Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2419/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra Lpo "xxxx" ASC-nin LƏSF) cavabdehlər Cavabdeh və Zamin qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Kredit borcunun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Lpo "xxxx" ASC-nin LƏSF-nun nümayəndəsi X* və Cavabdeh nümayəndəsi (qardaşı) X4 iştirakı ilə, İddiaçı Lpo "xxxx" ASC-nin LƏSF-nun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(06*)-403/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 08 avqust 20*4-cü il tarixli 4*00036*0 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 08 avqust 20*4-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 35 ay müddətinə 7650 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. 08 avqust 20*4-cü il tarixli 4*00036*0 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Zamin arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh 08 avqust 20*4-cü il tarixli 4*00036*0 nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda Zamin bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür.
3. *2.*2.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 06 fevral 20*7-ci il tarixli 4*00036*0 saylı kredit müqaviləsi üzrə 05.*2.2022-ci il tarixədək yaranmış borcu cəmi borcu 2906.0* (iki min doqquz yüz altı manat, 0* qəpik) AZN-bundan 585.24 (beş yüz səksən beş manat, 24 qəpik) AZN əsas, 482.52 (dörd yüz səksən iki manat, 52 qəpik) AZN faiz, *755.6* (bir min yeddi yüz əlli beş manat, 6* qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusuya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82.64 (səksən iki manat, 64 qəpik) AZN faiz təşkil edir.
4. 27 oktyabr 2022-ci il tarixli bildirişin surətindən görünür ki, LPO "xxxx" ASC Cavabdeh onlara olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq etmişlər. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi bildirilmişdir.
5. 27 dekabr 20*7-ci il tarixli 34-70263934-* saylı qəbul olunmuş hesab nömrəsi, *25694435 saylı qəbzlə Cavabdeh "xxxx" ASC-in Zaqatala filialına 4656 manat pul köçürmüşdür.
6. 22 dekabr 20*7-ci il tarixdə Bərdə şəhərində tərtib edilmiş aktın surətindən görünür ki, Cavabdeh tərəfindən 4656 manat məbləğində vəsait 34-70263934-* saylı cari hesaba mədaxil edilmişdir. Həmin vəsait 4656 manat "xxxx" ASC qarşısında olan 4*00036*0 saylı, 08.08.20*4-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə) mövcud olduğu halda) ilə birlikdə 66*4,29 manat məbləğində qalığının Bank tərəfindən cərimə və dondurulmuş faizləri bağışlanılmaqla əsas məbləğ + faiz məbləğinin cəminə 4656 manat ödəniş edərək tam bağlanılmasına yönəlmişdir. Bank təsdiq etmişdir ki, qeyd edilən müqavilə üzrə müştərinin heç bir öhdəlik mövcud deyildir. Akt tərtib edən şəxslər tərəfindən imzalanmışdır.
7. 24 iyun 2023-cü il tarixli 9/4443 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh arasında 08.08.20*4-cü il tarixli 4*00036*0 saylı kredit müqaviləsinə əsasən 06.02.20*7-ci il tarixdə əlavə 0* nömrəli saziş müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən müqavilə bitən tarixə xx.xx.2020-ci il müddətinə əsas borc üzrə 766,3* manat, 397,56 manat faiz borcu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Lpo "xxxx" ASC-nin LƏSF cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddiа ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 2906.0* (iki min doqquz yüz altı manat, 0* qəpik) AZN-dan 585.24 (beş yüz səksən beş manat, 24 qəpik) AZN əsas, 482.52 (dörd yüz səksən iki manat, 52 qəpik) AZN faiz, *755.6* (bir min yeddi yüz əlli beş manat, 6* qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82.64 (səksən iki manat, 64 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 49.07 (qırx doqquz manat, 07 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə cavabdeh Quliyev Xəyal Baxşeyiş oğlu arasında bağlanmış *70008093 nömrəli 05.02.20*5-ci il tarixli kredit müqaviləsi üzrə Şəxsi İstehlak məqsədi ilə cavabdehə 24 ay müddətinə illik 28% faiz dərəcəsi ilə 7640 (yeddi min altı yüz qırx) ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh Quliyev Xəyal Baxşeyiş oğluna kredit verilərkən X7 ilə Bank arasında *70008093 nömrəli 05.02.20*5-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzininin ödənilməsi də daxil olmaqla zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 03.02.20*7-ci il tarixli, 0* saylı kredit müqaviləsinə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit məbləğinin qalığı konvertasiya edilməklə 3527,78 (üç min beş yüz iyirmi yeddi manat, yetmiş səkkiz qəpik) məbləği təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixidək təyin edilmişdir. Borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına habelə 22222008*029*saylı, 28.*0.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə *3.02.20*9-cu il tarixdə *50 (bir yüz əlli manat) məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. *5.**.2022-ci il tarixə cavabdeh Quliyev Xəyal Baxşeyiş oğlunun kredit üzrə cəmi borcu 4998,57 (dörd min doqquz yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində təşkil edir. Bundan *397,98 (bir min üç yüz doxsan yeddi manat, doxsan səkkiz qəpik) AZN əsas, 829,06 (səkkiz yüz iyirmi doqquz manat, altı qəpik) AZN faiz, 2578,49 (iki min beş yüz yetmiş səkkiz manat, qırx doqquz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış *93,04 (bir yüz doxsan üç manat, dörd qəpik) AZN faiz borcu təşkil edir.
10. Bundan sonra Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı Lpo "xxxx" ASC-nin LƏSF cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının əsassız olduğundan və iddia müddəti keçdiyindən həmin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Etiraz onun əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlərdən tələb edilən 2906.0* manat borcla baglı bildirir ki, 22 dekabr 20*7-ci ildə 4656.00 manat məbləgində vəsait onun tərəfindən "xxxx" ASC-nin 34-70263934-*№-li cari hesabına mədaxil edilmişdir. Həmin vəsait "xxxx" ASC qarşısında olan tərəflər arasında bağlanan 08.08.20*4-cü il tarixli, 4*00036*0№-li kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə ilə birlikdə) 66*4.29 manat məblgində qalıgının Bank tərəfindən cərimə və dondurulmuş faizləri bagışlanılmaqla əsas məbləg + faiz məbləginin cəminə 4656.00 manat ödəniş edərək tam baglanılmasına yönəldilmişdir. Bank təsdiq etmişdir ki, qeyd edilən müqavilə üzrə müştərinin heç bir öhdəliyi mövcud deyildir. Bu fakt onunla "xxxx" ASC Bərdə Filialının müdiri R.E.Məmmədov arasında 22 dekabr 20*7-ci ildə imzalanan Aktla təsdiq edilir. Bu isə o deməkdir ki, onunla "xxxx" ASC arasında olan öhdəliyə xitam verilmişdir və iddiaçı ödənilmiş pul vəsaitini təkrarən ondan tələb edə bilməz. Məhkəmə isə bu halı nəzərə alıb iddia işinə xitam verməlidir. Əks halda cavabdeh kimi onun ədalətli məhkəmə araşdırması hüquqları pozulacaqdır. İddianın əsassız olması ilə baglı ikinci dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehlərdən tələb edilən 585.24 manat əsas, 482.52 manat faiz, *755.6* manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 82.64 manat faiz borcu olmaqla cəmi 2906.0* man borc şişirdilmişdir və bu səbəbdən də həmin borcun necə yaranmasını dəqiq və qərəzsiz müəyyən etmək məqsədilə məhkəmə maliyyə-müsahibatlıq ekspertizası təyin edilməlidir. İddianın əsassız olması ilə baglı üçüncü dəlili ondan ibarətdir ki, Ləğv Prosesində olan "xxxx" ASC-i qanunvericiliyin tələbinə ziddinə olaraq kredit müqaviləsində faizlərin ayda bir dəfə ödənilməsini tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 74*-ci maddəsinə əsasən faizlər ildə bir dəfə, ilin sonunda ödənilməlidir. Bu isə o deməkdir ki, Ləgv Prosesində olan "xxxx" ASC Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla kredit müqavilələri bagladıgından bu müqavilələr etibarsız hesab edilməlidir.
12. Tərtər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(06*)-403/2023 nömrəli qərardadı ilə, iddiaçı Lpo "xxxx" ASC-nin LƏSF-nun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
13. Tərtər Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(06*)-403/2023 nömrəli qətnaməsi (hakim Kamil Rzayev) ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və Zamin bərabər qaydada əsas borc üzrə 585.24 (beş yüz səksən beş manat, 24 qəpik) AZN əsas, 482.52 (dörd yüz səksən iki manat, 52 qəpik) AZN faiz, *00 (yüz) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusuya Məhkəməsinin 24.*2.20*4cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82.64 (səksən iki manat, 64 qəpik) AZN faiz borcu, ümumilikdə isə *250,40 (min iki yüz əlli manat 40 qəpik) AZN məbləğində kredit borcu, iş üzrə ödənilmiş 49.07 (qırx doqquz manat, 07 qəpik) AZN dövlət rüsumu alınıb LPO "xxxx" ASC-in hesabına ödənilməsi, iddia cərimə borcuna aid olan qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri *00 (yüz) manat cavabdehlər Cavabdeh və Zamin bərabər qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN *40*55507*, hesab AZ34CTRE**********000208850*, X2, KOD 2*0005, VÖEN *40*55507*, m/h AZ4*NABZ0*360***********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2, 424.2, 442, 449.*, 449.*, 449.4 və 467-ci maddələrinə, Mülki Prosessual Məcəllənin *4.2, 77.*, 78.*, 88, *03, **9.*, 2*6-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh vəkili X5 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(06*)-403/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ekspertiza rəyi ilə razı deyil. Məhkəməyə subut təqdim etmişdir ki, "xxxx" ASC-yə borcu yoxdur. Borcunu 22 dekabr 20*7-ci ildə ödəmişdir. Qəbzin surətini məhkəməyə təqdim etmişdir. Bu barədə həmin tarixdə borcun olmamasına dair Bankın əməkdaşları tərəfindən Akt tərtib edilib. Həmin Aktı da Tərtər rayon məhkəməsinə təqdim etmişdir. Həmin sənədləri Tərtər rayon məhkəməsi nəzərə almamışdır. Tərtər rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, 22 dekabr 20*7-ci ildə "xxxx" ASC-nin Bərdə filialının müdiri R.E.Məmmədov və filialın baş ekspert qrupunun rəhbəri T.C.Babayevin tərtib etdikləri Akta əsasən 4656 manat "xxxx" ASC qarşısında olan 4*00036*0 saylı, 08.08.20*4-cü il tarixli Kredit müqaviləsi üzrə kredit borcunu 66*4.29 manat məbləğində qalığının bank tərəfindən dondurulmuş cərimə və faizləri bağışlanmaqla əsas məbləğ + faiz məbləğinin cəminə 4656 manat ödəniş edərək tam bağlanmasına yönəlmişdir. Bank təsdiq etmişdir ki, qeyd edilən müqavilə üzrə müştərinin heç bir öhdəliyi mövcud deyil. 4656 manat "xxxx" ASC-yə ödəməyi haqqında sübutu araşdırmadığı üçün Banka borclu olmağı barədə Tərtər rayon məhkəməsi səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçı Lpo "xxxx" ASCnin LƏSF-nun nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.*. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 445.*. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.*. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
27. Maddə 448.*. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 449.*. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
29. Maddə 470.*. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
31. Maddə 472.*. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
32. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
33. Maddə 739.*. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 20*9-cu il 28 fevral tarixli, 55* nömrəli Fərmanı
34. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği *0.000 ABŞ dollarınadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilmişdir.
35. *-ci bənddə göstərilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara *0 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:
36. *.*. 20*5-ci il fevralın 2*-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – * ABŞ dollarına 0,25 manat (0,*5 ABŞ dolları) kimi;
37. *.2. 20*5-ci il fevralın 22-dən həmin il dekabrın 2*-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – * ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
38. *.3. 20*5-ci il fevralın 2*-nə və dekabrın 2*-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın *.*-ci və *.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə *4.*. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.*. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Maddə 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
47. Maddə 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Maddə 385.*. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.*.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.*.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
50. Maddə 402.*. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
51. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 20**-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
54. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh qətnamənin ləğvini xahiş edir. Bu səbəbdən məhkəmə kollegiyası qətnamənin əsaslılığını ona münasibətdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
56. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qeyd olunan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
57. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 08.08.20*4-cü il tarixli, 4*00036*0 nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə 7.650 ABŞ dolları məbləğində kredit verilmiş, habelə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi kreditor ilə digər cavabdeh Zamin arasında 08.08.20*4-cü il tarixli, 4*00036*0 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra tərəflər arasında bağlanmış 06.02.20*7-ci il tarixli 0* nömrəli əlavə sazişlə həmin kredit müqaviləsi üzrə kredit məbləğinin əsas borc qalığı restrukturizasiya prosesi üzrə konvertasiya edilməklə məbləğ dəyişdirilmiş və kredit müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh sonuncu dəfə 22.*2.20*7-ci il tarixdə 4656 manat məbləğində borcundan ödəniş etmişdir. Lakin, borcalan daha sonra kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və müqavilənin şərtlərinə əməl etməyərək ödənişləri vaxtında həyata keçirməmişdir. Nəticədə onun kreditora 585,24 manat əsas, 482,52 manat faiz borcu, *755,6* manat cərimə borcu, müqavilənin bitmə tarixinə hesablanmış 82,64 manat faiz borcu yaranmışdır.
58. Eyni zamanda müəyyən edilmişdir ki, borcalan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 20*9-cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və ona kredit borcu üzrə 2.*29,82 manat məbləğdə kompensasiya hesablanmışdır. Cavabdeh həmin kompensasiyanı almışdır. Hazırda borcalanın 585,24 manat restrukturizasiya məbləği yəni borcu qalmışdır.
59. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
60. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin *4.2.*-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
61. İddia tələbinin kökündə tələb etmənin əsası kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
62. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
63. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
64. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
65. Mülki Məcəllənin 390.*-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
66. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
67. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
68. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
69. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
70. Mülki Məcəllənin 386.*-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
71. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan 08.08.20*4-cü il tarixli, 4*00036*0 nömrəli kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh Elmədin Hüseynov isə borclu statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
72. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
73. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Ona görə də borcun kredit müqaviləsi üzrə tərəf olan borcalandan tələb edilməsi əsaslıdır.
74. Lakin, iddia tələbinin tələb olunan həddə təmin edilməsi yolverilməzdir.
75. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 20*9-cu il 28 fevral tarixli, 55* nömrəli Fərmanına əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği *0.000 ABŞ dollarınadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilmişdir.
76. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 20*9-cu il tarixli Fərmanın *-ci bəndində göstərilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara *0 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:
77. *.*. 20*5-ci il fevralın 2*-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – * ABŞ dollarına 0,25 manat (0,*5 ABŞ dolları) kimi;
78. *.2. 20*5-ci il fevralın 22-dən həmin il dekabrın 2*-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – * ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
79. *.3. 20*5-ci il fevralın 2*-nə və dekabrın 2*-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın *.*-ci və *.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
80. Həmin Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın *-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
81. Həmin Fərmanın 3.*-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanmışdır.
82. Bu Qaydaların 7.*-ci bəndində deyilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır
83. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.*-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar (7.2-ci bənd).
84. Həmin Qaydaların 2.*.*2-ci bəndinə görəelektron portal– Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır
85. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi X6 03.**.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.*-ci bəndinə görə banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər.
86. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir (Qaydaların 2.2-ci bəndi).
87. Qaydaların 2.5-ci bəndinin tələbinə görə banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının *-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni *-i və 2-si) saat *8:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir.
88. Məhkəmə kollegiyası göstərir ki, MKR məlumatları və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etmiş olduğu elektron portal məlumatları, mühasibat registrindəki hesabatlara əsasən icbari qaydada vaxtaşırı yenilənən mötəbər hüquqi əsaslara və məlumatlara söykənir.
89. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” barədə əsas məlumatlardan görünür ki, borcalan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 20*9-cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və ona kredit borcu üzrə 2.*29,82 manat məbləğdə kompensasiya hesablanmış və hazırda borcalanın 585,24 manat restrukturizasiya məbləği yəni borcu qalmışdır.
90. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə borcalandan kreditorun xeyrinə tutulmalı olan məbləğ 585,24 manat həddində olmalı və cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin geri qalan hissələri ilə bağlı məhkəmə kollegiyası göstərir ki, kredit borcu Azərbaycan Respublikası Prezidentinin Faərmanına uyğun olaraq kompensasiya olunduğu üçün təmin olunmamalıdır.
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *8 oktyabr 20*3-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» *8 iyul 20*4-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
92. Azərbaycan Respublikasının MPM-in 80, 8*, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
93. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
94. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
95. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə *994-cü il *9 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin *-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
96. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
97. Azərbaycan Respublikasının Konstitusiyasının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.*2.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3* may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
100. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
101. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
102. Eyni zamanda kollegiya qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49,07 manat dövlət rüsumu Azərbaycan Respublikasının MPM-in **9.*-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
103. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
104. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.*, 382, 384.0.2, 385.2, 392, 393, 402.*-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(06*)-403/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada kredit müqaviləsi üzrə 585,24 (beş yüz səksən beş manat iyirmi dörd qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49,07 (qırx doqquz manat yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .