Məhkəmə qərarları › İş №2(104)-2462/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2462/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2462/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5, Zamin6, Zamin7, Zamin8, Zamin9, Zamin10, Zamin11 və Zamin12 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(062)-1553/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh və digərlərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01305 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5, Zamin6, Zamin7, Zamin8, Zamin9, Zamin10, Zamin11 və Zamin12 müştərək qaydada 6951,80 manat əsas, 655,01 manat əsas məbləğə hesablanmış faiz və 105,88 manat cərimə borcu olmaqla cəmi 7712,69 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 97,13 manat dövlət rüsumunun tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1553/2023 nömrəli qətnaməsi (hakim Fərid Əliyev) ilə, iddianın qismən təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01305 saylı kredit müqaviləsinə ləğv edilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5, Zamin6, Zamin7, Zamin8, Zamin9, Zamin10, Zamin11 və Zamin12 müştərək qaydada 6951,80 manat əsas, 655,01 manat əsas məbləğə hesablanmış faiz və 105,88 manat cərimə borcu olmaqla cəmi 7712,69 (yeddi min yeddi yüz on iki manat altmış doqquz qəpik) manat kredit borcu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 97,13 (doxsan yeddi manat on üç qəpik) manat pulun əvəzi cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5, Zamin6, Zamin7, Zamin8, Zamin9, Zamin10, Zamin11 və Zamin12 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin onun ödədiyi pullar nəzərə alınmaqla əsas borc, faiz borc hissəsində azaldılmasına, cərimə borcu hissəsində rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, hazırda iddiaçı olan bank ilə aralarında razılıq əldə olunmuşdur. Qısa zamanda borcunu ödəyəcəkdir. Məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Ona görə də apellyasiya şikayətindən imtina edir və imtinanın hüquqi nəticələri ona aydındır. Odur ki, şikayətdən imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Cavabdeh apellyasiya şikayətindən imtina etməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. İş üzrə cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5, Zamin6, Zamin7, Zamin8, Zamin9, Zamin10, Zamin11 və Zamin12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi dinləyərək, imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1553/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş ərizəni apellyasiya şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1553/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar