Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2385/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-719/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-719/2023 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-719/2023 saylı qətnaməsini ləğv edib, cavabdehlər Cavabdeh və X1 2020 (iki min iyirmi) manat məbləğində verilmiş sığorta ödənişinin və 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020 manat məbləğində sığorta ödənişi məbləğinin və 40,60 manat dövlət rüsumunun cavabdehdən və X1 tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 16 noyabr 2021- ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 05 noyabr 2022-ci il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10 tərəfindən idarə olunan “VAZ-21074” markalı **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədəmişdir. Gəncə şəhər DYPŞnin qərarı ilə cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verən zaman cavabdeh avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkmiş şəxsin avtomobilinin zədələnməsi ilə bağlı 2020 manat məbləğində sığorta ödənişi verilmişdir. İddia tələbinə görə “VAZ-21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olduğundan və avtomobili etibarnamə olmadan Cavabdeh idarə etdiyindən, onların hər ikisi mülki məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinin tələb hissəsində vəsaitin iki cavabdehdən, Cavabdeh və X1 tutulması qeyd olunmuşdur. X8 cavabdeh qismində göstərilməsə belə, məhkəmə vəsaitin Cavabdeh tutulmasını təmin etməli idi. Belə ki, qanunvericiliyə əsasən əgər sığortalı əmlak sığortalının (sığorta olunanın) bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ yalnız sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Əgər sığorta olunanın, yəni X2 məlumatı olaraq istismar edilirsə subroqasiya hüququ həm hadisəni törədən şəxsə, həm də sığortalıya qarşı tətbiq edilə bilər. Prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada təkrar xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, avtomobilin qanuni sahibi X8 ilə iddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə PGU********** nömrəli İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X2 qanuni sahibliyində olan “VAZ-21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 12 ay müddətinə yəni, xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehin etibarnamə olmadan idarə etdiyi “VAZ-21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X6 idarə etdiyi “VAZ-21074” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, bununla əlaqədar Gəncə şəhəri X14 Şöbəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş, Gəncə şəhəri X14 Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və müvafiq çıxarışdan görünür ki, “VAZ-21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. Digər – “VAZ-21074” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi isə X9r. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh B kateqoriyalı sürücülük vəsiqəsinə malik olmuşdur. İş materiallarında olan “Praqma Consulting” daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidməti tərəfindən verilmiş DDƏQ/113-012/22 nömrəli Daşınar əmlaka dəymiş ziyanın dəyərinin müəyyən edilməsi barədə mütəxəssis rəyinə görə “VAZ-21074” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 13 dekabr 2022-ci il tarixinə 2020 manat təşkil edir. İş materiallarında olan PGU-223581 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, iddiaçı ASC tərəfindən 2020 manat məbləğində sığorta ödənişinin X6 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 171446 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı ASC tərəfindən X6 bank hesabına 2020 manat köçürülmüşdür. İş materiallarında olan Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi - toqquşma xx.xx.2022-ci il tarixində, saat 23:29 dəqiqədə Gəncə şəhərində baş vermişdir. Həmin arayışa görə “VAZ-21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş “VAZ-21074” markalı **- EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs eyni şəxs, yəni X10 olmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2022-ci il) sığorta hadisəsi baş vermiş və cavabdehin etibarnamə olmadan idarə etdiyi sığortalanmış “VAZ-21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X6 idarə etdiyi “VAZ-21074” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilə görə X6 bank hesabına 2020 manat köçürülmüşdür. Həmçinin, Gəncə şəhəri X14 Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı tələbini Cavabdeh qarşı irəli sürmüş olsa da, pul məbləğinnin həm də iş üzrə cavabdeh kimi göstərmədiyi X1 tutulmasını xahiş etmiş, məhkəməyə isə həmin avtomaşının X2 xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut iş materiallarına, nə də ki apellyasiya şikayətinə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı yolnəqliyyat hadisəsini törətmiş Cavabdeh qarşı subroqasiya qaydasında tələb irəli sürərək ödənilmiş sığorta ödənişi həcmində pulun cavabdehdən tutulmasını tələb etmişdir. Lakin işin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdeh nə sığorta olunan, nə də sığortalı deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, sığorta müqaviləsində sığortalı qismində “VAZ21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər qanuni sahibi X8 göstərilmişdir. Əmlak sığortası müqavilələrində (mülki məsuliyyətin icbari sığortası da əmlak sığortası hesab olunur) əmlakın mülkiyyətçisi də sığorta olunan hesab edilir. İddiaçının təqdim etdiyi sənədlərdən həmin əmlakın mülkiyyətçisinin X7 olması müəyyən olunur. İddiaçı isə Cavabdeh qarşı iddia tələbi irəli sürmüş, subroqasiya tələbinin əsası kimi İcbari sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsaslanmışdır. Hazırkı iddia tələbi üzrə birinci halın, yəni cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə hüququnun olmaması müəyyən edilsə də, ikinci hal, yəni əmlakın sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. İddiaçı cavabdehin avtomobili sığortalı və ya sığorta olunanın xəbəri olmadan idarə etdiyini sübut etməli olduğu halda bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, işə onların iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Bununla belə, qeyd edilməlidir ki, iddiaçı sığorta müqaviləsini bağlamış və sığortalı olaraq qeyd olunmuş X1 mülki məsuliyyət əsasında sığorta ödənişinə görə pul tələb etsə də X5 hazırki iş üzrə cavabdeh qisində cəlb etməmiş, ona qarşı iddia tələbi irəli sürməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kolegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia Cavabdeh qarşı qaldırıldığından və onun icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə hüququnun olmaması müəyyən edilsə də, iddiaçı tərəfindən əmlakın sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində iddianın həm də əmlakın sahibi X4 qarşı qaldırdığını qeyd etsə də, iddia ərizəsinə nəzər saldıqda X2 iş üzrə tərəf olması iddia ərizəsindən görünmür və yalnız sonda pulun hər iki cabadehdən tutulmalı olduğu göstərilmişdir. Göründüyü kimi iddia yalnız Cavabdeh qarşı qaldırdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddanı təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində digər məlumatlarla yanaşı iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb də göstərilməldir. İddiaçı isə iddia etdiyi məbləğin həm də X1 tutulmalı olduğunu göstərmiş olsa da, ərizəsində onu cavabdeh kimi göstərməməklə onun yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərməmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddia ərizəsində X8 cavabdeh qismində göstərilməsə belə, məhkəmə vəsaitin Cavabdeh tutulmasını təmin etməli idi. İddiaçının həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, icbari sığorta şəhadətnaməsində göstərilən “VAZ21074” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs - Cavabdeh tərəfindən istismar edilməsi təsdiqini tapmış olsa da, lakin iddiaçı həmin avtomobilin Cavabdeh tərəfindən sığortalı və ya sığorta olunanın xəbəri olmadan idarə edildiyini təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-719/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2385/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2385/2023
15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver