Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2349/2025 04.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Komersiya Bankı ASC-nin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-991/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-991/2025 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11368 (on bir min üç yüz altmış səkkiz) manat 27 (iyirmi yeddi) qəpik, faiz borcu 1983 (min doqquz yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik, 10 (on) manat cərimə, ümumilikdə 13361 (on üç min üç yüz altmış bir) manat 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-991/2025 saylı qətnaməsinin leğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" Komersiya Bankı ASC-nin xeyrinə 11369 (on bir min üç yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik əsas, 1968 (min doqquz yüz altmış səkkiz) manat 70 (yetmiş) qəpik faiz, 100 (yüz) manat 30 (otuz) qəpik cərimə, ümumilikdə 13438 (on üç min dörd yüz otuz səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində illik 26,5% ödəmək şərtilə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X2 20.9-cu bəndinə əsasən müştəri kreditin və ya ona əlavə hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tətbiq edə bilər. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 23 aprel 2025-ci il tarixdə "xxxx" KB ASC-yə 11369 (on bir min üç yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik əsas, 1968 (min doqquz yüz altmış səkkiz) manat 70 (yetmiş) qəpik faiz, 100 (yüz) manat 30 (otuz) qəpik cərimə, ümumilikdə 13438 (on üç min dörd yüz otuz səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o, 1-ci qurup müharibə əlilidir. Maddi rifah halı həddindən artıq acınacaqlı vəziyyətdədir. "xxxx" ASC-nin ondan tələb etdiyi kredit, faiz və cərimələri fantastik formada şişirdilmişdir və məhkəmə ekspertizasının təyin olunması məqsədə uyğundur. O, Tərtər Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə razılaşmır. Hazırkı iş üzrə birinci instansiya məhkəmməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə düzgün qəbul edilməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin “təmin edilməsini” xahiş etmiş olsa da, kollegiya həmin ifadəni texniki səhv kimi qəbul edir. Ona görə ki, şikayətin məzmunundan göründüyü kimi cavabdeh əslində iddianın rədd edilməsini xahiş edir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı "xxxx" KB ASC elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək tələb hüququnun xx.xx.2022-ci il tarixli 02/22 UB saylı müqaviləyə xx.xx.2025-ci il tarixli 50 saylı əlavə əsasında əsasən "xxxx" KB ASC-dən "xxxx" ASC-yə keçdiyini qeyd edərək, ona görə də iddiaçı "xxxx" KB ASC-ni "xxxx" ASC ilə əvəz edilməsini və ya da "xxxx" ASC-ni "xxxx" KB ASC tərəfdə üşüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin ərizəsini müzakirə edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə edilmiş "xxxx" KB ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tələb hüququnun satılması haqqında müqavilənin 1.1-ci bəndində göstərilir ki, bu müqaviləyə görə Tələbkar Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə və ya elektron daşıyıcılarda qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə faiz borcu və ümumi borc hissəsində dəyişdirilməlidir. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə yönəldiyindən qətnamənin əsaslılığı və qanuniliyi tam yoxlanılır. Tərəflər arasındakı mübahisə kredit müqaviləsi üzrə yaranmış borcun, həmin borca hesablanmış faiz və cərimə məbləğinin tələb edilməsi ilə bağlı olduğundan mübahisənin həllində mərkəzi maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair normaları çıxış edir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli bank xidmətlərinə dair ümumi ofertanın surətindən görünür ki, oferta əsasında iddiaçı "xxxx" KB ASC-i tərəfindən Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində illik 26,5% ödəmək şərtilə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli bank xidmətlərinə dair ümumi ofertanın surətindən görünür ki, oferta əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində illik 26,5% ödəmək şərtilə və aylıq ğdəniş 363 manat olmaqla 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, “X3” Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh 5010nkBRDb/22 saylı kredit müqaviləsi üzrə 11369 (on bir min üç yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik əsas, 1968 (min doqquz yüz altmış səkkiz) manat 70 (yetmiş) qəpik faiz, 100 (yüz) manat cərimə, ümumilikdə 13438 (on üç min dörd yüz otuz səkkiz) manat 55 (əlli beş) qəpik təşkil edir. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 9/3239 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixdə bağlanmış 5010nkBRDb/22 nömrəli kredit müqaviləsinə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh "xxxx" KB ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 11368 (on bir min üç yüz altmış səkkiz) manat 27 (iyirmi yeddi) qəpik əsas, 1983 (min doqquz yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik faiz müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində illik 26,5% ödəmək şərtilə 12000 manat məbləğində kredit verilmiş, cavabdeh (borcalan) isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş olsa da, müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, faiz və cərimə borcunun artmasına şərait yaratdığından cavabdehin iddiaçıya faiz və cərimə borcu yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, kredit borcundan bir hissəsini ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 100,30 manat dəbbə borcu, 90,30 manat azaldılaraq, 10 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. İş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli 9/3239 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən aydın olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixdə bağlanmış 5010nkBRDb/22 nömrəli kredit müqaviləsinə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh "xxxx" KB ASC-a olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 11368 (on bir min üç yüz altmış səkkiz) manat 27 (iyirmi yeddi) qəpik əsas, 1983 (min doqquz yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik faiz borcu müəyyən edilmişdir. Məhkəmə həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 11368 (on bir min üç yüz altmış səkkiz) manat 27 (iyirmi yeddi) qəpik, faiz borcu 1983 (min doqquz yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik, 10 (on) manat cərimə, ümumilikdə 13361 (on üç min üç yüz altmış bir) manat 56 (əlli altı) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasənborc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də iddiaçının əsas borca münasibətdə tələbi qanuni və əsaslıdır. Cavabdeh əsas borcun məbləğini mübahisələndirmiş və ekspert rəyi ilə əsas borcun 11368,27 manat olması müəyyən eidlmişdir. Odur ki, birinci instansiya məhkəməsi əsas borca münasibətdə ekspert rəyinə əsaslanmaqda haqlı olmudir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Faiz borcu ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İşin hallarından göründüyü kimi iddiaçı "xxxx" KB ASC xx.xx.2025-ci il tarixli bildirişlə Cavabdeh həmin tarixə 11369,55 manat əsas borc, 1315,06 manat faiz borcu, 40,02 manat cərimə cəmi 12724,13 manat borcunun olması barədə xəbərdarlıq göndərmiş, bununla da tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanmış 5010nkBRDb/22 nömrəli kredit müqaviləsinə xitam verilmiş sayılmış və bundan sonra iddiaçı yalnız gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Buna baxmayaraq iddiaçı iddia ərizəsində faizi borcunu maliyyə arayışında göstərilən xx.xx.2025-ci il tarixə 1968,70 manat, cərimə borcunun 100,3 manat təşkil etdiyini göstərmişdir. Göründüyü kimi, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi faiz və cərimə borcunu bildirişdə göstərilən qaydada nəzərə almaq əvəzinə maliyyə arayışında göstərilən məbləğdən daha artıq məbləğdə tutmaqla həmin xüsusatı nəzərə almamışdır. İşin halları ilə müəyyən edilir ki, məhkəmə cavabdehdən tutulması tələb olunan cərimənin miqdarını yüksək hesab edərək cavabdehdən tələb olunan dəbbə pulunu azaltmışdır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, mühasibatlıq-ekspertizası təyin etməklə borc məbləğinin dəqiqləşdirilməsi üçün zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən həmin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınıb işə əlavə edilmişdir. İş üzrə yenidən ekspertizanın keçrilməsinə zərurətin olması, həmin rəylə razılaşmadığı hallarla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, digər tərəfdən cavabdehin özü də arqumentini əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh həm də cərimə borcunu mübahisələndirmişdir. Halbuki işdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cəmi 100,3 manat məbləğində hesablanmış cərimə borcu azaldılaraq üzərində ödənilməsi üçün cəmi 10 manat məbləğində cərimə saxlanmışdır. Odur ki, kollegiya şikayətin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(061)-991/2025 saylı qətnaməsi faiz və ümumi borc hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun məbləği 1315,06 manat, cəmi 12693,338 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.3, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-991/2025 saylı qətnaməsi - Cavabdeh 1983 (min doqquz yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik faiz borcunun, ümumilikdə 13361 (on üç min üç yüz altmış bir) manat 56 (əlli altı) qəpik məbləğində pul vəsaitinin alınıb iddiaçı "xxxx" ASC-ə verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 1315 (bir min üş yüz on beş) manat 06 (altı doqquz) qəpik faiz borcu, ümumilikdə 12693 (on iki min altı yüz doxsan üç) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.