Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-241/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi Vəkil2 və müstəqil tələb sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «icarə haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(058)-55/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı «icarə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilmiş 36600 (otuz altı min altı yüz) manat icarə haqqının ödənilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin təsisçisi və rəhbəri Mirsaleh Ablikimlə uzun müddətdir ki tanışdır. 2017-2019-cu illər ərzində təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-ni icarə əsası ilə Razil Məmmədova məxsus olan ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasında (sexdə) xam dəri emalı fəaliyyəti ilə məşğul olmuş və emal olunmuş yarımfabrikat halına salınmış dəri məhsulları Mirsaleh Ablikimin nümayəndəsi olduğu “YİLİ JİNXİN TRADE CO.LTD”-yə və “CROWN HİDES” LTD-yə satılmışdır. 2019-cu ilin iyul ayında X3 Ablikim arasında yaranmış mübahisə səbəbindən R.Məmmədov ona qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və müəssisə tərəfindən emal olunmuş, satılması nəzərdə tutulan xam dərinin üzərinə həbs qoyulmasına nail olmuşdur. Mübahisə həllini tapdıqdan sonra o, "xxxx" MMC-nin fəaliyyətini dayandırmaq qərarına gəlmiş, bunu bilən Mirsaleh Ablikim ona təsisçisi və rəhbəri olduğu Cavabdeh MMC vasitəsilə dəri emalı fəaliyyəti ilə məşğul olmaq niyyətində olduğunu və bu sahədə onun peşəkar olduğu səbəbindən işlərə onun nəzarət etmək istədiyini bildirmişdir. Eləcə də o bildirmişdir ki, analoji hal yaranmasın deyə sexi birbaşa icarəyə götürmək istəmir. Beləliklə, aralarında olan razılaşmaya əsasən o, sexi Razil Məmmədovdan öz adına icarəyə götürməli və subicarə hüququ əsasında onu ikinci əldən Cavabdeh MMC-nə icarəyə verməli, Mirsaleh isə işlərə nəzarət etmək müqabilində onu və oğlu Şahmuradı əmək müqaviləsi əsasında - Cavabdeh MMC-də işə götürməli və hər birinə aylıq 2500 (iki min beş yüz) manat əmək haqqı ödəməli imiş. Razılaşmaya uyğun olaraq onunla mülkiyyətçi Razil Məmmədov arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi imzalanmış və müqaviləyə əsasən R.Məmmədovun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binası (həmin binada yerləşən avadanlıqlarla - 6 ədəd dəri dolab, 1 ədəd ətləmə dəzgahı, 1 ədəd sıxma dəzgahı, 1 ədəd desi ölçü dəzgahı, 1 ədəd 500-lük kompressor və 1 ədəd qaz ilə işləyən qazanxana) aylıq icarə haqqı 12200 (on iki min iki yüz) manat olmaqla ona icarəyə verilmişdir. Həmçinin onunla “Cavabdeh MMC arasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasının (həmin binada yerləşən avadanlıqlarla - 6 ədəd dəri dolab, 1 ədəd ətləmə dəzgahı, 1 ədəd sıxma dəzgahı, 1 ədəd desi ölçü dəzgahı, 1 ədəd 500-lük Kompressor və 1 ədəd qaz ilə işləyən qazanxana) icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli icarə müqaviləsi imzalanmış və müqaviləyə əsasən aylıq icarə haqqı 12200 (on iki min iki yüz) manat müəyyən edilmişdir. Mirsaleh ilk gündən razılaşmanın şərtlərinə əməl etməməyə başlamış, əvvəlcə onu və oğlunu uzun müddət əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etmiş və buna görə onlara əmək haqqı verməmişdir. Sonra isə icarəyə götürülmüş əmlakları zədələməyə və qərəzli olaraq əmlaklara ziyan vurmağa başlamış, əmlakların düzgün istifadə edilməsi və əmlaklara zərər vurulmaması ilə bağlı tələbləri Mirsalehin xoşuna gəlməmiş və Mirsalehin tapşırığına əsasən o, 2020-ci ilin mart ayından etibarən sexə buraxılmamışdır. 2020-ci ilin iyununda isə mülkiyyətçi Razil Məmmədov tərəfindən sexdə olan iki ədəd dəri dolabın sökülməsi barədə məlumatlandırılmışdır. Bundan sonra aidiyyəti üzrə məktublar göndərərək dolabların bərpa edilməsini tələb etsə də məktublarına heç bir cavab verilməmişdir. Əlavə olaraq 2020-ci ilin iyul ayından obyektə görə ödənilməli olan icarə haqqı da ödənilməməyə başlanmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-217/2022 saylı qətnaməsinə əsasən Cavabdeh MMC-yə qarşı olan iddiası qismən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan əmək haqqı məbləğinin (244000 manat) ödənilməsi hissəsində təmin olunmuşdur. Lakin cavabdeh bununla da kifayətlənməyərək, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ödəməli olduğu aylıq 12200 (on iki min iki yüz) manat icarə haqqı məbləğini ödəməməkdə davam edir. Qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı tərəfindən cavabdehə (həm hüquqi ünvan üzrə, həm də sexin yerləşdiyi ünvan üzrə) xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilməsinə və ödənilməmiş 3 aylıq (2022-ci ilin mart, aprel və may ayları) icarə haqqı məbləğinin (36600 manat) 5 gün müddətində ödənilməsi tələb olunmasına baxmayaraq cavabdehin icarə haqqı məbləğinin ödənilməsini təmin etməmişdir. Göründüyü kimi, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin tələblərini pozaraq həmin müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini heç bir əsas olmadan 23 aydır ki, ödəmir. Qeyd olunan müddətin 20 aylıq hissəsi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-217/2022 saylı qətnaməsi ilə əhatə olunduğundan, cavabdehə qarşı yerdə qalan 3 aylıq icarə haqqının ödənilməsi qət edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, onunla Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli (reyestrdə 3M-923 nömrə ilə qeyd olunmuş) icarə müqaviləsi üzrə ödənilməmiş 65600 (altmış beş min altı yüz) manat icarə haqqının və 287 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nə qarşı 19.09 2019-cu il tarixli (reyestrdə 3M-923 nömrə ilə qeyd olunmuş) icarə müqaviləsi üzrə 36600 (otuz altı min altı yüz) manat pul vəsaitinin və 200 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iş Samux Rayon Məhkəməsinin icraatındadır. Hazırki iddia tələbi üzrə cavabdeh tərəfindən 2022-ci ilin mart, aprel və may ayları üzrə icarə haqqı məbləğlərini ödəməmiş, işin məhkəmə aidiyyəti üzrə mübahisə yaranmış, iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və icarəçi bu müddət ərzində, yəni 2022-ci ilin iyun və iyul ayları üçün də icarə haqqını ödəməmişdir. Bundan əlavə icarəçi tərəfindən 2022-ci ilin oktyabr ayı üzrə icarə haqqı 7600 manat ödənilmiş, qalan 4600 manat ödənilməmişdir. Qeyd olunan səbəblərdən iddia tələbinin həcmi artırılaraq, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 65600 (altmış beş min altı yüz) manat icarə haqqının və 287 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi şəklində dəyişdirilməsinə zərurət yaranmışdır. Samux Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(058)-55/2023 nömrəli qətnaməsi ilə (hakim G.Şirinov) iddia təmin edilərək, Cavabdeh MMC-dən 65600 (altmış beş min altı yüz) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 287 (iki yüz səksən yeddi) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sübutlar: Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində X4 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 1i ünvanında yerləşən mülkiyyətdə olan 1 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasını tam mülkiyyət üzrə ona məxsus hissəsindən icarəyə verən X4 (tam hissə, 1707,2 kv.m olan qeyri-yaşayış binasını) icarəçi İddiaçı xx.xx.2024-cü il tarixədək müddətə icarəçiyə icarəyə vermiş, icarəyə götürən İddiaçı icarəyə verən X2 isə hər ayın 1-i aylıq 12200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) adından X5 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli ikinci əldən bağlanan icarə müqaviləsindən görünür ki, icarəyə verən icarəçiyə X1 mülkiyyətində olan 1707,2 kv.m olan qeyri-yaşayış binasını xx.xx.2024-cü il tarixədək icarəyə vermiş, icarəçi isə obyektin istifadəsinə görə aylıq 12200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-217/2022 nömrəli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilmiş, Cavabdehndən 244000 manat icraə haqqı və 9657,70 manat illik faiz məbləği olmaqla, cəmi 253657,70 (iki yüz əlli üç min altı yüz əlli yeddi manat yetmiş qəpik) pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli 2(104)-1612/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-217/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(102)- 5958/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli 2(104)-1612/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli 2(104)-876/2023 nömrəli qərardadından görünür ki, ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılması, eləcə də icarə haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs X2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə ilkin iddia üzrə İddiaçı ilk iddiadan, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddiadan imtina barədə ərizələri qəbul edilmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(043)-217/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 9/4044 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqatla yuxarıda qeyd edilənlərlə bağlı belə nəticəyə gəlinir ki, 01 avqust 2020-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək keçən dövr ərzində əvvəlki dəvlərdən qalan mal qalığından istifadə olunaraq ixrac edilmişdir. 01 avqust 2020-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək keçən dövr ərzində 364922.15 manat (yerli alınan malların dəyəri 210262.92 manat, digər istehsalla bağlı məsrəflər 47 395.63 manat və ixracla bağlı gömrük məsrəfləri 107263.6 manat) məsrəflər yaranmasına baxmayaraq həmin dövrə aid məhsul satışının olmadığı və qeyd olunan dövr ərzində maliyyə nəticəsinə əsasən Cavabdeh 364922.15 manat zərərlə başa vurduğu müəyyən edilir. Həmin yaranmış zərərin nəticəsini, məhsulun az istehsal olunması və həmçinin məhsul satışının az olması ilə əlaqələndirmək olar. Apellyasiya şikayətinin dəlilləri: Samux Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(058)-55/2023 nömrəli qətnaməsindən narazı qalan “Cavabdeh apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(058)-55/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh təsisçisi Türkiyə Respublikası vətəndaşı Mirsaleh Türkellə birlikdə İddiaçı adından "xxxx" MMC-ni yaradaraq Samux rayon Sərkar kəndində yerləşən X2 məxsus “Gön-Dəri” sexini icarəyə götürərək iri buynuzlu mal dərisini xammal kimi alaraq xarici ölkələrə ixrac etmişlər. Əvvəlcə xx.xx.2019-cu il tarixdə İddiaçıla Razil Məmmədov arasında icarə müqaviləsi imzalanmış, həmçinin təhvil-təslim protokolu tərtib edilmişdır (müqavilənin və sexdə olan avadanlıqların təhvil-təslim protokolunun surəti əlavə olunur). Sonradan İddiaçı qanunsuz hərəkətlərinə görə Mirsaleh Türkellə aralarında olan ortaqlığa son qoyulmuş, Mirsaleh Türkell Cavabdeh yaradaraq İddiaçıla subicarə müqaviləsi bağlayaraq, X1 mülkiyyətində olan ümumi sahəsi 1707.2 kv.m olan yalnız qeyri-yaşayış binasını (qeyd: avadanlıqların təhvil-təslimi ilə bağlı heç bir akt tərtib olunmayıb) gön-dəri emal etmək üçün xx.xx.2024cü il tarixədək icarəyə götürmüş və icarə haqqının birbaşa olaraq Razil Məmmədova ödənilməsi barədə razılıq ərizələri vermişlər. Qeyd olunan hadisədən sonra İddiaçı sexdə direktor müavini işləyən qardaşı oğlu Həsən Hüseynovla və Razil Məmmədovla qabaqcadan əlbir olaraq sexin fəaliyyətini iflic etmək üçün müxtəlif qanunsuz hərəkətlər etmişlər. xx.xx.2020-ci il tarixdə əsən güçlü küləkdən fabrikin dam ötrüyünün cüzi bir qismi dağılmışdır. Akyol İnternaitonal MMC-nin "xxxx" ASC-ilə etdiyi sigortadan istifadə edib daha çox pul almaq üçün fabrikin dam örtüyünü sığorta sayəsində yeniləmək üçün fabrik yeməkxanasına qədər olan dam örtüyünün Razil birinci əldən icarədarı Hüseyn ilə birlikdə sökdürərək, özü sökdürdüyü dam örtüyünə təbii fəlakətdən dağılmış kimi 22800 manat sığortadan pul almışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sexin üzərində olan dam örtüyü açıq vəziyyətdə qalmışdır. İddiaçı dəfələrlə içkili vəziyyətdə sexə gələrək orada olan işçiləri təhqir etmiş, sexin iş ahəngini pozmuşdur. Bundan sonra ilkin İddiaçı CavabdehMMC-yə qarşı Bakı şəhər Xəzər Rayon Məhkəməsində icarə müqaviləsinin ləğvi, cavabdehin icarə obyektindən çıxarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İlk iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, guya mübahisəli obyekti ikinci əldən icarəyə verəndə “Cavabdeh MMC ilə razılaşmışlar ki, onu və oğlu Şahmurad Hüseynov yüksək əmək haqqı ilə işlə təmin ediləcək. Bundan başqa guya sexdə olan 2 ədəd dəri dolabı qəsdən yararsız hala salınmış və icarəyə verən şəxs kimi o müəssisəyə buraxılmamışdır. Qeyd olunan iddiadan sonra Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2430/2020 saylı qərardadına əsasən qanunsuz və əsassız olaraq “Cavabdeh MMC-nin mülkiyyətində olan 100000 manat dəyərində xromlanmış göndərinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan sonra müəssisənin fəaliyyəti iflic olmuş, sexdə olan 104 palet gön-dəri kiflənərək yararsız hala düşmüş və demək olar ki, sex fəaliyyətini dayandırmışdır. İlkin iddiaçı iddiasında müqavilənin ləğvi, icarə obyektindən çıxarılma tələb etdiyinə görə, həmçinin sexdə olan xammalın üzərinə həbs qoyulduğu üçün aylıq icarə haqqının verilməsi dayandırılmışdır. Məhkəmə mübahisəsi davam edtiyi halda, ilk iddiaçı müxtəlif vaxtlarda iddia həcminin artırılması barədə ərizə verərək aylıq icarə haqqının tutulmasını, həmçinin hesablanmış icarə haqqı məbləğində sexə məxsus xammalın üzərinə həbs qoyulmasını xahiş etmişdir. İlk iddiaçı icarə obyektində olan əmlaka vurulmuş ziyana görə 100.000 manat, 19 ay üçün ödənilməmiş 231800 manat icarə haqqı və 11590 manat faiz məbləği olmaqla 343390 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. Qanusuz və əsassız məhkəmə qərardadları ilə hər dəfə iddianın təmini tədbiri təmin edilmiş, Cavabdeh MMCyə məxsus bütün əmlakın üzərinə həbs qoyulmuşdur. Halbu ki, xx.xx.2020-ci tarixdə Razil Məmmədov özü Rafiq adlı və Türkiyədən gələn Xəlil adlı baraban ustasını gətirərək biri su buraxır, digəri isə istehsala yararsız bəhanəsiylə iki barabanın taxtalarını sökdürmüşdür. Fabrikin kamera görüntülərinə və şahidlərin aktdakı ifadəsinə əsasən mal sahibi Razilin barabanın taxtalarını dəyişdirmək adıyla özü sökdürmüşdür (bu barədə akt və video görüntü - flaş kart birinci instansiya məhkəməsinə verdiyim etiraza əlavə olunub). Bundan sonra Razil Məmmdov formal olaraq İddiaçı pritenziya məktubları göndərir, İddiaçı da formal olaraq Akyol İnternaitonal MMC-yə pritenziya məktubları göndərir. Halbu ki, həmin vaxt İddiaçı sex bitişik yerdə yaşamaqla iri buynuzlu mal-qara saxlatdırırdı. Akyol İnternaitonal MMC-yə formal olaraq göndərilmiş məktubları həmin zaman sexdə direktor müavini işləyən və sexi idarə edən İddiaçı qardaşı oğlu Həsən Hüseynov qəbul etməkdən imtina edərək geri qaytarmış və bu barədə rəhbərliyə heç bir məlumat verməmişdir. Həmin vaxt Akyol İnternaitonal MMC-nin direktoru Mirsaleh Türkell Azərbaycan Respublikası ərazisində olmamışdır. Razil Məmmədov 2021-ci ilin təxminən iyul-avqust aylarında Rafiq, Nəcəf və İddiaçıla əlbir olaraq müxtəlif vaxtlarda Sexə məxsus 368 kisə, 19000 manat dəyərində “xrom” adlı dərmanları oğurlamışlar. Bundan başqa keçən 19 ay ərzində Cavabdeh MMC ilkin iddiaçının günahı üzündən 364.922.15 manat məbləğində maddi ziyan dəymişdir ki, bununda səbəbi Hüseyn və Razil olmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilmsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı icarə haqqı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs X2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsində işə baxılmış və Cavabdehnə vurulmuş ziyanla bağlı ekspert rəyi əldə edilmişdir ki, həmin rəylə cavabdehin təqsirli hərəkətləri nəticəsində fəaliyyətini demək olar ki dayandırıldığı vaxtdan 2022-ci ilin avqust ayına olan dövr üzrə Cavabdehnə 364000 manat zərər dəyməsi müəyyən edilmişdir. Bundan sonra cavabdeh vurulmuş zərərə görə dolayısı ilə təqsirini etiraf etmiş və məhkəmənin barışıq təklifinə görə iddiasından imtina etmişdir. Həmçinin, Cavabdeh də icarə obyektində fəaliyyətini davam etdirmək üçün zərər tələbindən imtina etmişdir. 2022-ci ilin avqust ayından etibarən isə fəaliyyətlərini bərpa etdikdən sonra isə icarə haqları ödənilmişdir. Belə ki, 2022-ci ilin avqustuna kimi onlar heç bir mal idxal etməmişlər. İxrac olunan mallar isə əvvəl alınmış mallar olmuşdur. 2022-ci ilin oktyabr ayı üzrə qalan 4600 manat cavabdehin göndərdiyi kart hesabına köçürülmüşdür. Bununla bağlı yazışma və səs yazısı mövcuddur. Şəki Kommersiya Məhkəməsində olan iddianın isə əvvəlki icarə haqqı tələbi ilə bağlı işə aidiyyəti olmamışdır. Düzdür ki, Cavabdeh tərəfindən həmin iddianın geri götürülməsi qəbul edilib. Lakin, şərt qoyulmuşdur ki, həmin obyektə dair 5 il müddətinə icarə müqaviləsi bağlanacaqdır. İddiaçının vəkilinin suallarına cavabdında isə bildirmişdir ki, 2022-ci ilin avqust ayına kimi işə başlaya bilməmişlər. X7 Cavabdeh MMC-yə məxsus 19000 manat dəyərində dərmanı oğurlatdırmışdır. Samux Rayon Polis Şöbəsində bununla bağlı cinayət işi başlanmış və hazırda icraat dayandırılmışdır. İddialarından imtinaların səbəbi isə həmin obyektdə qalıb işləmək niyyətləri ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 çıxış edərək bildirmişdir ki, Cavabdeh keçən müddət ərzində fəaliyyətini dayandırmamışdır. Bu təqdim etdikləri gömrük sənədləri ilə də öz təsdiqini tapmışdır. Həmçinin, cavabdehin iddia etdiyi ekspert rəyində qeyd olunmuşdur ki, malın az alınması nəticəsində istehsal zəifləmişdir. Bunun səbəbi isə pandemiya olmuşdur. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, X4 İddiaçı icarə haqqını tələb etmədiyindən, yəni üç tərəfli razılaşma olduğundan İddiaçı əvvəlki aylar üzrə icarə haqqı tələbinə dair iddiasından imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb sürməyən üçüncü şəxs X4 izahat verib bildirmişdir ki, əslində icarə haqqı tələbi üzrə pulun sahibi odur. İcarə haqqı məbləği isə onun heabına ödənilir. İddiaçı Hüseyn onun göstərişlərinə uyğun hərəkət edir. Hətta iddia üzrə vəkil xərcləri də onun tərəfindən ödənilir. Obyekti icarəyə vermək üçün Cavabdeh ilə onu Hüseyn tanış etmişdir. Həmin cavabdeh də Hüseyni işə götürməyi öhdəsinə götürdüyündən müqavilə Hüseyn vasitəsi ilə bağlanmışdır. Əvvəlki icarə haqqı məbləği ilə bağlı iddia tələbindən imtina etməsi razılaşmaları ilə bağlı olmuşdur. Belə ki, qarşı tərəf Şəki Kommersiya Məhkəməsində ona qarşı olan 100000 ABŞ dolları pul tələbinə dair iddiadan imtina etməyi öhdəsinə götürmüşdür. Buna görə də onlar əvvəlki icarə haqqı ilə bağlı tələbdən imtina etmişdir. Lakin, Akyol İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti onu aldadaraq iddianı geri götürməmişdir. Hazırki mübahisə üzrə icarə haqqını o Hüseyndən tələb edir. Buna görə də Hüseyn də cavabdehdən icarə haqqını tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə iddiaçı arasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1707,2 kv.m olan qeyriyaşayış binasının icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli subicarə müqaviləsi bağlanmış və aylıq icarə haqqı 12200 (on iki min iki yüz) manat müəyyən edilmişdir. Daha əvvəl ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılması, eləcə də icarə haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2020-ci ilin iyul ayından 2022-ci ilin mart ayınadək icarə haqqı məbləği olan 244000 manat icarə haqqı məbləğinin ödənilməsini tələb etmişdir. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 779000 ABŞ dolları zərər məbləğinin ona ödənilməsini tələb etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)- 217/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş və Cavabdehndən 244000 manat icarə haqqı və 9657,70 manat illik faiz məbləği olmaqla, cəmi 253657,70 (iki yüz əlli üç min altı yüz əlli yeddi manat yetmiş qəpik) pulun alınaraq, İddiaçı verilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(104)-1612/2022 nömrəli qətnaməsi ilə isə Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 217/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(102)-5958/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli 2(104)-1612/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(102)- 5958/2022 saylı qərarında qeyd etmişdir ki, həmin iş üzrə İddiaçı göstərilən iddia tələbləri ilə 10 avqust 2020-ci il tarixdə məhkəməyə müraciət etməklə bərabər həmin məbləğdə MMC-nin hazır məhsulu üzərində həbs qoyulması barədə ərizə vermiş, daha sonra icarə haqqı tələbini irəli sürmüş, dəfələrlə icarə haqqı tələbini artırması barədə ərizələr vermiş və hər dəfə iddinın təmini tədbiri kimi cavabdeh MMC-nin hazır məhsulu üzərində həbs qoyulmasına dair ərizələrlə məhkəməyə müraciət etmişdir. İşə baxan aşağı instansiya məhkəmələri iddiaçının bu hərəkətlərinə prosessual hüquqlardan istifadə kimi qiymət verərək həmin hüquqların məhdudlaşdırılmasının yol verilməzliyi qənaətinə gəlmiş, lakin nəzərə almamışlar ki, iddia qaldırılana kimi cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərə əməl edərək icarə haqqını vaxtlı-vaxtında ödəmiş, məhkəmə baxışının gedişində isə icarə haqqını ödəyə bilməməsinin səbəbi kimi İddiaçı əsassız iddialarına, onun tərəfindən MMCnin fəaliyyətinə maneəçilik törədilməsinə, hazır məhsul üzərində uzun müddət həbs qoyulduğuna görə gəlir əldə edə bilməməsinə istinad etmişdir. Məhkəmələrin dəyərləndirməsi icarə müqaviləsinə əsasən tərəflər arasında yaranmış münasibətlərin təkcə iddiaçının prosessual hüquqlarının həyata keçirilməsi baxımından olmuş, bu zaman nəzərə alınmamışdır ki, iddiaçı həmçinin həm qanundan, həm də müqavilədən irəli gələn vəzifələr də daşımışdır. O, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə zəmin yaratmalı, MMC-nin fəaliyyətinə maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli idi. Məlum olduğu kimi, cavabdehin müqavilə öhdəliyini pozması nəticəsinə gəlmək üçün onun öz öhdəliyinin icrasını gecikdirmiş olması təsdiqlənməlidir. Odur ki, sözügedən 19 ay üçün icarə haqqının ödənilməsi öhdəliyinin icrasının özünün təqsiri olmadan, məhz iddiaçının hərəkətləri nəticəsində gecikdirilməsi barədə cavabdehin dəlillərinin işdəki məlumat və sübutlar əsasında, çəkişmə prinsipinə riayət edilməklə tam və hərtərəfli yoxlanılması və məsələyə hüquqi qiymət verilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi icarə haqqı və icarə haqqına hesablanmış faiz tələblərini təmin edərkən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsində iddiaçı tərəfin təqsirinin olub-olmamasını, iddiaçının hüquqdan sui-istifadə edib-etməməsini müəyyən etməmiş, tərəflərin təqdim etdikləri sübutlara göstərilən aspektdə baxmamışdır. Həmçinin, işdən görünür ki, 779000 ABŞ dolları maddi ziyanla əlaqədar qarşılıqlı iddia təkcə İddiaçı məhkəmədə əsassız iddia qaldırdığına görə MMC-nin fəaliyyətinin dayanması nəticəsində gəlirdən məhrum olması ilə deyil, digər dəlillərlə, o cümlədən İddiaçı və 3-cü şəxs Razil Məmmədovun sexin damını sökməsi nəticəsində məhsulların və avadanlaqıların yararsız hala düşməsi, icarə haqqından başqa əlavə pul tələb etməsi, özünün qanunsuz hərəkətləri ilə müəssisədə işləyən şəxslərə təsir göstərməsi və sair hallarla da əsaslandırmışdır. Lakin məhkəmələr həmin hallara qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddianın təmini tədbirlərinin tamamilə deyil, "xxxx" icarə haqqının ödənilməsi ilə əlaqədar olduğunu göstərmişdir. MMC-nin 19 aylıq gəlirdən məhrum olması və bunun İddiaçı qanunsuz hərəkətləri nəticəsində baş verməsi barədə qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin halın, yəni MMC-nin həqiqətən də gəlirdən məhrum olub-olmaması, əgər belə hal olmuşdursa bunun ilk iddiaçının icarə müqaviləsi üzrə vəzifələrini lazımınca yerinə yetirməməsi ilə əlaqəsi, yaxud iki tərəfin təqsiri üzündən baş verib-verməməsi, ilk iddiaçının hərəkətlərində hüquqdan sui-istifadənin olub-olmaması ilə bağlı yuxarıda qeyd edildiyi kimi lazımi araşdırma aparmamış, təqdim olunmuş sübutlara hərtərəfli və tam baxmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(102)-5958/2022 saylı qərarında qeyd olan göstərişlərə müvafiq olaraq araşdırmalar aparıldığı icraat zamanı isə ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh iddia tələblərindən imtina etdiklərindən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(043)- 217/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi izahat verib bildirmişdir ki, ekspert rəyi ilə 2022-ci ilin avqust ayınadək olan müddət üçün Cavabdehnə 364000 manat zərər dəyməsinin sübut olunması ilə əlaqədar cavabdeh vurulmuş zərərə görə dolayısı ilə təqsirini etiraf etmiş və məhkəmənin barışıq təklifinə görə iddiasından imtina etmişdir. Cavabdeh isə icarə obyektindən istifadə etmək niyyətində olduğundan iddia tələbindən imtina etmişdir. İddiaçı isə X1 ondan icarə haqqını tələb etmədiyindən, yəni üç tərəfli razılaşma olduğundan əvvəlki aylar üzrə icarə haqqı tələbinə dair iddiasından imtina etməsinə, müstəqil tələb sürməyən üçüncü şəxs X4 isə Cavabdeh Şəki Kommersiya Məhkəməsində ona qarşı olan 100000 ABŞ dolları pul tələbinə dair iddiadan imtina etməyi öhdəsinə götürməsi müqabilində əvvəlki icarə haqqı ilə bağlı Hüseyndən pulu tələb etməsinə dair izahat vermişdir. Məhkəmə kolegiyası qeyd edir ki, X4 ilə İddiaçı arasında icarə, İddiaçı ilə Cavabdeh arasında isə subicarə müqaviləsi eyni məbləğə bağlanmış, icarə haqları birbaşa Cavabdeh tərəfindən X2 ödənilmişdir ki, X1 məhkəmə kollegiyasındakı izahatı ilə də əslində İddiaçı ilə onun arasındakı icarə münasibətlərinin formal olması, digər məqsədlə bağlanması və onların cavabdehə qarşı birlikdə hərəkət etməsi öz təsdiqini etmişdir. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsinin ekspert rəyi ilə 2022-ci ilin avqust ayınadək olan müddət üçün Cavabdehnə 364000 manat zərər dəyməsinin sübut olunması, ilk iddia üzrə iddiaçının vurulmuş zərərə görə dolayısı ilə təqsirini etiraf etməsi və bu səbəbdən iddiadan imtinası ilə bağlı izahatını ağlabatan hesab etmişdir. Belə ki, iddiaçı cavabdehdən icarə haqqı tələbini tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən tələb etmişdir ki, icarə müqaviləsinin mövcudluğu və icarə haqqı məbləği ilə bağlı hər hansı bir əlavə sübutetmə yükünə ehtiyac olmamışdır. Əvvəlki iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh isə icarə haqqını ödəyə biləməsini və zərərə düşməsini məhz ilk iddia üzrə iddiaçının hərəkətləri nəticəsində baş verdiyinə istinad etmişdir ki, bu baxımdan iddiaçı Cavabdeh bunula bağlı kifayət qədər sübutetmə yükü olmuşdur. Lakin, cavabdehin icarə haqqı qismində 244000 manatlıq iddia tələbindən imtinası məhkəmə kollegiyası tərəfindən Cavabdeh fəaliyyətinə mane olması və yaranmış zərərdə təqsirli olmasını qəbul etməsi kimi qiymətləndirilmişdir. Təsadüfi deyildir ki, həmin mübahisə üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 9/4044 saylı ekspert rəyi ilə 01 avqust 2020-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək keçən dövr ərzində Cavabdeh 364922.15 manat zərərlə başa vurduğu müəyyən edilmiş, məhz həmin rəyin əldə edilməsindən sonra ilk iddia üzrə iddiaçı iddia tələbindən imtina etmişdir. İddiaçının və üçüncü şəxsin iddiadan imtina edilməsi ilə bağlı əsasları isə iş materialları ilə təsdiqlənməməklə yanaşı, ağlabatan və inandırıcı da olmamışdır. Buna görə də məhkəmə kollegiyası 2022-ci ilin fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə Cavabdeh icarə haqlarının ödəyə bilməməsini iddiaçının və onunla birlikdə hərəkət edən üçüncü şəxsin təqsirindən baş verməsi qənaətinə gəlmişdir ki, bununla da Cavabdeh Mülki Məcəllənin 448.4-cü maddəsinin tələbi baxımından icarə haqqı ödəmə məsuliyyətindən azad hesab olunmuşdur. 2022-ci ilin oktyabr ayı üzrə qalıq 4600 manatın isə cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş üçüncü şəxs Razil Məmmədovla iddiaçının nümayəndəsi arasında olan “Whatsapp” yazışmasından görünür ki, iddiaçının nümayəndəsi R.Məmmədova 10-cu ay, yəni oktyabr ayı üçün avans olaraq 5000 manatı onun dediyi hesaba köçürdüyünü bildirməklə, ödənən hesab məlumatlarını vermiş, R.Məmmədov isə bunu təsdiq etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Samux Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(058)-55/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(058)-55/2023 nömrəli qətnaməsi ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Samux Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(058)-55/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(058)-55/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.