Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-235/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(021)-170/2023 nömrəli qətnaməsindən iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 3465.59 manat faiz borcu olmaqla, cəmi 8021.18 manat məbləğində borcun və ödənilmiş 100.22 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 6131.22 manat faiz borcu olmaqla, cəmi 10686.81 manat məbləğində borcun və ödənilmiş 123.26 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ASC bir daha iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 8108 manat faiz borcu olmaqla, cəmi 12663.59 manat məbləğində borcun və ödənilmiş 129.6 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(021)-170/2023 nömrəli (hakim Qamət Əbilov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 591,59 manat faiz borcu olmaqla, cəmi 5147,18 (beş min yüz qırx yeddi manat on səkkiz qəpik) manat tutulаrаq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İddia tələbinin qalan hissədə təmin olunmaması; Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 200 manatın cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməsi; İş üzrə ödənilmiş 39.35 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı «Expressbank” ASC-nin xeyrinə ödənilməsi; Dövlət rüsumunun kəsiri olan 88.64 manatın isə cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Həmçinin cavabdeh Zamin arasında 15 avqust 2019-cu il tarixli 900804- 285143/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə də ona müvafiq xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. İş materiallarında olan: 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı kredit müqaviləsindən görünür ki, «ExpressBank” ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir; 15 avqust 2019-ci il tarixli 900804-285143/2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır; 21 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq olunmuşdur; 03 aprel 2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh 15 avqust 2019-ci il tarixli 900804-285143/2 kredit müqaviləsi üzrə 03 aprel 2023-cü il tarixə banka 4555.59 manat əsas borc və 8108 manat faiz borc olmaqla, cəmi 12663.59 manat borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli 9/647 saylı ekspert rəyində qeyd edilmişdir ki, 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 02 iyun 2022-ci il tarixinə olan borcu əsas borc üzrə 4556.26 manat, faiz borcu üzrə 1591.59 manat olaraq müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli 9/4563 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh 15 avqust 2019-cu il tarixli 900804- 285143/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 09 dekabr 2022-ci il tarixə olan borcu əsas borc 4556.24 manat, 591,59 manat faiz borcu müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bank tərəfindən iddia ərizəsi verilən günə kimi cavabdehin ödəməli olduğu faizlərin məbləği hesablanmış və həmin məbləğ ona qarşı tələb kimi irəli sürülmüşdür. Məhkəmə iş üzrə ekspertiza təyin etmiş və ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən AR Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. Belə ki,ekspertə təqdim edilmiş hesabdan çıxarış onun tərəfindən düzgün nəzərə alınmamış və nəticədə irəli sürülmüş tələblə ekspertin müəyyən etdiyi məbləğ arasında olan fərqin hüquqi əsaslandırılması aparılmamışdır. Ekspert rəyi ilə müəyyən olunmuş borc məbləği ilə bankın tələb etdiyi borc məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmişdir. Ekspert rəyində qeyd olunur ki, ödənişlər yalnız əsas və faiz borcundan silinmişdir. Halbuki, borc üzrə gecikmələr olduqda ödənişlər cərimə faizlərindən, vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlərdən, vaxtı keçmiş və gecikdirilmiş əsas borcdan, faiz borcundan və əsas borcdan silinir. Bu ardıcıllıq kredit müqaviləsinin 3.5-ci bəndində qeyd olunur və Mərkəzi Bank tərəfindən təsdiq edilmiş qaydalardan irəli gəlir. Odur ki, Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda silinmələrin hansı qaydada aparılması aydın göstərilir. Lakin, göstərilənləri ekspert öz rəyində nəzərə almamış, ödənişlər hesablanarkən silinmələr yalnız əsas və faiz borcundan aparmış və nəticədə məhkəməyə düzgün rəy təqdim etməmişdir. Belə ki, ekspert yekunda qalıq cərimə borcu hesablasa da, gecikdirilmiş ödənişlərin heç biri üzrə cərimə borcuna silinmə aparmayıb. Ekspert öz tədqiqatında hesabdan çıxarışda göstərilən məbləğləri əsas götürür, lakin aparılan silinmələrin təyinatına əhəmiyyət vermir. Hesabdan çıxarışdan da göründüyü kimi borclu sonucu dəfə 30 mart 2021-ci il tarixdə ödəniş etmiş və həmin ödəniş gününə onun 74 gün gecikməsi olmuşdur. Həmin gündən məhkəmənin qoyduğu suala əsasən xx.xx.2022-ci il tarixə gecikdirilmiş günlərin saylı kifayət qədər artmışdır. Digər tərəfdən borcun məhz 09 dekabr 2022-ci il tarixə hesablanmasının özü də düzgün deyil. Çünki bankın iddia ərizəsinin artırılması ilə bağlı ərizəsi 2023-cü ildə verilmişdir. Yuxarıda qeyd edilən eskpert tərəfindən yalnış hesablamarın nəticəsi olaraq tələb edilən faiz borcunun məbləği əsassız olaraq azaldılmışdır. Bütün bu hallar, yəni təqdim olunmuş sübutlarla ekspert rəyləri arasında olan uyğunsuzluqlar düzgün qiymətləndirilməmişdir. Bu səbəbdən hesab edir ki, hazırkı iş üzrə ekspert rəyləri təqdim edilmiş sənədlər üzrə aparılmadığına və qəbul olunmuş qaydalara riayət edilmədiyinə görə rəy sübut kimi qiymətləndirilməməlidir. Ekspert öz rəyində yalnız faiz borcunun hesablanması barədə sual üzrə tədqiqat aparmış, bankın sildiyi cəriməni faizə silinmə kimi hesablamışdır. Vacib suallar isə cavabsız qalmışdır. Odur ki, ekspertiza tədqiqatı natamam keçirilsə də, məhkəmə ekspertin verdiyi natamam və əsaslandırılmamış rəyi sübut kimi qiymətləndirmiş və nəticədə səhv qətnamə qəbul etmişdir. İşin faktiki halı ondan ibarətdir ki,cavabdehin götürdüyü kreditə və onunla bağlanmış müqaviləyə uyğun olaraq əsas və faiz borcun ödənilməsi ödəniş cədvəli ilə müəyyən edilmişdir. Həmin cədvəl cavabdehə təqdim edilmiş və sonuncu həmin cədvəl üzrə ödənişlər etməli idi. Lakin cavabdeh ödənişləri vaxtında etməmiş və gecikmiş borclar yaranmışdır. Buna əsasən cavabdehin əsas borcu və faiz borcu hesablanmışdır. Lakin məhkəmə işin bu faktiki halını nəzərə almamış və ekspertiza təyin etmişdir. Ekspert rəylərində isə əsas və faiz borcunu tələb olunan məbləğdən aşağı hesablamışdır. Beləliklə mövcud olan sübutlar arasında (maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyi) olan uyğunsuzluğa hüquqi qiymət verilməmişdir. Məhkəmə tələbi qismən təmin edərək ekspert rəyində olan məbləğin tutulmasını qət etsə də, qətnamənin əsaslandırıcı hissəsində natamam və və bir-birinə zidd olan ekspert rəylərində müəyyən olunmuş halları nəyə görə daha mötəbər hesab etməsinə hüquqi qiymət verməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4555.59 manat müəyyən olunmuşdur. Keçirilmiş ekspertiza rəyi ilə həmin borc 4556.24 manat məbləğində müəyyən edilmişdir. Eyni qaydada faiz borcu da maliyyə arayışında 8108 manat hesablandığı halda, ekspert rəyi ilə bu məbləğ də azaldılaraq, 591.59 manat müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyində bankın tələb etdiyi faiz borcu da aşağı hesablanmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə həm əsas borc, gecikdirilmiş əsas borc, həm faiz və cərimə borcu müvafiq proqram təminatları vasitəsi ilə hesablanır. Həmin proqramlar Mərkəzi Bank tərəfindən təsdiq edilmiş normativlərə və qaydalara cavab verir. Yəni borcun hesablanması müvafiq proqram və sistem vasitəsi ilə həyata keçirildiyi üçün müəyyən olunmuş borc məbləğləri dəqiqdir. Ekspert rəyində qeyd olunan uyğunsuzluqlar onu göstərir ki, ekspert əsas və faiz borcunu hesablayarkən hər hansı proqram təminatından istifadə etməmişdir və bu səbəbdən onun hesablamasında nöqsanlar yolveriləndir. Bütün bu hallar, yəni təqdim olunmuş sübutlarla ekspert rəyi arasında olan uyğunsuzluqlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bu səbəbdən hesab edir ki, hazırki iş üzrə ekspert rəyi deyil, bank tərəfindən təqdim edilmiş maliyyə arayışı mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Apellyasiya şikayətinə dair tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Apellyasiya baxışının hədlərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin olunmuş, borclu və zamin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız kreditor birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin dəlillərindən müəyyən olunur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin olunmamış hissəsində, yəni kredit müqaviləsi üzrə faiz borcunun müəyyən edilməsi hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı yalnız mübahisələndirilən hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 591,59 manat faiz borcu tutulаrаq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İddia tələbinin qalan hissədə təmin olunmaması” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2230,60 manat faiz borcu tutulаrаq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin “cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutlacaq əsas və faiz borcunun cəmi məbləği 6786,19 manat müəyyən edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 15 avqust 2019-ci il tarixli 900804- 285143/2 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə cavabdeh Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisəyə mülki qanunvericiliyin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı kredit müqaviləsi və 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı zaminlik müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən borc tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda cavabdehlərin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə tərəflərin iradələrinə uyğun olaraq bağlanmış və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh X3 isə borcalan statusu əldə etmişlər. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora əsas və faiz borcu yaranmışdır. Yuxarıda da göstərildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun müəyyən olunması hissədə yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehlərin kreditora faiz borcu yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə əsas, habelə faiz borcunun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPMnin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur. Nəzərə almaq lazımdır ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 20 iyun 2023-cü il tarixli 9/4563 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh 15 avqust 2019-cu il tarixli 900804- 285143/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 09 dekabr 2022-ci il tarixə olan borcu - əsas borc 4556.24 manat, 591,59 manat faiz borcu mövcuddur. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. Lakin rəyin tərtibində texniki yanlışlığa yol verilmiş və nəticədə kredit müqaviləsi üzrə yaranmış faiz borcu yanlış məbləğdə göstərilmişdir. Belə ki, ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsinə istinad edildikdə müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödənilmiş ümumi məbləğlər, hesablanmış faiz borcları, ödənilmiş faiz borcu, habelə ödənilmiş əsas borc məbləğləri nəzərə alınmış və tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə 4556,24 manat əsas və 2230,60 manat faiz borcu mövcuddur. Buna baxmayaraq, sözügedən ekspert rəyinin nəticə hissəsində yalnışlıqla əsas borc 4556,24 manat, faiz borcu isə 591,59 manat göstərilmişdir. Göründüyü kimi, iş üzrə verilmiş mühasibatlıq ekspertizası rəyinin nəticə hissəsində kredit müqaviləsi üzrə faiz borcu texniki yanlışlıq nəticəsində 591,59 manat məbləğində göstərilmişdir. Halbuki əslində tədqiqat nəticəsində müqavilə üzrə faiz borcu 2230,60 manat məbləğində hesablanmışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya şikayətində mühasibatlıq ekspertizası tədqiqatının düzgün aparılmadığı göstərilsə də, lakin tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim eidlməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyil. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 20 iyun 2023-cü il tarixli 9/4563 saylı ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirir və eyni zamanda kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə faiz borcunun 2230,60 manat məbləğində olması nəzərə alınmalıdır. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə cavabdehlərdən 8108 manat faiz borcu tələb etsə də, lakin faiz borcunun həmin məbləğdə olması işin faktiki halları ilə öz təsdiqini tapmır. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini faiz borcuna aid hissədə qismən əsaslı hesab edir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni kredit müqaviləsi üzrə faiz borcunun müəyyən olunması hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, kredit müqaviləsi üzrə faiz borcunun məbləği 2230,60 manat müəyyən edilməli, həmçinin “cavabdehlər Cavabdeh və Zamin kredit müqviləsi üzrə müştərək qaydada tutulacaq əsas və faiz borcunun cəmi məbləği (4555,19+2230,60) 6786,19 manat müəyyən edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(021)-170/2023 nömrəli qətnaməsi “cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 591,59 manat faiz borcu tutulаrаq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İddia tələbinin qalan hissədə təmin olunmaması” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2230,60 manat faiz borcu tutulаrаq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutulacaq kredit müqaviləsi üzrə əsas və faiz borcunun cəmi məbləği 6786,19 manat müəyyən edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-235/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-235/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver