Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2483/2023 17.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iş üzrə məhkəmə tərəfindən hüquqi varis qismində cəlb edilmiş Cavabdeh4 və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “kredit borcunun tutlması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “kredit borcunun tutlması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi, Cavabdeh1 İddiaçı QSCnin xeyrinə 5483,97 manat məbləğində kredit borcu, 449,65 manat məbləğində faiz borcu və 850,01 manat məbləğində cərimə olmaqla, cəmi 6783,63 (altı min yeddi yüz səksən üç manat altmış üç qəpik) manat məbləğində borcun və ödənilmiş 87,84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-31/2023 nömrəli qərardadı ilə iş üzrə Cavabdeh1 öldüyündən Cavabdeh4, X1 və Cavabdeh3 hüquqi varis qismində işə cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişlari yubatmış, xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1516.03 manat ödəniş etmiş və onun iddiaçıya 5483.97 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nəğd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur asasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 155 gün üçün hesablanmış faiz borcu 449.65 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 155 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 850.01 manat təşkil edir. Bu səbəbə görə də iddiaçı tərəf məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinin (ərizəsi) ləğv edilməsi, Cavabdeh4, X1 və Cavabdeh3 5483,97 manat əsas, 449,65 manat faiz, 5 manat cərimə borcu olmaqla, cəmi 5938,62 (beş min doqquz yüz otuz səkkiz manat altmış iki qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun 79.39 manatının tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum atası Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətində illik 18% dərəcəsi ilə 7000 manat məbləğində kredit vəsaiti əldə etdikdən sonra kredit müqaviləsi üzrə ödənişlər etmiş, lakin xx.xx.2021-ci il tarixdə öldüyündən sonra kredit müqaviləsi üzrə öhdəlik icra edilməmiş qalmışdır. Daha sonra Azərbaycan Respubikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələri yerinə yetirərəkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi quluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbayacan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 15132 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq üçün ona və digər cavabdehlərə atasının ölümündən sonra, yəni xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Həmin şəhadətnamələrə əsasən mərhum atasına ayrılmış vəsaiti hər birinə aralarında bölünərək təqdim edilmişdir. Lakin həmin vəsait atasından miras qalmış əmlak olmamış, cənab prezidentin qeyd edilən fərmanı əsasında ayrılmış vəsait olub. İşə baxan məhkəmə tərəfindən isə göstərilən hal araşdırılmamış və ümumi borcun onlardan tutulması barədə qətnamə qəbul etmişdir. Miras əmlak qanunvericliyə əsasən ölən şəxsin öldüyü məqamadək malik olduğu əmlak hesab edilməsinə baxmayaraq bank iddia ərizəsini bunla bağlı əsaslandırmamış, işə baxan məhkəmə isə miras əmlakı ölümündən sonra verilməsinə qiymət vermədən şəhadətnamə əsasında mirası qəbul etməklərinə istinad edərək qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o şəxsən atası vəfat etdikdən sonra atasının ölüm haqqında şəhadətnaməsinin surətini iddiaçı banka təqdim edərək, atasının ölümü barədə məlumat vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, Cavabdeh1 vəfatı ilə bağlı onlarda məlumat olmamışdır. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 211949 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 03 noyabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin noyabr ayının 03-cü günündə 1017 nömrə ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)- 31/2023 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 03 noyabr 2021-ci il tarixdə vəfat etsə də, iddiaçı 2022-ci il tarixdə vəfat etmiş şəxsə qarşı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi də Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsini düzgün tətbiq etməyərək, iş üzrə icraatı dayandırmış, daha sonra isə Cavabdeh4, X1 və Cavabdeh3 Cavabdeh1 hüquqi varis qismində işə cəlb etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.1 və 261.0.7ci maddələrində nəzərdə tutulmuş hallar iş üzrə tərəfin məhkəmə prosesi dövründə ölməsi ilə bağlı prosessual qaydaları müəyyən etməkdədir. Lakin, hazırkı işin halına görə isə iddiaçı həyatda olmayan şəxsə qarşı iddia qaldırmışdır ki, bununla da iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları və sair məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən nöqsanın aradan qaldırılması mümkün deyildir. Belə ki, cavabdeh kimi qeyd edilən şəxs vəfat etmişdir. Buna görə də iddiaçı yalnız vəfat etmiş şəxsin mirası qəbul edən vərəsələrini müəyyən etməklə həmin şəxslərə qarşı iddia qaldırmaqda haqlı ola bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.12 və 385.0.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarılsın. İddia ərizəsi baxılmamış saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2483/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2483/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver