Məhkəmə qərarları › İş №2(104)-2379/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2379/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2379/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “pul tələbinə” dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 2239/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)-171/2023 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 10500 manat maddi ziyanın 9500 manatının zərərçəkmiş şəxslərə ödənilməsi, geri qalan 1000 manat hissəsinin isə zərərçəkmiş şəxs İddiaçı ödənilməmiş qalmasının nəzərə alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(104)-134/2024 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 7 dekabr 2023cü il tarixli, 1(021)-171/2023 saylı hökmünün zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsasladırmışdır ki, Cavabdeh yaşadığı kənddə əvvəllər mağaza işlətdiyi vaxt tanımışdır. Belə ki, Cavabdeh mağazalara çörək payladığı vaxt onunla münasibəti yaranmışdır. Təxminən 2022-ci ildə əvəllərində aralarında olan söhbət zamanı Cavabdeh ona bildirmişdir ki, yaxın qohumlarının vasitəsilə əlilliklə bağlı olan təqaüdləri bərpa edə bilər. Həmin vaxt bacısı Elza Hüseynovanın təqaüdü kəsilmişdir. Cavabdeh sözlərinə inanaraq ona bacısı Elza Hüseynovanın təqadünün bərpası üçün 2500 manat məbləğində pul vermişdir. Həmin puldan əlavə olaraq 2022-ci ildə Cavabdeh 1300 manat məbləğində borc pul vermişdir. Ümumilikdə, cavabdehə 3800 manat məbləğində pul vermişdir. Cavabdeh aldığı 2500 manat pulun müqabilində bacısı Elza Hüseynovanın təqaüdünü bərpa etdirməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun etibarından sui-istifadə etməklə pulunu ələ keçirmişdir. Cavabdeh barəsində polis şöbəsinə şikayət etmiş, şikayəti əsasında onun barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)-171/2023 saylı hökmünə əsasən o, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh ona vurduğu ziyandan 1500 manat, borc aldığı puldan isə 530 manat məbləğində ona ödəniş etmişdir. Hazırda Cavabdeh ona ümumilkdə 1800 manat borcu qalmışdır. Keçən müddət ərzində Cavabdeh 1800 manat pulunu dəfələrlə tələb etmiş, lakin bir nəticəsi olmamışdır Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(021)-2239/2024 nömrəli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh 1000 (min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1030 (min otuz) manat məbləğində pulub İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin aprel ayının əvvəllərində İddiaçı ilə danışıb sonuncunun bacısı X1 təqaüdünün bərpa edilməsinə vəd verib inandıraraq 2022-ci ilin aprel ayının 5-də İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində pulunu almış, etdiyi dələduzluq cinayətinə görə Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhklum edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehə 2500 manat məbləğində pulu bacısının təqaüdünün bərpa edilməsi üçün, 1300 manat isə borc verdiyini bildirmiş, lakin cavabdehə 1300 manat məbləğində borc pul verməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmənin yuxarıda qeyd olunan hökmündən isə müəyyən olunur ki, cavabdeh iddiaçını aldadaraq ondan 2500 manat məbləğində pul almış, həmin pulun 1500 manatını ödəmiş, 1000 manat pul isə ödənilməmiş qalmışdır. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2239/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üçün əhəmiyyətlli olan bütün halları araşdırmamış, onun borcu ödəyibödəmədiyini dəqiqləşdirmədən qətnamə qəbul etmişdir. Belə ki, o, iddiaçıya olan bütün borcunu ödəyib qurtarmışdır. Məhkəmə onun iştirakım olmadan işə baxmış, onun ziyanına qərar qəbul etmiş, onun hüquqlarını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosdessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi ilə qəbul edilmişdir. İddiaçı ona qarşı qərəzli mövqe tutmuşdur. Onun iddiaçıya 1500 manat borcu olmuşdur və o, borcun hamısını iddiaçıya geri ödəmiş, onun iddiaçıya borcu qalmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, bu iş sübuta ytirilmiş işdir. Cavabdeh ondan aldığı puldan 1500 manatı qaytarıb vermişdir. Hal-hazırda Cavabdeh ona 1000 manat borcu qalmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə gəlməmiş və bunun üzürülü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni qismən – “ondan tutulmuş 1000 manat pulun tutulması” hissəsində mübahisələndirir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2239/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan “1000 manat borcun tutulması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)-171/2023 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 10500 manat maddi ziyanın 9500 manatının zərərçəkmiş şəxslərə ödənilməsi, geri qalan 1000 manat hissəsinin isə zərərçəkmiş şəxs İddiaçı ödənilməmiş qalmasının nəzərə alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(104)-134/2024 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 7 dekabr 2023cü il tarixli, 1(021)-171/2023 saylı hökmünün zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək 2500 manat pulunu ələ keçirtmiş və həmin puldan 1500 manatını geri qaytardıqdan sonra ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hökmlə müəyyən edilmiş hadisə, yəni cavabdehin iddiaçıdan aldatma yolu ilə 2500 manat pul aldığı, ona 1500 manat qaytardığı və bununla da cinayət əməlinin törədildiyi hissədə məcburilik xüsusiyyətləriə malikdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə qeyd edir ki, sonuncunun apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. Hökmlə cavabdehin iddiaçıdan 2500 manat pulun alındığı müəyyən edilsə də cavabdeh apellyasiya şikayətində 1500 manat pul aldığını və həmin vəsaiti iddiaçıya ödədiyini iddia edir. Cavabdeh iddiaçıya ödəniş edildiyini təsdiq edən sübutları təqdim məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxıldığını bildirir. Bununla bağlı iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə cavabdehə ünvanı üzrə göndərilmiş məhkəmə sənədləri ünvancı tərəfindən xx.xx.2024-cü il tarixdə poçt göndərişinə dair xəbərnaməyə əsasən alınmışdır. Cavabdeh teleqramla birinci instansiya məhkəməsinə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin xəsətəliyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmış və bunda da haqlı olmuşdur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri qanuni qüvvəyə minmiş hökmlə inkar edilir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2239/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan “1000 manat pulun tutulması“ hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar