Məhkəmə qərarları › İş №2(104)-2354/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2354/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2354/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1311/2023 saylı, 17 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 9670,10 manat əsas, 180,60 manat faiz borcu olmaqla cəmi 9850,70 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 118,51 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1311/2023 saylı, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 9670,10 manat əsas, 180,60 manat faiz, 0 manat cərimə, 0 manat komission haqqı borcu olmaqla, cəmi 9850,70 (doqquz min səkkiz yüz əlli manat yetmiş qəpik) manat kredit borcunun alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 118,51 manat məbləğdə vəsait və 0,40 manat xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 alınaraq "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1311/2023 saylı, 17 iyul 2023-cü il tarixli qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilən apellyasiya şikayətində şikayət verən şəxs qismində cavabdehlərdən Cavabdeh2 və Cavabdeh4 adı qeyd olunmuş, lakin apellyasiya şikayəti Cavabdeh4 tərəfindən imzalanmış, Cavabdeh2 tərəfindən isə imzalanmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu isə əksinə olaraq, Cavabdeh2 tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birgə cavadebhlərin birlikdə apellyasiya şikayəti verməsi və buna müvafiq olaraq da birlikdə dövlət rüsumu ödəməsi mümkün olan haldır. Birgə cavadbehlərin hər birinin ayrılıqda apellyasiya şikayəti verməsi halında isə ayrılıqda dövlət rüsumunun ödənilməsi zəruri olur. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, nəzəri cəhətdən cavabdehlərdən Cavabdeh2 sonradan apellyasiya şikayəti verməsi mümkün olan haldır. Cavabdehlərdən Cavabdeh2 sonradan apellyasiya şikayəti verdiyi və hazırkı apellyasiya şikayəti üzrə ödəmiş olduğu dövlət rüsumuna istinad etdiyi halda Cavabdeh4 apellyasiya şikayətinin mümkünlüyü məsələsi mübahisəli olacaqdır. Odur ki, apellyasiya şikayəti bir neçə cavabdeh tərəfindən verildiyi təqdirdə hər biri tərəfindən imzalanmaqla, bir dövlət rüsumunun ödənilməsi yolverilən hesab olunur. Apellyasiya şikayətində şikayətçilərin bir neçəsinin adının qeyd olunmasına baxmayaraq, şikayətin şikayətçilərdən biri tərəfindən imzalanması, digəri tərəfindən isə dövlət rüsumunun ödənilməsi yolverilən deyildir. Belə olduğu təqdirdə isə Cavabdeh4 münasibətdə apellyasiya şikayəti üzrə dövlət rüsumu ödənilməmiş, Cavabdeh2 münasibətdə isə imzlanmamış hesab olunur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan, bununla da apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələbinə uyğunluğunu yoxlamadan birinci instansiya məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1311/2023 saylı, 17 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün Tovuz Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ _______________________________________________________________________ __ Gəncə şəhəri, Atatürk prospekti 252. Telefon (022) 266-08-22. Faks (022) ***-**-** 2(104)-2354/2023 25 sentyabr 2023-cü il Cavabdeh2 Cavabdeh4 oğlu Tovuz şəhəri, Heydər Əliyev prospekti, ev 2, mənzil 1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2354/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadı Sizə göndərilir. Qoşma: qərardad Hakim Afiq Hüseynzadə 2(104)-2354/2023 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının PROTOKOLU 20 sentyabr 2023-cü il Gəncə şəhəri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1311/2023 saylı, 17 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti yoxlayır. Sədrlik edən apellyasiya şikayəini və iş materiallarını elan etdi. Məhkəmə kollegiyası yerində müşavirə edərək qərardadı qəbul etdi. Sədrlik edən Məhkəmə iclas katibi AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ _______________________________________________________________________ __ Gəncə şəhəri, Atatürk prospekti 252. Telefon (022) 266-08-22. Faks (022) ***-**-** 2(104)-2354/2023 25 sentyabr 2023-cü il Tovuz Rayon Məhkəməsinin sədri cənab Qafil Baxşıyevə Hörmətli Qafil müəllim! Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2354/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadına əsasən iddiаçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1311/2023 saylı, 17 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-363-ci maddəsinin tələbləri üzrə yoxlanılması üçün geri qaytarılır. Qoşma: mülki iş 1 cild, ______ vərəq Hakim Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar