Məhkəmə qərarları › İş №2(104)-2291/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2291/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2291/2023 31.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh6, X4, Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğluna, Cavabdeh10 və Cavabdeh11 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdehlər Cavabdeh5, Cavabdeh14 və Cavabdeh10 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-360/2023 saylı mülki iş üzrə 17 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli, 2 (021)-1417/2009 nömrəli məhkəmə əmrinə əsasən borclulardan müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun cəmi 14905,78 manat borcun tutulmasına dair əmr verilmişdir.

2. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Borcalan Banka xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 600 manat əsas, 126 manat faiz, cəmi 726 manat pul ödəniş etmişdir.

3. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, BB 122101 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh5 600 EUR, Cavabdeh6 600 EUR, X4 600 EUR, Cavabdeh3 600 EUR, Cavabdeh17 600 EUR, Cavabdeh9 600 EUR, Cavabdeh12 600 EUR, Cavabdeh14 600 EUR, Cavabdeh15 600 EUR, Cavabdeh8 600 EUR, Cavabdeh18 600 EUR, Cavabdeh13 İsbəndiyar oğluna 600 EUR, Cavabdeh2 600 EUR, Cavabdeh4 600 EUR, Cavabdeh16 600 EUR, Cavabdeh1 600 EUR, Cavabdeh20 600 EUR, Cavabdeh19 Yəhya oğluna 600 EUR, Cavabdeh10 600 EUR və Cavabdeh11 600 EUR olmaqla ümumilikdə 12000 EUR nəğd qaydada ödənilmişdir.

4. İş materiallarında olan xx.xx.2008 tarixli, 122101 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" X7 (hazırda Yelobank) Açıq Səhmdar Cəmiyyəti birgə borclulara, Cavabdeh5, Cavabdeh6, X4, Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğluna, Cavabdeh10 və Cavabdeh11 hər birinə 600 EUR olmaqla 12 ay müddətinə, illik 26 faizlə, cəmi 12000 EUR məbləğində kredit verilmişdir.

5. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli, KBD12063 nömrəli Maliyyə Arayışından görünür ki, birgə borcluların 8892.08 əsas borc, 2154.32 cərimə borcu, 5779.83 əldən çıxmış fayda, cəmi borc 16.826.33 avro borclarının olduğu müəyyənləşmişdir.

6. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/285 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 219-223-cü vərəqlərində olan 03 noyabr 2008-ci il tarixli, 122101 nömrəli kredit müqaviləsinin sonuncu vərəqində 19-cu sırada "X11” adı qarşısında "İmza” qrafasındakı imza - CAVADOV RASİM DİLƏN oğlu tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Kreditor "xxxx" X7 (hazırda Yelobank) Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh5, Cavabdeh6, X4,Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğluna, Cavabdeh10 və Cavabdeh11 qarşı ərizə ilə məhkəməyə müraciət edərək borclular ilə "xxxx" İKB ASC arasında bağlanmış 03 noyabr 2008-ci il tarixli 121101 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, borclulardan müştərək qaydada 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun cəmi 14905,78 manat borcun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.

8. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli, 121101 N-li "Kredit müqaviləsi" üzrə, "Nikoyl” İKB ASC-nin Bərdə filialı tərəfindən, Bərdə rayonu, Mirzəxan kəndində yaradılmış, 121101 saylı Birgə Borcalanlar qrupu ilə bağlanan qrupun üzvünə, 12 ay müddətinə, illik 26% olmaqla, hər birinə 600 (altı yüz) EUR, cəmi 12 000 (on iki min) EUR məbləğində kredit verilmişdir. Buna müvafiq olaraq, kredit müqaviləsi üzrə tərtib edilmiş "ödəniş cədvəli"nə əsasən, kreditin və kredit faizlərinin Birgə Borcalanlar qrupunun üzvləri tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə borclular - Birgə Borcalanlar qrupunun üzvləri olan Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, X2, Cavabdeh20, Cavabdeh19 Yəhya oğlu, Cavabdeh10, Cavabdeh11, dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, borclular tərəfindən kredit üzrə borclarının qaytarılması üçün heç bir tədbir görülməmişdir.

9. Bərdə rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(021)-1417/2009-cu il tarixli məhkəmə əmri ilə kreditor "xxxx" İKB ASC-nin ərizəsi təmin edilmiş, borclulardan müştərək qaydada 11918,53 manat əsas kredit borcu, 2987,25 manat gecikdirilmiş faiz borcu və 10 manat ödənilmiş dövlət rüsumunun cəmi 14905,78 manat borcun"xxxx" İKB ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmışdır. .

10. Məhkəmə əmri üzrə borclu Cavabdeh10 məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəmə əmrinə qarşı etiraz ərizəsi təqdim edərək, Bərdə rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(021)-1417/2009 saylı əmrinin ləğv edilərək materialların iddia icraatı qaydasına keçirilməsini xahiş etmişdir.

11. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-3677/2022 saylı qərardadı ilə ərizə təmin edilərək mülki iş üzrə iddia icraatına keçilmişdir.

12. Bundan sonra, İddiaçı ASC məhkəməyə iddia ərizəsinin əlavəsi ilə müraciət edərək birgə borclular Cavabdeh14 Səhət oğlundan, X1, Cavabdeh16, Cavabdeh17, Cavabdeh19, Cavabdeh8, Cavabdeh13, Cavabdeh20, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh10, Cavabdeh12, Cavabdeh5, Cavabdeh15, Cavabdeh3, Cavabdeh9, Cavabdeh2, Cavabdeh11, Cavabdeh18 121101 saylı 03 noyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 8892.08 avro əsas, 2154.32 avro cərimə və kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5779.83 avro məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16826.23 avro məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bərdə Rayon Məhkəməsinin 2(021)-360/2023 saylı mülki iş üzrə 17 iyul 2023cü il tarixli qətnaməsi ilə (F.Babaşov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh6, X5,Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğlu, Cavabdeh10 və Cavabdeh11 müştərək qaydada 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu, cəmi 14905,78 manat borcun və 20 manat dövlət rüsumunun tutulаrаq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh10 112 manat ekspertiza xərcinin tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-360/2023 saylı mülki iş üzrə 17 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə əmri ləğv edildikdən sonra mülki iş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, nümayəndə tərəfindən isə iddia tələbinin həcminin artırılması barədə ərizə bir gün əvvəl məhkəməyə təqdim edilmişdir. Məhkəmə ərizənin vaxtında verilməsinə baxmayaraq, ərizəni icraata qəbul etməmiş və səbəbini onunla əsaslandırmışdır ki, digər cavabdehlərə iddia ərizəsinə əlavənin surəti və məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, göndərilmiş məktublar onların artıq ərizədə qeyd edilən ünvanlarda yaşamamaları səbəbindən geri qaytarılmışdır. Belə olan halda cavabdehlərin iddia həcminin artırılmasdan məlumatları olmayacaqdır. Hesab edir ki, məhkəmə bildirişləri geri qayıtmışdırsa, qanunvericilik məhkəmənin bu zaman hansı addımlar atıldıqdan sonra işə baxılmasının mümkün olmasını üzərinə öhdəlik qoyur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh5, Cavabdeh14 və Cavabdeh10 apellyasiya şikayətinə etirazlarını bildirirək, şikayətin təmin edilməməsini xahiş etdilər.

19. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 53 İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. Maddə 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir.

27. Maddə 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir.

28. Maddə 276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 29.Maddə 282. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. 30.Maddə 283. Borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz.

31. Maddə 284. 284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

36. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" İKB ASC ilə cavabdehlər arasında 121101 saylı Birgə Borcalanlar qrupu adı altında kredit müqaviləsi bağlanmışdır. Kredit heyvandarlıq məqsədi ilə, ancaq “Avro” ilə verilmişdir. Cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamış, nəticədə cavabdeh tərəfin iddiaçı Banka kredit borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı Bank məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu olmaqla, cəmi 14885,78 məbləğində kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli, 121101 N-li "Kredit müqaviləsi" üzrə, "Nikoyl” İKB ASC-nin Bərdə filialı tərəfindən, Bərdə rayonu, Mirzəxan kəndində yaradılmış, 121101 saylı Birgə Borcalanlar qrupu ilə bağlanan qrupun üzvünə, 12 ay müddətinə, illik 26% olmaqla, hər birinə 600 (altı yüz) EUR, cəmi 12 000 (on iki min) EUR məbləğində kredit verilmişdir. Buna müvafiq olaraq, kredit müqaviləsi üzrə tərtib edilmiş "ödəniş cədvəli"nə əsasən, kreditin və kredit faizlərinin Birgə Borcalanlar qrupunun üzvləri tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə borclulara dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, borclular tərəfindən kredit üzrə borclarının qaytarılması üçün heç bir tədbir görülməmişdir.

37. Bərdə rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(021)-1417/2009-cu il tarixli məhkəmə əmri ilə kreditor "xxxx" İKB ASC-nin məhkəmə əmrinin verilməsi barədə ərizəsi təmin edilmişdir.

38. Bundan sonra borclu Cavabdeh10 məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəmə əmrinə qarşı etiraz ərizəsi təqdim edərək, Bərdə rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(021)-1417/2009 saylı əmrinin ləğv edilərək materialların iddia icraatı qaydasına keçirilməsini xahiş etmişdir.

39. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-3677/2022 saylı qərardadı ilə ərizə təmin edilərək mülki iş üzrə iddia icraatına keçilmişdir. 40.Bundan sonra, İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinin əlavəsi ilə məhkəməyə müraciət edərək birgə borclulardan 121101 saylı 03 noyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 8892.08 avro əsas, 2154.32 avro cərimə və kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5779.83 avro məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16826.23 avro məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Bərdə Rayon Məhkəməsi iş üzrə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. 42.İddiaçı ASC-nin nümayəndəsi qətnaməni mübahisələndirərək, iddia edilən kredit borcunun cavabdehlərdən xarici valyuta olan “avro” ilə tutulmalı olduğunu, həm də tam təmin edilməli olduğunu iddia etmişdir. Ona görə də, məhkəmə kollegiyası MPM-in 372-ci maddəsinin tələblərinə əsaslanmaqla hesab edir ki, qətnamənin mübahisələndirilən hissələrinə hüquqi qiymət verilməlidir.

43. Kollegiya hesab edir ki, Bərdə Rayon Məhkəməsinin iş üzrə 17 iyul 2023-cü il tarixli qətnaməsi İddiaçı ASC-nin nümayəndəsinin mübahisələndirdiyi hissədə doğru olmuşdur.

44. Belə ki, Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 276.1ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz.

45. Göründüyü kimi, Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsi ilə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları öz əksini tapmış və həmin Məcəllənin 276.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Bununla yanaşı MPM-in 282-ci maddəsi borcluya məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz etmək hüququ versə də, məhkəməyə muraciət etmiş tərəfə belə bir hüquq verməmişdir. Məhkəmə kollegiyası qeyd edilən prosessual qanun normasının mətn və məzmununa istinadən hesab edir ki, məhkəmə əmri çıxarıldıqdan sonra borclunun ərizəsinə əsasən iddia icraatına keçilməsi cavabdeh tərəfin dəlillərinin araşdırılması məqsədinin daşıyır. Kollegiya bu qənaətlərini həm də onunla əsaslanadırır ki, MPM-in 276.1-ci maddəsinə görə kreditorun tələbinin aşkar olduğu və ya həmin tələbin borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslandığı hallarda məhkəmə əmri verilə bilər. Həmçinin MPM-in 284-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmə əmri qətnamə qüvvəsinə malikdir və məhkəmə əmrindən şikayət verilə bilməz. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. 46.Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yəni, iddianın həm əsasının, həm də predmetinin eyni vaxtda dəyişdirilməsi artıq yeni bir iddia tələbinin irəli sürülməsi anlamına gəlir. 47.Kollegiya göstərir ki, İddiaçı ASC-nin ərizəsindən müəyyən olunur ki, xx.xx.2008-ci il tarixli, 121101 N-li "Kredit müqaviləsi" üzrə, "Nikoyl” İKB ASC-nin Bərdə filialı tərəfindən, Bərdə rayonu, Mirzəxan kəndində yaradılmış, 121101 saylı Birgə Borcalanlar qrupu ilə bağlanan qrupun üzvünə, 12 ay müddətinə, illik 26% olmaqla, hər birinə 600 (altı yüz) EUR, cəmi 12 000 (on iki min) EUR məbləğində kredit verilmişdir. Yəni İddiaçı ASC həmin vaxt kreditin avro ilə (məzənnə ilə manatla) qaytarılmasını tələb edə bilərdi və bunu etməyərək, borcun manatla cavabdehlərdən alınması barədə ərizə vermişdir. 48.Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, İddiaçı ASC xx.xx.2008-ci il tarixli, 121101 N-li "Kredit müqaviləsi" üzrə borcun, (həmçinin cərimə borcu və illik 5 faiz əldən çıxmış faydanın) cavabdehlərdən “avro” ilə tutulmalı olması barədə tələbləri MPM-in yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olmamaqla, həm də hazırki vəziyyətdə cavabdehlərin həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunmaları ilə nəticələnə bilən tələbdir. Bu məqamda məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

49. Bütün qeyd edilənləri diqqətdə saxlayan məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə İddiaçı ASC-nin məhkəmə əmrinin verilməsi barədə ərizəsinin təmin edilməsindən sonra dəyişdirilmiş iddia tələbini (borcun avro ilə tutulması tələbini) təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

50. Bununla yanaşı, kollegiya hesab edir ki, hazırkı vəziyyətdə İddiaçı ASC-nin ayrıca icraatda ödənilməyən əsas borc məbləğinə görə dəymiş zərərin manatla tutulması tələbini irəli sürə bilməsi istisna olunmur. Məhkəmə kollegiyası bu qənaətlərini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi də iş üzrə qətnamə qəbul edərkən, İddiaçı ASC-nin ilkin iddia tələbində, yəni məhkəmə əmri çıxarılmasına dair ərizəsində göstərilən tələbi əsaslı saymışdır.

51. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə də iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-360/2023 saylı mülki iş üzrə 17 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-360/2023 saylı mülki iş üzrə 17 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanilsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar