Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2306/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən banka olan əsas kredıt borcu üzrə 1748 (bir mın yeddı yuz qırx səkkız) ABŞ dolları, kredıt faizləi üzrə 569 (beş yuz altımış doqquz) ABŞ dolları, cərimə faizləri üzrə 240 (iki yüz qırx) ABŞ dolları olmaqla ümumilikdə 2557 (iki min beş yuz əllı yeddı) ABŞ dolları və dövlət büdcəsinə ödənilmış 20 manat dövlət rüsumunun tutularaq Bank olmayan Kredıt təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh məxsus, banka girov qoyulmuş, dəyəri 100 ABŞ dolları, çəkisi 7.3 qram olan 1 ədəd boyunbağına, dəyəri 500 ABŞ dolları məbləğində olan 1 ədəd kompüter, dəyəri 700 ABŞ dolları məbləğində olan mebel dəsti, dəyərı 300 ABŞ dolları məbləğində olan 6 ədəd xalça, dəyəri 100 ABŞ dolları məbləğində olan “Samsunq” markalı 1 ədəd televizora, dəyəri 300 ABŞ dolları məbləğində olan 1 ədəd “NORD” markalı soyuducuya yönəldilməsi, əşyaların hərracda satılması, həmin əşyaların satılmasından əldə olunan pul vəsaitinin hesabına Cavabdeh Bank olmayan Kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 nömrəli qətnaməsi ilə (hakim A.İskəndərov) iddianın təmin olunması, Cavabdeh banka olan əsas kredıt borcu üzrə 1748 (bir min yeddi yüz qırx səkkiz) ABŞ dolları, kredıt faizləri üzrə 569 (beş yuz altımış doqquz) ABŞ dolları, cərimə faizləri üzrə 240 (iki yüz qırx) ABŞ dolları olmaqla ümumilikdə 2557 (iki min beş yuz əllıyeddı) ABŞ dolları və dövlət büdcəsinə ödənilmış 20 manat dövlət rüsumunun tutularaq Bank olmayan Kredıt təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh məxsus, banka girov qoyulmuş, dəyəri 100 ABŞ dolları, çəkisi 7.3 qram olan 1 ədəd boyunbağına, dəyəri 500 ABŞ dolları məbləğində olan 1 ədəd kompüter, dəyəri 700 ABŞ dolları məbləğində olan mebel dəsti, dəyərı 300 ABŞ dolları məbləğində olan 6 ədəd xalça, dəyərı 100 ABŞ dolları məbləğində olan “Samsunq” markalı 1 ədəd televizora, dəyəri 300 ABŞ dolları məbləğində olan 1 ədəd “NORD” markalı soyuducuya yönəldilməsi, əşyalar hərracda satılması, həmin əşyaların satılmasından əldə olunan pul vəsaitı hesabına Cavabdeh Bank olmayan Kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmçinin həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2306/2023 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-1055/2012 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2306/2023 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2306/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2306/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver