Məhkəmə qərarları › İş №2(104)-25/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-25/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-25/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-01/2020 saylı mülki iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, tərəflər bu müqavilə çərçivəsində müqavilələr bağlamaqla xx.xx.2020-ci il tarixədək 120 ay müddətində Cavabdeh1 500000 ABŞ dolları kredit verilməsində razılaşmışlar. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 2449 saylı xx.xx.2014-cü il tarixli sazişdən görünür ki, kredit xətti müqaviləsinin müddəti 168 ay və məbləği ******* ABŞ dolları müəyyən edilmişdir. İşdə olan 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan 06R000018703 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 % olmaqla, 235000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 hər təqvim ayının 22-27 günü hər ay üçün 14820.34 ABŞ dolları, sonuncu ay 14820.31 ABŞ dolları olmaqla bərabər hissələrlə ödəməyi, kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdiyi hər təqvim günü üçün əsas məbləğin illik 0.5%-i miqdarda cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan 006R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki. İddiaçı QSC Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla, 100000 manat məbləğində kredit vermişdir. Cavabdeh1 hər təqvim ayının 14-16 günü hər ay üçün 9382 manat, sonuncu ay 9383.39 manat olmaqla bərabər hissələrlə ödəməyi, kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdiyi hər təqvim günü üçün əsas məbləğin illik 0.5%-i miqdarda cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan 006KK**********01 saylı xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki İddiaçı QSC, Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 krediti və ona hesablanmış faizləri 12 ay müddətinə ödəməyi, gecikdirilmiş statuslu kredit üzrə illik 180 %-i miqdarda cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan plastik kartın əldə edilməsi və istifadəsi haqqında ******* saylı xx.xx.2015ci il tarixli müqavilədən görünür ki, İddiaçı QSC Cavabdeh1 əmtəə və xidmətlərin dəyərinin ödənilməsində, sifarişində, nağd pulun alınmasında istifadə üçün plastik kart verməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan zaminlik müqavilələri və onlara edilmiş dəyişiklik və əlavələrdən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1 sözügedən kredit müqavilələrinə əsasən İddiaçı QSC-dən aldığı kreditlərə görə onunla bərabər məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 07M000000278 saylı xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzili, 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi və onun arılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 36536.50 manat müəyyən edilmişdir. İşdə olan 07M000000278 saylı xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 278 saylı xx.xx.2014-cü il tarixli sazişdən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzili ilə Cavabdeh1 İddiaçı QSC-nin qarşısında təmin edilmiş öhdəliyi kredit xəttinin məbləği ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddəti 168 ay olaraq müəyyən edilmişdir. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin 2449 saylı xx.xx.2014-cü il tarixli sazişə əsasən 168 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 07M000000897 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi, 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 46702 manat müəyyən edilmişdir. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 06M000001107 saylı xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, 12 ay müddətinə İddiaçı QSC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi, 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi və onun arılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 87841 manat müəyyən edilmişdir. İşdə olan 06M000001107 saylı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 1107 saylı xx.xx.2014-cü il tarixli sazişdən görünür ki, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ilə Cavabdeh1 İddiaçı QSC-nin qarşısında təmin edilmiş öhdəliyi kredit xəttinin məbləği ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddəti 168 ay olaraq müəyyən edilmişdir. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinin 2449 saylı xx.xx.2014-cü il tarixli sazişə əsasən 168 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısındakı qeyri yaşayış binası, borclunun 168 ay müddətinə ******* ABŞ dolları öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 45000 ABŞ dolları (47209.50 manat) müəyyən edilmişdir. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının 2449 saylı xx.xx.2014-cü il tarixli sazişə əsasən 168 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8234 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə Cavabdeh1 İddiaçı QSC-yə 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 41.340,89 ABŞ dolları, faiz borcu üzrə 9.487,49 ABŞ dolları, 04 noyabr 2015-ci il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 92.908,47 manat, faiz borcu üzrə 29.134,03 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı müqavilə üzrə əsas borc üzrə 4.993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları borcunun yarandığı müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsinə dair 0749/20/AB saylı xx.xx.2020-ci il tarixli hesabatında Cavabdeh1 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin bazar qiymətinin 53000 manat olduğu göstərilir. İşdə olan "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 0750/20/AB saylı xx.xx.2020-ci il tarixli hesabatında Cavabdeh1 xüsusi mülkiyyətində olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin bazar qiymətinin 220000 manat olduğu göstərilir. İşdə olan "xxxx" MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 0751/20/AB saylı xx.xx.2020-ci il tarixli hesabatında Cavabdeh1 xüsusi mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə bazar qiymətinin 130000 manat olduğu göstərilir. İşdə olan "xxxx" MMC-nin qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair 0752/20/AB saylı xx.xx.2020-ci il tarixli hesabatında Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının bazar qiymətinin 80000 manat olduğu göstərilir. Mülki işin materiallarına əlavə edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 10/4002-9/4216 saylı rəyinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 67000 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 16000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 179000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 95000 manat məbləğində olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 06R000018703 saylı kredit razılaşması üzrə 43282.42 ABŞ dolları məbləğində kredit borcu, 11694.91 ABŞ dolları məbləğində faiz borcu və 49870.35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 104847 (yüz dörd min səkkiz yüz qırx yeddi) ABŞ dolları 68 (altmış səkkiz) sent məbləğində borcun, 006R********** saylı kredit razılaşması üzrə 92329.2 manat məbləğində kredit borcu, 30053.15 manat məbləğində faiz borcu və 51692.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 174074 (yüz yetmiş dörd min yetmiş dörd) manat 76 (yetmiş altı) qəpik məbləğində borcun, 006KK**********01 saylı kredit razılaşması üzrə 4993.21 ABŞ dolları məbləğində kredit borcu, 912.34 ABŞ dolları məbləğində faiz borcu və 1063.24 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6968 (altı min doqquz yüz altmış səkkiz) ABŞ dolları 79 (yetmiş doqquz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması, hər üç kredit razılaşması üzrə tələbin Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən Cavabdeh1 mülkiyyətində olan 23 saylı mənzilinə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində Cavabdeh1 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 111816 (yüz on bir min səkkiz yüz on altı) ABŞ dolları 47 (qırx yeddi) sent və 174074 (yüz yetmiş dörd min yetmiş dörd) manat 76 (yetmiş altı) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən Cavabdeh1 mülkiyyətində olan 23 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Göygöl rayonu Qızılqaya qəsəbəsində Cavabdeh1 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və İddiaçı QSCyə təhvil verilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-01/2020 saylı mülki iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə qaydada İddiaçı QSC-nin xeyrinə 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı razılaşma üzrə əsas borc üzrə 41340,89 ABŞ dolları, faiz borcu üzrə 9487,49 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, 04 noyabr 2015- ci il tarixli 006R********** saylı razılaşma üzrə əsas borc üzrə 92329.2 manat, faiz borcu üzrə 29134,03 manat, cərimə üzrə 1500 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı razılaşma üzrə əsas borc üzrə 4993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları, cərimə üzrə 200 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı tutulması, hər üç kredit razılaşması üzrə tələbin Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin ilkin satış qiyməti 53000 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi ilkin satış qiyməti 220000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 130000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının ilkin satış qiyməti 80000 manat olmaqla açıq hərracdan satılması, hər üç kredit razılaşması üzrə tələb olunan 57933,93 ABŞ dollarının icra vaxtı manata olan məzənnəsindən və 122963,23 manatdan ibarət borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitinin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə qaydada tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış evinə tutmanın yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri hesabına 145 manatın tutularaq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-01/2020 saylı mülki iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, borc məbləğinin faiz və cərimə hissəsində, ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş, borc məbləği faiz və cərimə hissəsində, ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğv edilməlidir. İş üzrə diğər cavabdehlər (zaminlər) qətnamədən apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsini X4 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin 2(045)-01/2020 saylı mülki iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iş üzrə cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İpoteka Haqqında Azərbaycan Respuiblikasının Qanunu Maddə 39. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddə 39.3.2 və 39.3.3. Məhkəmə tutmanın ipoteka pretmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır ona görə də qismən təmin edilməlidir. Cavabdehlərin`apellyasiya şikayətinin dəlillərindən biri məhkəmə qətnaməsində faiz borcunun düzgün müəyyən edilməməyindəndir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin borcunun düzgün hesablanması məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2019-cu il tarixli 8234 nömrəli rəyinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 41.340,89 ABŞ dolları, faiz borcu üzrə 9.487,49 ABŞ dolları, 04 noyabr 2015-ci il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 92.908,47 manat, faiz borcu üzrə 29.134,03 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı müqavilə üzrə əsas borc üzrə 4.993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları borcunun yarandığı müəyyən edilmişdir. Birinci insansiya məhkəməsi göstərilən ekspert rəyinə istinad edərək, hazırki qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərərfin borcunun müəyyən edilməsində həmin ekspert rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul ediməməsi üçün heç bir əsas yoxdur və birinci instansiya məhkəməsinin iş üzrə həmin hissədə gəldiyi nəticə əsaslıdır. Bundan başqa, apellyatorlar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də mübahisələndirmişlər. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin bu dəlilinə də hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər qismən əsaslıdır. İşə apellyasiya instansiyasında baxılarkən Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin və Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən 19 mart 2021-ci il tarixdə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilən 31 avqust 2021-cü il tarixli rəyə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 85000 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 765000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 250000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 150000 manat məbləğində olduğu göstərilmişdir. (Rəyə əlavə edilən 219 saylı hesab fakturadan müəyyən edilir ki, aparılan qiymətləndirmənin dəyəri 1250 manat məbləğində müəyyən edilmişdir). Bundan sonra, işin məhkəmə baxışı zamanı məhkəmədə iştirak edən İddiaçı QSCnin nümayəndəsi Emin Əliyev həmin rəylə razılaşmamış və ipoteka predmetləri olan daşınmaz əmlakların yenidən qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, məhkəmənin iş üzrə 05 noyabr 2021-ci il tarixli qərardadı ilə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmənin aparılması Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərərfindən verilmiş 30 mart 2023-cü il tarixli rəydə Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 85000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 250000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 150000 manat məbləğində olduğu göstərilmişdir. Bundan sonra, işin məhkəmə baxışı zamanı məhkəmədə iştirak edən İddiaçı QSCnin nümayəndəsi Ruslan Məmmədov həmin rəylə razılaşmamış və ipoteka predmetləri olan daşınmaz əmlakların yenidən qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə 08 may 2023-cü il tarixli qərardadı ilə yenidən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 10/4002-9/4216 saylı rəyinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 67000 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 16000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 179000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 95000 manat məbləğində olduğu göstərilmişdir. Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli rəyini ipoteka predmetləri olan daşınmaz əmlakların likvid dəyərlərinin müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, qətnamə mübahisələndirilən həmin hissədə qismən dəyişdirilməli və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin ilkin satış qiyməti həmin rəyə uyğun olaraq 67000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 179000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti 95000 manat məbləğində müəyyən edilməlidir. Kollegiya hesab edir ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Goranboy Rayon Məhkəməsinin 2(045)-01/2020 saylı mülki iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin ilkin satış qiyməti 220000 manat məbləğində müəyyən edilmiş, cavabdeh tərəf qətnaməni mübahisələndirsə də İddiaçı QSC-nin nümayəndəsi qətnaməni mübahisələndirməmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya göstərir ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi ilə Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin dəyəri qətnamədə göstərilən 220000 manat məbləğindən daha aşağı-46702 manat məbləğində müəyyən edildiyindən və İddiaçı QSC-nin nümayəndəsi qətnaməni mübahisələndirmədiyindən məhkəmə kollegiyası hesab edir ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 24 noyabr 2023-cü il tarixli 10/4002-9/4216 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir. Cavabdeh tərəfdən tutulmalı olan kredit borcunun məbləğinin müəyyən edilməsi hissədə qətnamə əsaslı sayıldığından və cavabdeh tərəfin apellyasiya şikayəti qismən (ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissədə qismən) təmin edildiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri apellyasiya şikayəti vermiş cavabdehlərə aid edilməli və onlardan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.3, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-01/2020 saylı mülki iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin ilkin satış qiymətinin 53000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 130000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin, Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin ilkin satış qiyməti 67000 (altmış yeddi min) manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 179000 (bir yüz yetmiş doqquz min) manat, Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 1250 (bir min iki yüz əlli) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar