Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-245/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) X2 və Cavabdeh1, onun nümayəndəsi (vəkili) X4 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Həvayət Məhəmmədi) iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş ziyana görə 8000.00 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 (bir yüz on yeddi) manat pul tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülməsi, Cavabdeh1 vəkil xidmət haqqının əvəzi kimi 400 (dörd yüz) manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində 6 boksdan ibarət təmir sexləri tikmişdir. Onları müxtəlif şəxslərə, o cümlədən hazırkı iddia tələbində cavabdeh şəxs kimi qeydə alınmış Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh2 və qeyriləri uzun müddətdir ki, həmin sexlərdən təyinatı üzrə istifadə edirlər. Ustalar, eyni zamanda Cavabdeh2 sexi ondan icarəyə götürəndə öz aralarında belə razılaşmışlar ki, hər bir icarəçi öz istifadəsində olan binaya tam cavabdehdir. Hər bir istifadəçi öz istifadəsində olan hissəyə nəzarət etməli, həmin hissəni təmiz və təhlükəsiz saxlamalı, istifadə etdiyi enerjinin pulunu vaxtında ödəməlidir. O, onların qarşısında heç bir öhdəlik götürməmişdir. Lakin hər bir istifadəçi onun qarşısında öhdəlik götürmüşdür ki, istifadəsində olan əraziyə tam cavabdehlik daşıyır və vurduqları ziyanı tam şəkildə özləri qarşılayacaq. Ustalar, o cümlədən Cavabdeh2 uzun müddət problemsiz sexdən istifadə etmiş, vaxtlı-vaxtında icarə haqqını ödəmiş, istifadələrində olan sex binasını tam təhlükəsiz şəraitdə saxlamış və heç bir problem yaratmamışdılar. İcarəyə verdiyi sexlərin birində işləyən usta X1 onun mobil telefonuna zəng edərək avtotəmir sexlərində yanğın hadisəsinin baş verməsi barədə məlumat vermişdir. O, dərhal oraya getmişdir. Avtotəmir sexlərində olan avtomobilləri çıxartmağa çalışsa da, alov və tüstünün səbəbindən buna nail ola bilməmişdir. Avtotəmir sexləri və onların içərisində olan avtomobillər yanaraq tamamilə yararsız vəziyyətə düşmüşlər. İddiaçı ona qarşı qaldırmış olduğu “pul tələbinə dair” iddiasının tamamilə əsassız hesab edir. Yuxarıda da qeyd etdiyi kimi o, təmir sexlərini tikib müxtəlif şəxslərə icarəyə vermişdir. İcarəyə verdiyi sexlərdə çalışan ustaların müştəriləri ilə heç bir müqaviləsi və ya razılaşması olmamışdır. O, iddiaçını tanımır. İddiaçı da onu tanımır. İddiaçı ilə onun arasında nə yazılı, nə də ki şifahi razılaşma olmamışdır. Belə olduğu halda iddiaçı ona dəymiş maddi ziyanı ondan tələb edə bilməz. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, sözü gedən sex ona məxsusdur. Cavabdeh2 isə onun sexinin bir hissəsini aylıq kirayəyə götürüb usta kimi işləyir. İddiaçı özünə məxsus maşını rənglətmək üçün usta işləyən Cavabdeh2 təhvil vermişdir. Onunla İddiaçı arasında maşının düzəldilməsi barədə heç bir danışıq olmamamış və iddiaçını tanımamışdır. Sadəcə olaraq sex ona məxsus olduğuna görə iddiaçı onu cavabdeh qismində məhkəməyə vermişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsinin iddia tələbini təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi (vəkili) X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehin Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində 6 boksdan ibarət təmir sexləri vardır ki, onları ayrı-ayrı şəxslərə, o cümlədən bir boksu Cavabdeh2 icarəyə vermişdir. İddiaçı özünə aid minik avtomobilinin təmiri üçün məhz Cavabdeh2 təhvil vermiş və bu səbəbdən baş vermiş yanğın hadisəsində Mirtağının heç bur günahı oılmamışdır. Həm də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir və bu barədə qərarı təqdim edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsinin iddia tələbini təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi (anası) X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 apellyasiya şikayətində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsinin Cavabdeh1 8000.00 (səkkiz min) manat pulun alınıb İddiaçı verilməsi hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, həmin qərarla 20 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, avtotəmir sexlərində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və iş araşdırılması üçün yenidən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilmişdir. Şəmkir rayonu İcra Hakimiyyəti başçısının 18 iyul 2013-cü il tarixli 120 nömrəli sərancamından çıxarışdan görünür ki, şəhərin ərazisində yerləşən Cavabdeh1 məxsus 2012-ci ildə tikilmiş ümumi sahəsi 466,04 kv.m olan qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. İş materiallarında olan 549 nömrəli xx.xx.2023-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, hüquq yardım göstərilən İddiaçı ilə vəkil X7 müqavilə bağlamışlar. Müqavilənin 2.1 bəndində hüquq yardıma görə məbləğ 400 manat müəyyən edilmişdir. İş materialında olan 3-16-16/2-9/2340/2024 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2011-ci il buraxılışı mühərrik iş həcmi 1596 sm3, "VAZ-21144" markalı (**-NA-*** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 8000,00 (səkkiz min) manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki bazar qiyməti 8000,00 manat olmuş avtomobili, qüsur aktına müvafiq olaraq 9649,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilməmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə özünə məxsus "VAZ-21114" markalı 90- NA-914 dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etmək üçün Şəmkir şəhəri H.Cavid küçəsində yerləşən və Cavabdeh1 məxsus avtomobil təmir sexinə aparmışdır. İddiaçı avtomobilini avtotəmir sexində usta işləyən Elşən Vəliyevə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə Elşən Vəliyev avtomobildə ona məxsus işləri bitirdiyi üçün həmin təmir sexində usta-rəngsaz işləyən Cavabdeh2 təhvil vermişdir. Avtomobil həmin təmir sexində olduğu zaman yəni 20 aprel 2023-cü il tarixdə elektrik cərayanlarında qısa qapanma yarandığından təmir sexində yanğın hadisəsi baş vermişdir və yanğın nəticəsində İddiaçı məxsus "VAZ-21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsasən Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən həmin avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində yanğın hadisəsi baş vermişdir və yanğın zamanı İddiaçı məxsus "VAZ-21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, Cavabdeh1 məxsus, ümumi sahəsi 430 kv.m olan 5 boksdan ibarət avtotəmir sexində və sexə bitişik olan ümumi sahəsi 50 kv.metr olan avtomobil ehtiyyat hissələrinin satışı mağazasında baş vermiş yanğının mənbəyi, X5 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin yerləşdiyi zonada olmuşdur. Yanğın, mənbə zonasında yerləşən havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışması nəticəsində baş verməsi üçün xarakterlidir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları” nın 7.14-cü bəndinin tələbləri pozulmuşdur. Sexin daxilində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin olunmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları” nın 7.14-cü bəndinin tələbləri avtotəmir sexinin daxilində yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.5-ci bəndinə əsasən, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən, hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə X9 orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər. Həmin Qaydaların 7.14-cü bəndinə əsasən, ventilyasiya kameraları, siklonlar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir. Yanğın və yanğın partlayış təhlükəli otaqların ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli X9 Orqanı ilə razılaşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi sonuncunun xususi mülkiyyətində olduğundan, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verildiyindən, habelə sonuncu tərəfindən həmin sexə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmədiyindən, Cavabdeh1 müəssisənin rəhbəri kimi X9 orqanlarının yanğın təhlükəsizliyi ilə bağlı tələblərinə riayət etmək vəzifəsi daşıyır və onun tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydalar pozmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbini ekspertizanın rəyində müəyyən edilən qiymət əsas götürülməklə, iddia tələbini qismən təmin etmişdir. Cavabdehin apellyasiya dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-245/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-245/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver