Məhkəmə qərarları › İş №2(104)-2309/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2309/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2309/2025 05.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(015)-1409/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx"ASCdən müştərək qaydada 18.149,68 manat əsas, 12.209,34 manat faiz olmaqla, cəmi 30.359,02 manat kredit borcunun və ödənilmiş 182 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(015)-1409/2025 nömrəli qətnaməsi ilə (hakim H.Mürsəlova) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 18.149,68 (on səkkiz min yüz qırx doqquz manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 12.209,34 (on iki min iki yüz doqquz manat otuz dörd qəpik) manat, cəmi 30.359,02 (otuz min üç yüz əlli doqquz manat iki qəpik) manat kredit borcu və ödənilmiş 182 (yüz səksən iki) manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş və mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 05 yanvar 2026-cı il tarixli məktubdan müəyyən olunmuşdur ki, Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(015)-1409/2025 nömrəli qətnaməsindən iş üzrə digər cavabdeh "xxxx" ASC də apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Ağstafa Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 364.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və cavabdeh "xxxx" ASC-nin Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(015)-1409/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(015)-1409/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(015)-1409/2025 nömrəli qətnaməsindən iş üzrə digər cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Ağstafa Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar