Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2364/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2119/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3050 (üç min əlli) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2119/2024 saylı qətnaməsi ilə ( hakim Mahir Niftəliyev ) iddia təmin edilmiş, Cavabdeh 3050 (üç min əlli) manat və ödənilmiş dövlət rüsumu əvəzində 50,50 manat – cəmi 3100 (üç min yüz) manat 50 (əlli) qəpik alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2119/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi iddiaçının deməsinə və şikayət olunan məhkəmə qətnaməsinin əsaslandrıcı hissəsində göstərilənlərə görə tərəflər arasında borc müqaviləsi olmuş və həmin müqavilənin predmetini 3050 manat təşkil edir. Qeyd edilən maddi hüquq norması isə borc müqaviləsinin predmetinin üç min manatdan çox olan hallarda yazılı formada bağlanmasını nəzərdə tutur. Bundan başqa, o, hazırkı iş üzrə yalnız vasitəçi olmuş və 3050 manat pulu İddiaçı xahişi ilə ondan alıb ona pensiya düzəltməsi üçün Nəcibə Məmmədovaya vermişdir. Cavabdeh işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasına iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, pensiyasının bərpa edilməsi üçün 2021-ci ildə Cavabdeh 3050 manat vermişdir. Hazırki vaxta qədər pensiyası düzəlməmiş və Ayaz onun pulunu qaytarmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2119/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2119/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1878/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası təmin edilərək X1 65700 (altmış beş min yeddi yüz) manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, sözügedən iş üzrə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılaraq xx.xx.2022-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı məxsus 3050 manat məbləği heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, 3050 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Məhkəmə kollegiyasında aydın oldu ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı pensiyasının bərpa edilməsi üçün 2021-ci ildə 3050 manat pul alaraq, onun hesabına əsassız varlanmışdır. Cavabdehin hazırkı iş üzrə yalnız vasitəçi olması və 3050 manat pulu İddiaçı xahişi ilə ondan alıb ona pensiya düzəltməsi üçün Nəcibə Məmmədovaya verməsinə dair apellyasiyta dəlili hazırkı iddianın rədd edilməsi üçün əsas deyildir. Digər tərəfdən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1878/2023 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, X1 65700 (altmış beş min yeddi yüz) manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir ki, həmin məbləğə İddiaçı alınmışç 3050 manat pul da, daxildir. Cavabdehin borc müqaviləsinin predmetinin üç min manatdan çox olan hallarda, müqavilənin yazılı formada bağlanmasına dair dəlilinə münasibətdə isə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın maddi hüquqi əsasını borc münasibətləri yox, əsassəz varlanma təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2119/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384, 392, 393, 402-407-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2119/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2364/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2364/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver