Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2507/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il il tarixli, 2(043)-107/2016 saylı qərardadından Cavabdeh3 verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 2012-ci il 23 may tarixli kredit müqaviləsi üzrə 275,505.54 manat əsas, 137382.95 manat faiz, 94586,93 manat cərimə borcu olmaqla cəmi 507475,42 manat, 2013-cü il 18 mart tarixli kredit müqaviləsi üzrə 17064.63 manat əsas, 7259.86 manatfaiz, 8061.57 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 32386.06 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 07 oktyabr 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək 2012-ci İİ23 may tarixli kredit müqaviləsinə əsasən hərgün üçün 168.36 manatgündəlikfaiz və 168.36 manat cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın 2012-ci il 23 may tarixli kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətindəki istehsalat təyinatlı əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus 1/4 hissəsi və Cavabdeh2 məxsus ¾ hissəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Cavad bəy Şıxiinski küçəsində, mülkiyyətində olan 0.398 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3498.2 kv.m sahədən ibarət, istehsalat təyinatlı əmlak kompleksinin boşaldılaraq banka təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsi ilə (hakim Y.Həşimov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 2012-ci il 23 may tarixli kredit müqaviləsi üzrə 275.505,54 manat əsas, 137.382,95 manat faiz və 50.000 manat cərimə borcu olmaqla cəmi 462.888,49 manat, eləcə də 2013-cü il 18 mart tarixli kredit müqaviləsi üzrə 17.064,63 manat əsas, 7.259,86 manat faiz və 5000 manat cərimə borcu olmaqla cəmni 29.324,459 manat pul olmaqla – hər iki müqavilə üzrə 292.570,17 manat əsas borc, 144.642,81 manat faiz borcu, 55.000 manat cərimə borcu olmaqla ümumilikdə 492.212,98 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh3m (1/4) və Cavabdeh2 (3/4) məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Cavad bəy Şıxlınski küçəsində mülkiyyətdə olan 0,398 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3498,2 kv.m sahədən ibarət istehsalat təyinatlı əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 400.000 manat məbləğində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsi Cavabdeh3 nümayəndəsi (vəkil) X3 xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada verilmişdir. Cavabdeh3 nümayəndəsi (vəkil) X4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı ilə (hakim X.Səfərli) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkil) X4 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdeh3 nümayəndəsi (vəkil) X4 yenidən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə də təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh3 Rusiya Federasiyasının vətəndaşıdır və uzun illərdir ki, Rusiyada yaşayır. Ona xx.xx.2012-ci il və xx.xx.2021-ci il tarixlərdə verilmiş Rusiya Federasiyası vətəndaşının xarici pasportlarından görünür ki, o, 2016- 2022-ci illərdə Azərbaycan Respublikasına gəlməmiş, Azərbaycanda olmamışdır. Onun arvadı Cavabdeh2 da Rusiya Federasiyasının vətəndaşı olmaqla xx.xx.2013-cü ildən həmin ölkədə Moskva şəhəri Polbina küçəsi ev 23, mənzil 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Bunu Cavabdeh2 adına verilmiş Rusiya Federasiyası vətəndaşının xarici pasportlarından da aydın görmək olar. Göründüyü kimi, o, üzrlü səbəbdən məhkəmə proseslərində iştirak edə bilməmiş və məhkəmənin qəbul etdiyi qətnamədən məlumatsız olmuşdur. Ona hüquqi yardım gostərilməsi zəruri olduğundan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli qətnaməsinin təsdiq olunmuş surətinin götürülməsi üçün onun vəkili tərəfindən Gəncə Şəhər Məhkəməsinə sorğu verilmiş və həmin sorğu əsasında məhkəmənin müvafiq qətnaməsini xx.xx.2022-ci il tarixdə əldə edə bilmişlər. Qətnaməni aldıqdan sonra 2023-cü ilin yanvar ayının 26-da apellyasiya şikayətini ekspress poçt vasitəsilə Gəncə Şəhər Məhkəməsinə göndərsə də, həmin apellyasiya şikayəti onlardan asılı olmayan səbəbdən yalnız 3 aydan sonra Gəncə Şəhər Məhkəməsində qeydə alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı ilə (hakim C.Tağıyev) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh3 tərəfindən verilmiş ərizənin təmin olunmaması qət edilmişdir. Həmin qərardaddan avabdeh Cavabdeh3 nümayəndəsi (vəkil) X4 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onların təqsiri olmadan müddət buraxılmış, apellyasiya şikayətinin vaxtında verilməsini təsdiq edən poçt qəbzinin məhkəməyə təqdim etmişlər. Məhkəmə isə bunu nəzərə almamışdır. 2023-cü ilin yanvar ayının 26-da o, apellyasiya şikayətini göndərdiyi zaman Gəncə Şəhər Məhkəməsi Elektron Məhkəmə Sisteminə qoşulmadığı üçün məcburən apellyasiya şikayətini poçt vasitəsilə göndərmişdir. Şikayəti Elektron Məhkəmə Sistemində izləmək imkanı da olmamışdır. Apellyasiya şikayətinin vaxtında Gəncə Şəhər Məhkəməsinə daxil olmaması onun təqsiri üzündən baş verməmiş, ekspress poçt xidmətinin kuryerinin və ya məhkəmə işçisinin vaxtında qeydə almaması səbəbindən yaranmışdır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, prosessual müddət bərpa edilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şçikayətin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il il tarixli, 2(043)-107/2016 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarının 113-cü səhifəsində olan qəbzdən görünür ki, Cavabdeh3 nümayəndəsi (vəkil) X1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə “Mega Ekspress” tərəfindən Gəncə Şəhər Məhkəməsinə göndərilməsi üçün qəbul edilmiş, lakin həmin qəbzdə şikayəti qəbul edən şəxsin imzası qrafasına imza edilməmişdir. “X7” MMC tərəfindən məhkəmə kollegiyasına göndərilmiş xx.xx.2023-cü il tarixli 53 nömrəli aktdan görünür ki, 26 yanvar 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti onlar tərəfindən Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə olan Cavabdeh3 adından nümayəndəsi tərəfindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin birinci səhifəsindəki Gəncə Şəhər Məhkəməsinin ştampının üzərindəki qeyddən görünür ki, həmin apellyasiya şikayəti məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin göstərdiyi dəlillər prosessaul müddətin bərpası üçün üzrlü hesab edilə bilməz. Belə ki, cavabdeh qətnamənin surətini xx.xx.2022-ci il tarixdə əldə etdikdən 26 gün sonra apellyasiya şikayətini poçta təhvil verdiyini göstərsə də təqdim etdiyi qəbzdən görünür ki, apellyasiya şikayətinin Gəncə Şəhər Məhkəməsinə təqdim olunması tarixi və qəbul edən şəxsin imzası qeyd edilməmişdir. Bununla yanaşı apellyasiya şikayəti 26 may 2023-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Əgər cavabdeh apellyasiya şikayətini vaxtında vermişdirsə xx.xx.2023-cü il tarixli qərardadla apellyasiya şikayəti qaytarıldığı halda apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə verməli deyil, apellyasiya şikayətinin qaytarılması haqqında qərardadı mübahisələndirməli idi. Göründüyü kimi cavabdeh özü də apellyasiya şikayəti verilməsi müddəni ötürdüyünü etiraf etmişdir. Bununla yanaşı cavabdeh prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 371.2-ci maddəsinə əsasən müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Göründüyü kimi Cavabdeh3 nümayəndəsi (vəkil) X1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə poçta təqdim edilməsi iş materialları ilə müəyyən olunur. Lakin birinci instansiya məhkəməsi şikayətin hansı səbəbdən məhkəmənin əməkdaşı tərəfindən poçt qəbzinə imza etmədən 26 may 2023-cü il tarixdə qəbul edilərək qeydə alınmasını araşdırmamışdır. Odur ki, Cavabdeh3 nümayəndəsi (vəkil) X4 tərəfindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-107/2016 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddəti ötürmədən verilibverilməməsinin aydınlaşdırılması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-107/2016 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il il tarixli, 2(043)-107/2016 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş ərizəyə yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2507/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2507/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver