaqla 2000 (iki min) ABŞ dolları məbləğində kredit almışdır. İş materiallarında olan Cavabdeh Zahıd oglu ilə baglanmış xx.xx.2011-ci il tarixli LD 11195/00079 saylı müqaviləyə əlavə edilmiş, borc və ona hesablanmış faizlərin ödəniş cədvəlinin surətindən görünür ki, şəxsi istehlak məqsədi üçün 24 (iyirmi dörd) ay müddətinə xx.xx.2013-cü il tarixə qədər aylıq borcunun 3,00 % dərəcəsini tətbiq etməklə 2000 (iki min) ABŞ dolları pul vəsaitinin ödəmək şərti ilə borc verilmişdir. Cavabdeh Zahıd oğlu kreditin qaytarılmasını dayandırmış, ödəniş cədvəlini pozmuş, müqavilənin müddəti bitsə də, pulu qaytarmamışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli LD 11195/00079 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus dəyəri 100 ABŞ dolları, çəkisi 7.3 qram olan 1 ədəd boyunbağı, dəyərı 500 ABŞ dolları məbləğində olan 1 ədəd kompüter, dəyəri 700 ABŞ dolları məbləğində olan mebel dəsti, dəyəri 300 ABŞ dolları məbləğində olan 6 ədəd xalça, dəyəri 100 ABŞ dolları məbləğində olan “Samsunq” markalı 1 ədəd televizor və dəyəri 300 ABŞ dolları məbləğində olan 1 ədəd “NORD” markalı soyuducu girov qoyulmuşdur. İş materiallarında olan Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın rəhbərliyi tərəfindən Cavabdeh xx.xx.2011-ci il tarixli LD 11195/00079 saylı kredit müqaviləsinin icra etməməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödənişi vaxtında etmədiyi halda tələbin məhkəmə qaydasında həll ediləcəyi bildirilmişdir. Məhkəmə kollegiyası tərəfindən xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/160 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında olan xx.xx.2011-ci il tarixli LD 11195 00079 nömrəli kredit müqaviləsinin üz və arxa tərəflərində “BORCALAN” qrafalarındakı imzalar; 6-7-ci vərəqlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında olan xx.xx.2011-ci il tarixli LD 11195 00079 nömrəli girov müqaviləsinin 1-ci və 2-ci vərəqlərində “GİROVQOYAN” qrafalarındakı imzalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında olan xx.xx.2011-ci il tarixli LD 11195 00079 nömrəli kredit müqaviləsinin üz və arxa tərəflərində “BORCALAN” qrafalarındakı imzalar; 6-7-ci vərəqlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında olan xx.xx.2011-ci il tarixli LD 11195 00079 nömrəli girov müqaviləsinin 1-ci və 2-ci vərəqlərində “GİROVQOYAN” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında olan xx.xx.2011-ci il tarixli LD 11195 00079 nömrəli kredit müqaviləsinin üz və arxa tərəflərində “BORCALAN” qrafalarındakı imzalarda; 6-7-ci vərəqlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı ilə X3 arasında olan xx.xx.2011-ci il tarixli LD 11195 00079 nömrəli girov müqaviləsinin 1-ci və 2-ci vərəqlərində “GİROVQOYAN” qrafalarındakı imzalarda Cavabdeh həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən olundu. Ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-38/9-2-357 nömrəli məktubdan görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ölkə hüdudlarından kənarda olmuşdur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli LD 11195/00079 saylı müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh Zahıd oğlu müqavilə üzrə üzərinə götürduyü öhdəliyi icra etməyərək borcun müəyyənləşdirilmiş qaydada geri qaytarılmasına əməl etməmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1 və 465.2-ci maddələrinin tələblərinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin kredit müqaviləsi ilə bağlı gəldiyi nəticə o halda doğru olardı ki, bağlanmış müqavilə tərəflərin iradəsinə və qanunvericiliyin tələblərinə uyğun olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406,3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan göründüyü kimi müqavilə mülki hüquq və vəzifələrin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. İş materiallarındakı müqavilə yazılı qaydada bağlandığına görə tərəflərin imzası ilə təsdiq olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi borc müqaviləsi yazılı qaydada bağlanmış olsa da, həmin müqavilədə borcalan qrafasındakı, və işdəki girov müqaviləsində girov qoyan qrafalarındakı imzalar Cavabdeh məxsus deyildir. Digər tərəfdən işdəki sənədlərdən göründüyü kimi Cavabdeh 14 iyul 2011-ci il tarixdə ölkə hüdudlarından kənarda olmuşdur. Bu isə Cavabdeh 14 iyul 2011-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialında borc müqaviləsi bağlayaraq imza etməsini istisna edir. Göründüyü kimi iddiaçı tərəfindən onunla Cavabdeh arasında bağlanmıs 14 07 2011cı il tarixli LD 11195/00079 kredit müqaviləsinin bağlanmasında mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına, habelə kredit verilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi X4 tərəfindən 2008-ci il 18 noyabr tarixdə təsdiq edilmiş və 10 dekabr 2008-ci ildə dövlət qeydiyyatına alınmış, zamana görə qüvvədə olan “Banklarda kreditlərin verilməsi Qaydaları”na uyğun deyildir. Belə ki, adı çəkilən “Qaydalar”a 1 saylı Əlavəyə görə hər borcalan üçün kredit dosyesində (tarixçəsində) faktiki mövcud sənədlərin siyahısı olmalı və dosyeyə minimum aşağıdakı sənəd və məlumatlar (elektron və ya kağız daşıyıcılar formatında) daxil edilməlidir; ümumi sənədlər-Borcalanın özünün, yaxud onun vəkalətli şəxsinin (şəxslərinin) imzası ilə təsdiq edilmiş tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit sifarişi; Borcalan fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti; Borcalanın ünvanı (olduğu yer), əlaqə telefonu, faks nömrəsi və elektron poçt ünvanı (mövcud olduqda); Borcalan hüquqi şəxs olduqda rəhbərin adı, soyadı, atasının adı; Borcalanın fəaliyyət sahəsi (fiziki şəxsin məşğuliyyət sahəsi və ya sosial statusu) barədə məlumat; Hüquqi şəxsin mövcudluğunu təsdiq edən hüquqi sənədlərin (təsis və dövlət qeydiyyatına dair sənədlər) müvafiq qaydada təsdiq olunmuş surətləri; Borcalan hüquqi şəxs olduqda onun səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı və kredit sənədlərini imzalamaq hüququ olan şəxsin səlahiyyətini təsdiq edən sənəd; Vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) göstərməklə vergi orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surəti (qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda); Kreditin ödənilməsi mənbəyi (əsas və ehtiyat mənbələr göstərilməklə); Kreditin təminatlı və ya təminatsız olması barədə məlumat; Kreditin təminatı; Bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat; Biznes-plan (kreditin növündən asılı olaraq tələb olduqda); Daxili prosedurlarla nəzərdə tutulmuş qaydada kreditin verilməsinə dair bankın müvafiq bölmələrinin və ya səlahiyyətli şəxslərinin rəyi; Bankın səlahiyyətli bölmələrinin kreditlərin verilməsinə dair iclas protokolunun surəti və ya müvafiq səlahiyyətli şəxslərin imzası ilə kreditin verilməsi haqqında çıxarılmış qərar; Kredit müqaviləsi; Borcalan fiziki şəxs olduqda əmək haqqı, tutduğu vəzifə və iş müddəti göstərilməklə onun iş yerindən arayış və/və ya fiziki şəxsin digər mənbələrdən aldığı gəlir (təqaüd, miras, maddi yardım, dividend, kompensasiya və s.) barədə rəsmi qaydada təsdiq edilmiş arayış; Bu Qaydalarda nəzərdə tutulmuş hallarda borcalanın öhdəlikləri barədə Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) əldə edilmiş arayış; Borcalan hüquqi şəxs olduqda onun başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş son illik və son hesabat dövrünün maliyyə hesabatları. Borcalan banka aidiyyəti hüquqi olan şəxs olduqda onun auditor rəyi ilə təsdiq edilmiş ən azı son iki illik maliyyə hesabatları; Borcalan hüquqi şəxs olduqda, kreditin müddəti ərzində rüblük maliyyə hesabatları; Borcalan hüquqi şəxs olduqda onun korporativ idarəetmə strukturuna dair bankın rəyi; Bir borcalanla və ya bir-biri ilə əlaqədar borcalanlarla bağlı cəmləşmə riski barədə məlumat (belə hal baş verdikdə); Borcalan hüquqi şəxs olduqda bank tərəfindən müəyyən edilmiş borcalanın reytinqi; Kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlər (borcalanın satıcı və podratçılarla müqavilələrinin surəti, xərcləri təsdiq edən sənədlər və s.); Kredit müddəti ərzində kreditin təyinatı üzrə istifadə olunması və borcalanın maliyyə vəziyyətinin yoxlanması və monitorinqinin nəticələrinə dair bankın müvafiq bölməsi tərəfindən tərtib olunmuş hesabat; Kredit ödəmə qrafiki və faktiki ödənişlər (tarixlər və məbləğlər göstərilməklə) barədə məlumat; Kreditin restrukturizasiyasını təsdiq edən əlavə müqavilə və sənədlər. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öhdəliyinin yaranması üçün əsas kimi göstərilən xx.xx.2011-cı il tarixli LD 11195/00079 saylı kredit müqaviləsi cavabdeh tərəfindən imza edilməmişdir. Borc tələbi isə müqavilə üzrə yaranan öhdəlikdir. Həmin müqavilədəki “Borcalan” və “Girovqiyan” qrafalarındakı imzalar cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilədə, cavabdehin imzasının olmaması isə o deməkdir ki, həmin tələb üzrə cavabdehin öhdəliyi yaranmamışdır. Belə olan halda Cavabdeh Bank olmayan Kredıt təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2000 (iki min) ABŞ dolları kreditin götürülməsi öz təsdiqini tapmadığından xx.xx.2011-ci il tarixli LD 11195/00079 saylı kredit müqaviləsi üzrə iddia tələbi təmin edilməməli, iş üzrə 138,0 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasınıən MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 saylı ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Bank Olmayan Kredit Təşkılatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən banka olan əsas kredit borcu üzrə 1748 (bir min yeddi yüz qırx səkkiz) ABŞ dolları, kredit faizləri üzrə 569 (beş yüz altmış doqquz) ABŞ dolları, cərimə faizləri üzrə 240 (iki yüz qırx) ABŞ dolları olmaqla ümumilikdə 2557 (iki min beş yüz əlli yeddi) ABŞ dolları və dövlət büdcəsinə ödənilmış 20 manat dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh məxsus, banka girov qoyulmuş, dəyəri 100 ABŞ dolları, çəkisi 7.3 qram olan 1 ədəd boyunbağına, dəyəri 500 ABŞ dolları məbləğində olan 1 ədəd kompüter, dəyəri 700 ABŞ dolları məbləğində olan mebel dəsti, dəyərı 300 ABŞ dolları məbləğində olan 6 ədəd xalça, dəyəri 100 ABŞ dolları məbləğində olan “Samsunq” markalı 1 ədəd televizora, dəyəri 300 ABŞ dolları məbləğində olan 1 ədəd “NORD” markalı soyuducuya yönəldilməsi, əşyaların hərracda satılması, həmin əşyaların satılmasından əldə olunan pul vəsaiti hesabına Cavabdeh Bank olmayan Kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin İş üzrə ekspertiza xərci 138 manat iddiaçı Ləğv prosesində olan BOKT "xxxx" X1 tulularaq SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE**********000 ******* saylı hesaba keçirilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-229/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-229/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver