Məhkəmə qərarları › İş №2(104)-2336/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2336/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2336/2025 25.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(062)-1432/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M ü ə y y ə n e t d i: Kreditor İddiaçı ASC-nin nümayəndəsi borclular Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9387 manat əsas və 2680 manat faiz borcu olmaqla, cəmi 12076 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq banka ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclu Cavabdeh3 məhkəmə əmrinə etiraz etdiyi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və materialları iddia icraatına keçirilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1432/2024 saylı qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4493,52 manat əsas, 3259,37 manat faiz, 100 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 2474,15 manat əldə çıxmış fayda olmaqla ümumilikdə cəmi 10327,04 (on min üç yüz iyirmi yeddi manat dörd qəpik) manat borc alınaraq "xxxx" ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğdə vəsaitin əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan rüsumun geri qalan hissəsi kimi 100,98 manat pul alınaraq dövlət büdcəsinə və ekspertiza tədqiqatının dəyəri kimi 145 manat pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(062)-1432/2024 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onun zaminliklə bağlı öhdəliyinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsindən daxil olmuş 23 dekabr 2025-ci il tarixli, 2(062)-1432/2024 saylı məktubdan görünür ki, Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(062)-1432/2024 saylı qətnaməsindən hazırda iddiaçı "xxxx" ASC apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Verilmiş şikayətin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Tovuz Rayon Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(062)-1432/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263-264, 364 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(062)-1432/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(062)-1432/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar