Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2334/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4367/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 1512/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
3. Məhkəmə kollegiyasının “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə etdiyi məlumatdan görünür ki, Cavabdeh mülkiyyətində 2018-ci il istehsalı LADA 21214 minik maşını vardır.
4. Məhkəmə kollegiyasının “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə etdiyi məlumatdan görünür ki, Cavabdeh Gəncə şəhəri üzrə Vergi orqanlarında qeydiyyatda olmaqla “özəl firmalar tərəfindən poçtun və banderolların götürülməsi, daşınması və çatdırılması” xidməti ilə məşğul olmuş, hazırda VÖEN üzrə fəaliyyətini müvəqqəti dayandırmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1216/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə, Gəncə Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 2813 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 18 sentyabr 2017-ci il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda X2 6 yaşı var. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Ona görə də iddaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4367/2024 saylı qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddianın təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1512/2020 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017- ci il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq İddiaçı verilməsi, 31,4 (otuz bir) manat 40 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilənləri, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, alimentin tutulduğu 2020-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, bir uşaq üçün 235 manat məbləğində müəyyən edilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4367/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 03 sеntyаbr 2024-cü iltаriхli, 2(125)-4367/2024 nömrəli qətnаməsinin ləğv еdilməsinə və iddiа tələbinin təmin еdilməməsinə dаir yеni qətnаmə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki vаlidеyin övlаdlаrını birgə sахlаmаğа bоrcludurlаr. Ailə Məcəlləsinin 112-ci mаddəsinə əsаsən аlimеntin ödənilməsi bаrədə sаziş оlmаdıqdа məhkəmə tərəfindən аlimеntin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyşiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimеntin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və yа аlimеnt ödəməli оlаn şəхsi tərəflərin diqqətəlаyiq bаşqа mаrаqlаrını dа nəzərə аlmаqlа аlimеnt ödəməkdən аzаd еdə bilər. İş mаtеriаllаrındа оlаn sənədlərdən də görünür ki, iddiаçı tərəfindən аlimеntin аrtırılmаsı ilə bаğlı mаddi hüquq nоrmаsındа оlаn tələblərinə dаir hеç bir əsаs yохdur. O, özü hеç bir yеrdə işləmir. Аilə Məcəlləsinin qеyd оlunаn nоrmаsının tələbinə görə hər iki vаlidеyin uşаqlаrın birgə sахlаmаğа bоrcludurlаr. Nеcə оlа bilir ki, iddiаçı аnа оlsаdа bеlə vаlidеyindir və оnun mаddi imkаnı kifаyət qədərdir. İddiаçı ona qаrşı iddiа tələbinin аrtırılmаsı ilə bаğlı tələb irəli sürsədə mənim gəlirlərinin və əmək hаqqının аrtmаsı, dəyişməsi bаrədə məhkəməyə hеç bir sübut təqdim еtməmişdir. Mаrаqlıdır ki, АR Аilə Məcəlləsinin 112-ci mаddəsi işlək оlmаyаn sаdəcə fоrmаl bir mаddi hüquq nоrmаsı kimi qаnunvеricilikdə sахlаnmışdır. Məhkəmə tərəfindən tək bir yаşаyış minimum həddi ilə əgər аlimеnt təyin еdilirsə qеyd оlunаn mаddi hüquq nоrmаsının məhkəmə qətnаməsində sаdаlаnmаsınа nə еhtiyаc vаrdır. Hər bir qətnаmə də mаddi hüquq nоrmаsı göstərilməklə işdə оlаn sübutlаr və dəlillərlə qаrşılıqlı оlаrаq qiymətləndirilərək əsаslаndırılmаlıdır. Məhkəmə tаm və оbyеktiv аrаşdırmа аpаrmаyаrаq qərəzli qətnаmə çıхаrmışdır. İşdə оlаn sübutlаrı düzgün qiymətləndirilməmişdir. Bеlə ki, məhkəmə onun və nümаyəndəsi (vəkilin) iştirаkını təmin еtmədən qətnаmə çıхаrmışdır. Məhkəmə iclаsının təхirə sаlınmаsı ilə bаğlı vəsаtətini nəzərə аlmаmışdır. Prоsеssuаl hüquq nоrmаsının tələbinə əsаsən hər bir tərəf öz еtirаz və dəlillərini sübut еtməyə bоrcludur. İddiаçı tərəfindən iddiа tələbi üzrə hеç bir sübut təqdim еdilməməsinə bахmаyаrаq məhkəmə iddiа tələbini təmin еtməklə yаnаşı həmçinin iddiа tələbi üzrə mаddi hüquq nоrmаlаrının tətbiqində səhvə yоl vеrməklə iş üzrə sübutlаrı qiymətləndirməmiş və qərəzli оlаrаq iddiа tələbini təmin еtmişdir. Cаvаbdеh оlаrаq məhkəmə iclаsındа iştirаkının təmin еdilə bilməməsi nəticəsində sübutlаrını məhkəməyə təqdim еdə bilməmişdir. Həmçinin, iddiа tələbi üzrə əlаvə vəsаtətini məhkəməyə təqdim еdə bilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, 2020-ci ildə 140 manat aliment təyin edilib. Birinci instansiya məhkəməsi birbaşa 85 manat artırıb. Hazırda maddi cəhətdən imkanı yoxdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hazırda başqa nikahı yoxdur.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, o, Universitetdə müəllim işləyir və 520 manat əmək haqqı alır. Uşağın saxlanılmasında maddi tərəfdən çətinlik çəkir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
19. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
20. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə bütünlüklə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4367/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1512/2020 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4367/2024 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1512/2020 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi uşağa 235 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi və maddi imkanının olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə bildirişi Cavabdeh özünündə apellyasiya şikayətində qeyd etdiyi ünvan 1 ünvanına göndərilmiş və “Elektron Məhkəmə İnformasiya Sistemi”-dəki elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin, cavabdehə məxsus 55 527- 57-97 nömrəli mobil telefona “SMS xəbərdarlıq” vasitəsi ilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədiyi halda iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmişdir. Maddi imkanının aşağı olması, daimi sabit gəlirinin olmaması apellyasiya şikayəti üzrə alimentin məbləğinin artırılmamasına əsas vermir. Bununla belə, məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin aliment məbləğini 4 il sonra 85 manat məbləği həddində artırmasını məqsədəmüvafiq hesab edir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh mülkiyyətində 2018-ci il istehsalı LADA 21214 minik maşını vardır. O, Gəncə şəhəri üzrə Vergi orqanlarında qeydiyyatda olmaqla “özəl firmalar tərəfindən poçtun və banderolların götürülməsi, daşınması və çatdırılması” xidməti ilə məşğul olmuş, hazırda VÖEN üzrə fəaliyyətini müvəqqəti dayandırmışdır.
36. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar.
37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4367/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4367/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4367/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.