Məhkəmə qərarları › İş №2(104)-2328/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2328/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2328/2025 07.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 11273,32 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən 26149,25 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 280,86 AZN məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi üzrə Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)-5277/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş 21760,43 ABŞ dolları əsas borca bank uçot faiz dərəcəsi ilə hesablanmış 11 273,32 ABŞ dolları faiz borcunun, xx.xx.2015ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsi üzrə Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)- 5277/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş 49915,35 ABŞ dolları əsas borca bank uçot faiz dərəcəsi ilə hesablanmış 26149.25 ABŞ dolları faiz borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 281 AZN məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı və xx.xx.2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqavilələri üzrə üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5277/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsinin çıxarıldığı tarixdən, yəni 10 iyul 2017-ci ildən hərracın keçirildiyi tarixə, yəni 16 may 2024-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 27115,8 (iyirmi yeddi min yüz on beş dollar 80 sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində pul və 228,92 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadına əsasən apellyasiya şikayətinə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığına görə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadını ləğv etməklə, apellyasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadına əsasən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyinə görə şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(125)-349/2025 nömrəli qərardadından şikayət verməklə eyni zamanda, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilərkən 228,92 manat rüsumun 50 %-dən artıq 115 manat ödəniş olsa da, məhkəmə tərəfindən qərardad çıxarılmaqla 140,5 manat ödənilməli olduğu bildirilmişdir. O, qətnamənin qət etdi hissəsində göstərilmiş 228, 92 manata istinad etməklə həmin məbləğin 50%-i faizi olan 115 manat rüsumu ödəmişdir. X2 Qanunun tələblərinə əsasən apellyasiya şikayəti verilərkən birinci instansiya məhkəməsinə ödənilmiş məbləğin faizi ödənilməlidir. Məhkəmənin qətnaməsində qət etdi hissədə hakim tələb etmişdir ki, 281 manat yox, 228,92 manat məbləğ qarşı tərəf ödənilməsini göstərmişdir. O da həmin qət etdi hissəsindəki tələbə riayət etmişdir. Hakim isə qərardad çıxarmaqla 281 manatın 50 faizinin ödənilməsini tələb etmişdir. Belə olan halda, 228,92 manat məbləğində qət etdi hissədə niyə tələb qoyulmuşdur? Bu barədə hakim tərəfindən açıqlamalar verilməmişdir. Buna baxmayaraq tələb olunan 140,50 manat məbləğində dövlət rüsumu ilə onun ödədiyi 115 manat məbləğində rüsumun arasındakı fərqə görə yenidən 29 manat məbləğində əlavə olaraq rüsum ödəmişdir. Hansı ki, bu yanlışlıqlar onun mobil telefonuna zəng vurmaqla aradan çıxarmaq olardı. Ona məhkəmədən bu barədə zəng olunmamışdır ki, tez bir zamanda yanlışlıq aradan qaldırılsın. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-349/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 saylı qərardadının ləğv edilməsini və Gəncə Şəhər Məhkəməsinin e-2(125)-349/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-349/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya şikayəti verilərkən 228,92 manat rüsumun 50 faizindən çox, yəni 115 manat ödəniş olsa da, məhkəmə tərəfindən qərardad çıxarılmaqla 140,5 manat ödənilməli olduğu bildirilmişdir. O, qətnamənin qət etdi hissəsində göstərilmiş 228,92 manat məbləğin 50 faizi olan 115 manat rüsumu ödəmişdir. “X2” Qanunun tələblərinə əsasən apellyasiya şikayəti verilərkən birinci instansiya məhkəməsinə ödənilmiş məbləğin faizi ödənilməlidir. Məhkəmə qətnaməsində qət etdi hissədə hakim 281 manat yox, 228,92 manat məbləğ qarşı tərəfə ödənilməsini göstərmişdir. O da həmin qət etdi hissəsindəki tələbə riayət etmişdir. Hakim isə qərardad çıxarmaqla 281 manatın 50 faizinin ödənilməsini tələb etmişdir. Belə olan halda, 228,92 manat məbləğində qət etdi hissədə niyə tələb qoyulmuşdur? Buna baxmayaraq, tələb olunan 140,50 manat məbləğində dövlət rüsumu ilə onun ödədiyi 115 manat məbləğində rüsumun arasındakı fərqə görə yenidən 29 manat məbləğində əlavə olaraq rüsum ödəmişdir. Dövlət rüsumunun məbləği az ödənildikdə rüsumun kəsirinin məhkəmə icraatı dayandırılmadan və sənədlər geri qaytarılmadan ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Analoji vəziyyət apellyasiya şikayəti verildiyi hallarda da tətbiq olunmalı idi. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin qaytarılmasına səbəb qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi ilə bağlı olmuş və qərardadda rüsumun az məbləğdə ödənilməsinin əsası kimi “X2” Azərbaycan Respublikası Qanununa istinad edilmişdir. Bununla yanaşı cavabdehə göstərilən halların aradan qaldırılmasından sonra qərardadın rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin cavabdeh göstərilən halları aradan qaldırmadan qərardaddan müddət keçdikdən sonra şikayət vermişdir. Hazırki işdən görünür ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-349/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən şikayət verilməsi müddətinin ötürülməsi üzrlü səbəblə əlaqadar olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-349/2025 saylı qərardadı Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş və şikayət xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olduğundan onun həmin qərardaddan şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Cavabdeh qanunla müəyyən edilmiş prosessual müddət ərzində şikayətin üzürlü səbəbdən verə bilməməsini əsaslandırmadığından birinci instansiya məhkəməsi müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Göründüyü kimi Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(125)-349/2025 saylı qərardadından apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-349/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qəradad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar