Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-244/2025 13.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “X4 anlaqsız vəziyyətdə vurduğu 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat maddi ziyanın onun qanuni nümayəndəsi Cavabdeh tutulması” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(076)-1767/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları X6 Cavabdeh oğludur. X6 xx.xx.1997-ci il tarixdə doğulmuşdur. xx.xx.2013-cü il tarixdə hərbi həkim müayinəsindən keçirilmiş və ona “hər iki gözdə çəpgüzlük əleyhinə aparılmış əməlliyatın sonrakı vəziyyət, hipermetropik astiqmatizm və s. diqnoz qoyulmuşdur. X6 xx.xx.2016-cı il tarixdə hərbi xidmətə çağırılmış və gözlərinin müayinəsinin nəticələrinə görə sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə qismən yararlı hesab edilmiş və xx.xx.2016-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində qeydiyyata alınaraq ona hərbi bilet verilmişdir. X6 xx.xx.2023–cü il tarixədək Şəmkir rayon X3 kabinetinə müraciət etməmişdir. X6 xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində vahid niyyətlə "xxxx" QSC-nin Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Dəllər–Zəyəm mənzilinin 406–cı km, pk 3-də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncələrini sındıraraq 2.026,00 manat dəyərində maddi ziyan vurmaqla zədələmiş, daha sonra özü ilə gətirdiyi 3 butulka benzini həmin avtomobil keçid məntəqəsinin inzibati binasının içərisinə töküb yandıraraq özgənin 63.856,00 manat dəyərində əmlakını qəsdən məhv edərək "xxxx" QSC-yə ümumilikdə 65.882 manat dəyərində maddi ziyan vurmuşdur. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. Belə ki, X5 “Paranoid şizofreniya” xəstəliyi müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-63/2024 nömrəli qərarına əsasən, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad olunmuş və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh cinayət törətmiş X4 qanuni nümayəndəsi qismində tanınmış və cinyət işi üzrə təqsirləndirlən şəxsin nümayəndəsi kimi cəlb olunmuşdur. Şəmkir Rayon Məhkəməsində aparılan cinayət işi üzrə icraat zamanı məhkəmə iclasında anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs X4 qanuni nümayəndəsi Cavabdeh ifadəsində göstərmişdir ki, Allahverdi Hüseynov onun oğludur. Allahverdi Hüseynovun əvvəllər əqli cəhətdən problemi yaranmış, dəfələrlə Allahverdini müalicə etdirmək istəsələr də, sonuncu həmişə müalicə olunmaqdan imtina etmişdir. 31 may 2023-cü il tarixdə saat 00:20 radələrində oğlu Allahverdi Hüseynovun "xxxx" QSC-yə məxsus Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən avtomobil keçid məntəqəsini yandırması barədə onun sonradan məlumatı olmuşdur. Belə ki, həmin dövrdə Azərbaycan Respublikasının hüdudlarının kənarda olduğundan ona telefon vasitəsilə məlumat verilmişdir. Cavabdehin qanuni nümayəndəsi olduğu oğlu X6 hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 məcburi müalicə alır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, X6 xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində vahid niyyətlə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Dəllər-Zəyəm mənzilinin 406-cı km, pk 3-də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncərələrini sındıraraq 2026,00 (iki min iyirmi altı) manat dəyərində maddi ziyan vurmaqla zədələmiş, daha sonra özü ilə gətirdiyi 3 butulka benzini tökərək həmin avtomobil keçid məntəqəsinin inzibati binasının içərisinə töküb yandıraraq özgənin 63856,00 (altmış üç min səkkiz yüz əlli altı) manat dəyərində əmlakını qəsdən məhv edərək ADY-yə ümumilikdə 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat dəyərində maddi ziyan vurmuşdur. X6 qeyd edilən hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-63/2024 saylı qərarı ilə cinayət məsuliyyətindən azad olunmuş və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. Cinayət işinin araşdırılması zamanı X4 qanuni nümayəndəsi qismində atası Cavabdeh tanınmışdır. Qeyd edilər ki, ADY-yə dəymiş 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat məbləğində maddi ziyan təqsirləndirilən şəxs X6 və onun qanuni nümayəndəsi tərəfindən bu günədək ödənilməmişdir. Bununla əlaqədar olaraq ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia qanunsuz və əsassız iddiadır və rədd edilməlidir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının əmlakına ziyanı cavabdehin yetkinlik yaşına çatmış cinayət törədən anadək anlaqsızlığı istisna edilməyən X6 anlaqsız vəziyyətdə törətmişdir. Allahverdi Hüseynov 09 iyun 1997-ci il tarixdə anandan olmuşdur. Cinayət hadisəsini isə xx.xx.2023-cü il tarixdə törətmişdir. Cinayət hadisəsini törədən zaman ekspertiza rəyinə əsasən o, anlaqsız vəziyyətdə olmuşdur. Onun anlaqsız vəziyyətdə cinayət hadisəsi törətməsi işin mübahisəsiz halıdır. Artıq bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü vardır. Mülki Prosessual Məcəllənin 82.4-ci maddəsinin tələblərinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı tərəfindən Mülki Məcəllənin 1105.1-ci maddəsinə istinad edərək şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu yəni cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Həmin maddənin dispozisiyasında göstərilən məsələ hadisə törədilənə qədər qəyyum olmuş şəxsi nəzərdə tutur. Bu işdə isə hadisə törədilənə qədər həmin şəxsin cavabdeh qəyyumu olmamışdır, Qəyyumu olmadığı üçün də onun üzərinə hadisəni törədən şəxsin üzərinə nəzarət etmək ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Yəni cinayət törədən anda şəxs müstəqil şəxs idi onun üzərində nəzarət ilə bağlı kimsə vəzifələndirilməmişdir. Ona görə iddiaçı tərəfindən həmin maddəyə istinad edilməsini cavabdeh tərəf əsassız hesab edir. Ümumiyyətlə hadisə baş verən vaxtlarda hətta ondan öncə cavabdeh Azərbaycan Respublikası ərazisində olmamışdır. Bundan başqa hadisəni törədən şəxs hadisə törədən zaman müstəqil şəxs olmuş yəni yetkinlik yaşına çatmışdır. Belə olan halda cavabdeh üzərinə hadisəni törədən yetkinlik yaşına çatmış və onun üzərində hər hansı nəzarəti həyata keçirmək ilə bağlı vəzifələndirilməyən cavabdeh şəxsin üzərinə öhdəlik qoyulması yolverilməzdir. İddiaçı tərəfindən cavabdehin hadisədə öncə hadisə törədən zaman anlaqsız şəxsin qəyyumu olmasını təsdiq edəcək heç bir sübut təqdim edə bilməməsi onun tərəfindən verilmiş iddianın rədd edilməsi üçün əsasdır. Ona görə, iddia qanunsuz olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(076)-1767/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh oğlu Allahverdi Hüseynov anlaqsız vəziyyətdə törətdiyi cinayət nəticəsində iddiaçı "xxxx" QSC-yə 65882,00 (altmış beş min səkkiz yüz səksən iki) manat məbləğində maddi ziyan vurmuşdur. Həmin iş üzrə Etibar X1i nümayəndəsi qismində işə cəlb olunmuşdur. Allahverdi Hüseynov cinayəti anlaqsız vəziyyətdə törətdiyindən, o, cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs "xxxx" QSC tərəfindən iş üzrə mülki iddia verilsə də, mülki iddianın həmin iş üzrə baxılması Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından qeyri-mümkün olduğundan baxılmamış saxlanılmış və iddiaçı tərəfə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüquq izah olunmuşdur. Bu səbəbdən "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində vurulmuş ziyanın əvəzini tələb edir. Cavabdeh tərəf qeyd edir ki, Cavabdeh cinayəti anlaqsız vəziyyətdə törətmiş Allahverdi Hüseynovun cinayət törətdikdən əvvəl və həmin vaxt qanuni nümayəndəsi olmamış, həmçinin cinayət törədilən vaxt ölkə hüdudlarından kənarda olmuşdur. Lakin, məhkəmə qeyd edir ki, bir halda ki, iş üzrə qanuni nümayəndə qismində tanınmış və işdə iştirak edimişdir, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən bu hal onu qanuni nümayəndəsi cinayət törətmiş şəxsin vurduğu ziyanın ödənilməsi barədə məsuliyyətdən azad edə bilməz. Cavabdeh tərəfin gətirdiyi digər arqument isə cinayət törətmiş şəxsin yetkinlik yaşına çatmış olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin yetkinlik yaşına çatması onun prosessual qabiliyyətli olması deyildir. Belə ki, şəxsin sadəcə yaş həddinə çatması onun hazırkı məsuliyyəti daşımasına əsas versə idi, həmin şəxs cinayət məsuliyyətindən azad olunmaz, Cavabdeh isə iş üzrə qanuni nümayəndə qismində işə cəlb olunmazdı. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1107.3, 1115 və Mülki Prosessual Məcəllənin 14.2, 82.4, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-1767/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş iddia qanunsuz və əsassz iddiadır və rədd edilməlidir.Belə ki,iddia ərizəsindən də göründüyü kimi iddiaçının əmlakına ziyanı cavabdehin yetkinlik yaçına çatmış cinayt törədən anadək anlaqsızlığı istisna edilməyən X6 anlqasız vəziyyətdə törətmişdir. Qeyd edirk ki,Allahverdi Hüseynov 09 iyun1997-ci il tarixdə anandan olmuşdur. Cinayət hadisəsini isə xx.xx.2023-cüil tarixdə törtəmişdir. Cinayət hadisəsini törədən zaman ekspertiza rəyinə əsasən o anlqasız vəziyytdə olmuşdur. Onun anlaqszı vəziyyətdə cinayət hadisəsi törətməsi işin mübahisəsiz halıdır. Artıq bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü vardır. Mülki Prosessual Məcəlllənin 82.4.ci maddəsinintələblərinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı tərəfindən Mülki Məcəllənin1105.1-ci maddəsinə istinad edərək şəxsin fəaliyyət qəbilyyəti omayan sayılmış şəxsin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu yəni cavabdeh tərəfindən ödnilməsini tələb etmişdir. Bununla bağlı qeyd edirk ki,həmin maddənin dispozisiyasında göstərilən məsələ hadisə törədilənə qədər qəyyum olmuş şəxsi nəzərdə tutur. Bu işdə isə hadisə törədilənə qədər həmin şəxsin cavab deh qəyyumu olmamışdır, Qəyyumu olmadığı üçün də onun üzsərinə hadisəni törədən şəxsin üzərinə nəzarət etmək ilə bağölı heç bir öhdılik qoyulmamışdır.Yəni cinayt törədən anda şəxs müstəqil şəxs idi onun üzərində nəzarət ilə bağlı kimsə vəzifələndirilməmişdir. Ona görə ididaçı tərəfindən həmin maddəyə istinad edilməsini cavabdeh tərəf əsassız hesab edir. Ümumiyyətlə hadisə baş verən vaxtlarda həttda ondan öncə cavabdeh Azərbaycan Respublikası ərazasində olmamışdır. Bundan başqa hadisəni törədən şəxs hadisə törədən zaman müstəqil şəxs olmuş yəni yetkinlik yaşına çatmışdır.Belə olan halda cavabdeh üzərinə hadisəni törədən yetkinlik yaşına çatmış və onun üzərində hər hansı nəzarəti həyata keçirmək ilə bağlı vəzifələndirilməyən cavabdeh şəxsin üzərinə öhdəlik qoyulması yolverilməzdir. ddiaçı tərəfindən cavabdehin hadisədən öncə hadisə törədən zaman anlaqsız şəxsin qəyyumu olmasını təsdiq edəcək heç bir sübut təqadim edə bilməməsi onun tərəfindən verilmiş iddianınln rədd edilməsi üçün əsasdır. Göründüyü kimi məhkəmə tərəfindən Mülki məcəllənin 1105-ci maddəsi düzgün tətbiq ediıməmişdir. Belə ki,həmin maddeənin dispozisiyasında yalnzı qəyyum olan şxəsin üzərinə öhdəlik qoyulmasından söhbət gedir. Belə olan halda cavabdehin üzərinə öhdəlik qoyulmaı yolveriməzdir. Birinci instansiya məhkəməsnin qətnaməsinə nəzər yetirdikdə həmin qətnamədə cavabdeh tərəfindən təqdim edilən arqumentin nəzərə alınmadığı görünür. Belə ki, yazılı formada məhkəməyə təqdim edilmiş izahatda göstərilən xüsusatlara məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq cavab verilmişdir. Məhkəmə tərəfindən cababdehin arqumentlərinə cavab vermədən iddiaçının əsassız hərkətlərini qanuniləşdirməsi əsaslı məhkəmə qərarını almaq hüququnun pozuntusudur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, hadisədən qabaq o, Rusiya Federasiyasına işləməyə getmişdir. Həmin gün hadisə olan vaxtdan bir neçə gün qabaq oğlu ilə danışmışdır. Kəntdə olan bitəni soruşmuşdur. O, oğlu ilə danişanda oğlunda hər hansı bir psixi pozuntu halları olmamışdır. Həmin keçid məntəqəsi onların evinin 200 metrliyində yerləşir. Cavan uşaqlar həmin yerdə yığışıb söhbət edirlər. Orda nə baş verib bilmir oğlu belə bir hərəkət edibdir. Hadisədən sonra ona böyük oğlu zəng vuraraq məlumat vermişdir. Ona həmin gün balaca oğlunu X10 Polisinə apardığını bildirmişdir. O, X10 Polisinin rəisi ilə danışmış və o, ona bildirmişdir ki, uşaqda psixi pozuntular vardır, getsin evə sabah gələr. Bundan sonra oğlunu Gəncə şəhər X11 idarəsinə çağıraraq orda böyük oğluna müəyyən məbləğdə pulun veriləcəyi müqabilində məsələnin bağlanacağını bildirmiş, ilkin olaraq 2500 manat ziyanın dəydiyini sonradan 12500 manat ziyanın dəydiyini daha sonra isə 65000 manat ziyan dəydiyini bildirmişlər. Sonra ondan müəyyən qədər pulun tələb etdiklərindən o həmin pulu verməmişdir. Oğlu həbs olunandan 5 ay sonra ekspertiza keçirilmişdir. Oğlunda Şizofriniya diaqnozu qoyulmuş bundan sonra onu dəvət edib qanuni nümayəndə kimi işə buraxmışlar. O, heç yerdə öhdəlik götürməmişdir ki, o bu qədər pulu ödəyəcəkdir. Psixi pozuntu həmin anda baş verdiyindən ona görə də bilməmişlər. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məkhəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia qanunsuz və əsassız iddiadır və rədd edilməlidir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının əmlakına ziyanı cavabdehin yetkinlik yaşına çatmış cinayət törədən anadək anlaqsızlığı istisna edilməyən X6 anlqasız vəziyyətdə törətmişdir. Bu işdə isə hadisə törədilənə qədər həmin şəxsin cavabdeh qəyyumu olmamışdır. Qəyyumu olmadığı üçün də onun üzərinə hadisəni törədən şəxsin üzərinə nəzarət etmək ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Yəni cinayət törədən anda şəxs müstəqil şəxs olmuş onun üzərində nəzarət ilə bağlı kimsə vəzifələndirilməmişdir. Ona görə ididaçı tərəfindən həmin maddəyə istinad edilməsini cavabdeh tərəf əsassız hesab edir. Ümumiyyətlə hadisə baş verən vaxtlarda həttda ondan öncə cavabdeh Azərbaycan Respublikası ərazasində olmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar dövlət qurumu olaraq zərərçəkmiş tərəfdirlər. Onlar orda şəxsin hansı vəziyyətdə olub-olmadığını araşdırmırlar. Bu iş üzrə istintaq zamanı cavabdehin qanuni nümayəndə olmağı və eyni zamanda ekspert rəylərinə əsasən kəskin Şizofriniya xəstəliyi olması müəyyən olunmuşdur. Uşağın psixi pzuntusunun olmasından valideynlərinin məlumatı olmuş lakin vaxtında həkimə müraciət etməmişlər. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir və qətnamənin ləğv olunaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnaməni əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1107.1. Fəaliyyət qabiliyyətli fiziki şəxs və ya on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə vurduğu zərər üçün məsuliyyət daşımır. Əgər zərərçəkənin həyatına və ya sağlamlığına zərər vurulmuşdursa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin əvəzini tamamilə və ya qismən ödəmək vəzifəsini zərərvuranın üzərinə qoya bilər. Maddə 1107.3. Əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-1767/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin oğlu X6 xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində vahid niyyətlə "xxxx" QSC-nin Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Dəllər-Zəyəm mənzilinin 406–cı km, pk 3-də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncələrini sındıraraq 2.026,00 manat dəyərində maddi ziyan vurmaqla zədələmiş, daha sonra özü ilə gətirdiyi 3 butulka benzini həmin avtomobil keçid məntəqəsinin inzibati binasının içərisinə töküb yandıraraq özgənin 63.856,00 manat dəyərində əmlakını qəsdən məhv edərək "xxxx" QSC-yə ümumilikdə 65.882 manat dəyərində maddi ziyan vurmuşdur. Cinayət işinin icraatı zamanı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi və onda “Paranoid şizofreniya” xəstəliyi müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 1(076)- 63/2024 nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad olunmuş və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə cavabdehin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi, cinayət əməli nəticəsində iddiaçıya ümumilikdə 65.882 manat dəyərində maddi ziyanın vurulması Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 1(076)-63/2024 nömrəli qərarı ilə müəyyən edilmiş hallardır ki, həmin hallar hazırki işə baxılmasında məcburilik xüsusiyyətlərinə malikdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, cinayət əməlini törədən oğlu yetginlik yaşına çatmış və cinayəti anlaqsız vəziyyətdə törətmişdir. O, cinayət törədilən zaman oğlunun qanuni nümayəndəsi olmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə razlaşmayam məhkəmə, Mülki Məcəllənin 1107.1-ci maddəsinin tələblərindən çıxış edərək qeyd edir ki, fəaliyyət qabiliyyətli fiziki şəxs öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə vurduğu zərər üçün onun özü məsuliyyət daşımır. Məhkəmə araşdırması zamanı cavabdehin oğlunun cinayət törətməmişdən öncə hər hansı psixi pozuntudan əziyyət çəkdiyinə dair sübutların əldə edilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 1107.1-ci maddəsinin tələblərinə əsasən cavabdehin oğlu anlaqsız vəziyyətdə cinayət törətdiyinə görə cavabdehin oğlu vurduğu ziyana görə məsuliyyət daşımır. Lakin cinayət işinin icraatı zamanı anlaqsız vəziyyətdə cinayət törətmiş Allahverdi Hüseynovun qanuni nümayəndəsi olmuş cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, Allahverdi Hüseynovun əvvəllər əqli cəhətdən problemi yaranmış, dəfələrlə Allahverdini müalicə etdirmək istəsələr də, sonuncu həmişə müalicə olunmaqdan imtina etmişdir. Qeyd edilən izahatla cavabdeh etiraf etmişdir ki, oğlunun əqli cəhətdən problemləri olmuş, cavabdehin bundan məlumatı olmuş, lakin oğlunun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamışdır. Belə olan halda, əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər. Bu səbəbdən də məhkəmə hazırki mübahisənin həllinə Mülki Məcəlləsinin 1107.3cü maddəsinin tətbiqini mümkün hesab edir və hesab edir ki, cavabdehdən oğlunun vurduğu zərər tutulmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biridə ondan ibarətdir ki, birinci instansiyası məhkəməsi tərəfindən onun iddiaya etirazının dəlillərinə qiymət verilməmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, şikayətin bu dəlili əsassız və formal xarakter daşıyır. Belə ki, cavabdehin bu dəlillərinə birinci instansiyası məhkəməsi tərəfindən qiymət vermiş və mövqeyini əsaslandırmışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdeh Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-1767/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-1767/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.