Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2314/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı QSC cavabdehlər Cavabdeh1 qarşı borc tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2217/2018 saylı qərardadı ilə apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin: 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Cavabdeh1 işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmiş və imzalanmamışdır. Birinci instansiya məhkəməsi isə, Cavabdeh1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsininin tələblərinə uyğun hesab edərək, göndərmişdir. Cavabdeh1 apellyasiya şikayəti isə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmiş və imzalanmamışdır. Bununla belə, Cavabdeh1 nümayəndəsi kimi X1 tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən verilən apellyasiya şikayəti elektron qaydada imzalanmışdır. Birinci instansiya məhkəməsi isə, Cavabdeh1 nümayəndəsi kimi X1 tərəfindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsininin tələblərinə uyğunluğunu yoxlamamış və həmin şikayətə münasibət bildiməmişir. Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən halları müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPMnin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsi həmçinin Cavabdeh1 nümayəndəsi kimi X1 tərəfindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsininin tələblərinə uyğunluğunu yoxlamalı və qanuni qərar qəbul etməlidir. Məhkəmə Cavabdeh1 nümayəndəsi kimi X1 tərəfindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsininin tələblərinə uyğunluğunu yoxlayarkən, həmçinin onun cavabdehin yaxın qohum olmasını aydınlaşdırmalı, cavabdehin qətnamənin mövcudluğundan nə vaxt xəbərdar olmasını müəyyənləşdirmək üçün, müvafiq icra işini tələb edib qətnamənin icra vəziyyətini yoxlamaldır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Cavabdeh1 nümayəndəsi kimi X1 tərəfindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2217/2018 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsininin tələblərinə uyğunluğu yoxlanılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2314/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2314/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver