Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-252/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(023)-710/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Cavabdeh istifadəsində olan 416973+++++3955 nömrəli plastik kartın bağlı olduğu hesaba köçürülən vəsaitlərlə bağlı çıxarışdan görünür ki, 416973+++++3955 nömrəli plastik karta xx.xx.2023-cü il tarixdə ilkin olaraq 3800 manat, sonra isə 10000 manat, xx.xx.2023-cü il tarixdə birbank vasitəsi ilə kartdan karta köçürmə yolu ilə 2500 manat pul köçürülmüşdür;
2. Qazax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(023)-100/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisində 25 noyabr 2021ci il tarixdə 3M-3368 reyestr nömrəsi ilə qeyd edilmiş, Ağstafa rayon notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixdə 3M-118 reyestr nömrəsi ilə qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə 3M-149 və 3M153 reyestr nömrələri ilə qeyd edilmiş kredit müqavilələrinin ləğv edilməsi; Cavabdeh 140.553 (bir yüz qırx min beş yüz əlli üç) manat məbləğində pul və 430.55 (dörd yüz otuz manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq X3 verilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki, iddiaçı X4 məhkəmə iclasında verdiyi izahatında Cavabdeh ona 12902 manat ödəniş etdiyini bildirmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2024-cü il tarixli 2(104)-1234/2024 nömrəli qərardadından görünür ki, cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-100/2024 saylı qətnaməsinin ləğv edilməsi; İddiaçı X2 Cavabdeh qarşı kredit müqavilələrinin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X4 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 21500 manat pulun və ödədiyi 154.50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı X4 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək qeyd etmişdir ki, bankdan gələn məlumatlarla tanış olduqda ona məlum olmuşdur ki, o, Cavabdeh bank hesabı vasitəsilə ayrı-ayrı vaxtlarda 16300 manat, Milliön ödəmə terminalı vasitəsi ilə 10000 manat pul göndərmişdir. Ümumilikdə Cavabdeh 26300 manat borcu vardır. Odur ki, Cavabdeh 26300 manat pul və ödədiyi 222.50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı X4 tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir cavabdehlə iş qurmuş və onunla işləmişdir. Cavabdeh pula ehtiyacı olduğunu bildirib ondan 21500 manat pul istəmişdir. O cavabdehlə olan müansibətə, qohumluğa, dostluğa görə 21500 manat pul vermişdir. Həmin pulu cavabdehə məxsus 416973+++++3955 nömrəli plastik kart hesabına xx.xx.2022-ci il tarixdə 8000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə öz şəxsi kart hesabı olan 416974++++222 nömrəli kart hesabından 416973+++++3955 nömrəli plastik kart hesabına göndərmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırmışdır.
7. Cavabdeh middia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddiaçı bundan əvvəl də ona qarşı məhkəmədə iddia qaldırmış və ondan cəmi 165000 manat tələb etmişdir. Həmin vəsaitin 150000 manat hissəsi aralarında bağlanmış kredit müqaviləsinə əsasən verildiyini, qalan 12000 manatı qohumuna məxsus kart hesabına göndərərək, onun vasitəsi ilə ona verildiyini, qalan 3000 manatı isə şəxsən ona verdiyini iddia etmişdir. Amma nədənsə iddiaçı hazırkı iddia tələbində nəzərdə tutduğu 21500 manat əvvəlki iddiası ilə tələb etmək niyyətində olmamışdır. İddiaçının hazırda ondan tələb etdiyi 21500 manat pul ona verilməmişdir. Bunlar yalan və böhtandır. Əgər verilmiş olsaydı iddiaçı həmin pulları da əvvəlki iddiası ilə ondan tələb edərdi. Bundan əlavə iddiaçının sübut növü kimi məhkəməyə təqdim etdiyi pul köçürülmələrinə dair qəbzlər iddianın əsası kimi istinad olunan halları təsdiq etmir, heç bir hüquqi əhəmiyyəti yoxdur və sübut kimi qəbul edilə bilməz.
8. Qazax Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(023)-710/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, Cavabdeh 26.300 (iyirmi altı min üç yüz) manat məbləğində pul və 222.50 (iki yüz iyirmi iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq X3 verilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 329.3, 385, 427, 442, 448.1, 529.3 və 740.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi "xxxx" ASC-nin çıxarış və Milliön terminalından ödəniş edilməsi ilə bağlı qəbzlər yalnız onun kart hesabına müvafiq məbləğdə pul vəsaitlərinin köçürüldüyünü təsdiq edir. Amma, bu məbləğlərin məhz iddiaçı tərəfindən onun kart hesabına köçürülməsi heç bir halda sübuta yetirilmir və belə halda məhkəmə həmin sübutlara düzgün qiymət verməmişdir. Elə çıxır ki, 2022-2023-cü illər ərzində onun kart hesabına köçürülmüş pul vəsaitlərinin hamısının iddiaçı tərəfindən göndərildiyi kimi qəbul edilməlidir? Birinci instansiya məhkəməsinin dəlilləri iddianın əsası kimi istinad olunan halları təsdiq etmir, heç bir hüquqi əhəmiyyəti yoxdur və sübut kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçı bundan əvvəl də ona qarşı məhkəmədə iddia qaldırmış və ondan cəmi 165000 manat tələb etmişdir. Həmin pulların 150000 manatını aralarında bağlanmış kredit müqaviləsinə əsasən verildiyini, qalan 12000 manatı qohumuna məxsus kart hesabına göndərərək, onun vasitəsi ilə ona verildiyini, qalan 3000 manatı isə şəxsən ona verdiyini iddia etmişdir. Amma, nədənsə iddiaçı hazırkı iddia tələbində nəzərdə tutuduğu 26300 manat pulu əvvəlki iddiası ilə tələb etmək niyyətində olmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının 26000 manat vəsaiti cavabdehə borca verməsi sübuta yetirilmir. Birinci instansiya məhkəməsində icraat zamanı sorğu əsasında "xxxx" ASC-dən alınmış kart hesabından çıxarış məlumatları ilə də bu hal öz təsdiqini tapmır. Həmin məlumatlarla müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə məxsus kart hesabına 10000, 2500 və 3800 manat, ümumilikdə 16300 manat vəsait köçürülmüşdür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 26300 manat vəsait tutulması qənaətinə gəlmişdir. Bundan başqa, cavabdeh 2023-cü ilin mart ayında cavabdehə 3200 manat ödəniş etmişdir. Həmçinin, tərəflər arasındakı əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçı özü etiraf etmişdir ki, cavabdeh ona olan borcundan 12902 manat ödəniş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda kredit müqavilələri bağlanmış olsa da, lakin cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlər həmin müqavilələr üzrə həyata keçirilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 16300 manat vəsaitdən başqa qalıq 10000 manat vəsaitin cavabdehə ödənilməsini təsdiq edəcək sübutu yoxdur. Əslində, cavabdehə eyni gündə iki dəfə 10000 manat vəsait göndərmişdir. Çünki, bir dəfəyə 20000 manat köçürmə əməliyyatı həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də göndərəcəyi 20000 manat vəsaiti iki dəfə əməliyyat aparmaqla cavabdehə göndərmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı Rauf İsmaılov bildirmişdir ki, Cavabdeh tərəfindən ona 12902 manat vəsait ödənilmişdir. Lakin, qalıq borc məbləği ona ödənilməmişdir. Notariat ofisində cavabdehlə aralarında kredit müqavilələri bağlanmış olsa da, lakin cavabdeh tərəfindən edilmiş 12902 manat ödəniş həmin müqavilələr üzrə həyata keçirilən ödəniş olmamışdır. İddiaçı X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
25. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 26.300 (iyirmi altı min üç yüz) manat məbləğində pul və 222.50 (iki yüz iyirmi iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq X3 verilməsi» hissədə dəyişdirilməli, Cavabdeh 3398 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 53,98 manat, ümumilikdə 3451,98 manat tutularaq iddiaçı X3 verilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı X4 tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə ilkin olaraq 3800 manat, sonra isə 10000 manat, xx.xx.2023-cü il tarixdə isə 2500 manat birbank mobil tətbiq vasitəsi ilə borc pul verilmişdir. İddiaçı Rauf İsmaılov cavabdehə verdiyi borcun sonuncu tərəfindən qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
37. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
38. İlk növbədə araşdırılmalı məsələ iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə pul vəsaiti verilməsinin müəyyən olunmasıdır.
39. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, cavabdehə məxsus 416973+++++3955 nömrəli kart hesabına iddiaçı Rauf İsmaılov tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin olaraq 3800 manat, sonra isə 10000 manat, xx.xx.2023-cü il tarixdə birbank vasitəsi ilə kartdan karta köçürmə yolu ilə 2500 manat pul köçürülmüşdür. Bu hal "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Cavabdeh istifadəsində olan 416973+++++3955 nömrəli kartın bağlı olduğu hesaba köçürülən vəsaitlərlə bağlı çıxarışla öz təsdiqni tapır.
40. İddiaçı Rauf İsmaılov Cavabdeh verdiyi borc vəsaitinin 26300 manat məbləğdə olduğunu iddia etsə də,lakin borcun məhz həmin məbləğdə olmasını sübuta yetirə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş pul vəsaitinin köçürülməsi barədə ödəniş qəbzləri ilə də iddiaçının cavabdehə müxtəlif vaxtlarda (3800+10000+2500=16300) ümumilikdə 16300 manat vəsait verdiyi müəyyən edilmişdir.
41. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı olan məsələ - həmin pul vəsaitlərinə görə Cavabdeh iddiaçı Rauf İsmaılova hansı məbləğdə vəsait qaytarmasının müəyyən edilməsidir.
42. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 12902 manat vəsait ödənilmişdir. İşə əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(023)-100/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı X4 məhkəmə iclasında verdiyi izahatında Cavabdeh ona 12902 manat ödəniş etdiyini bildirmişdir. Bununla yanaşı iddiaçı Rauf İsmaılov hazırkı məhkəmə iclasında da sədrlik edənin sualına cavab olaraq Cavabdeh tərəfindən ona 12902 manat vəsait ödənildiyini bildirmişdir (bax bu qətnamənin 14-cü bəndi).
43. Beləliklə, müəyyən olunur ki, Cavabdeh iddiaçı Rauf İsmaılovdan aldığı 16300 manat vəsaitə görə sonuncuya 12902 manat ödəniş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya qalıq borcu (16300-12902=3398) 3398 manat müəyyən edilməlidir.
44. İşin şərh olunan hallarını ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıdan 16300 manat borc məbləğini hissə-hissə, yəni 10000 manat, 3800 manat və 2500 manat olmaqla almış və həmin borc məbləğindən 12902 manat hissəsini qaytarmış və hazırda ona 3398 manat borcludur.
45. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı iş üzrə tərəflər arasındakı 2500 manat vəsaitin borca verilməsi şifahi kredit müqaviləsi əsasında olmuşdur və həmin vəsaitin qaytarılması ilə bağlı iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin borc hüquq münasibətlərindən bəhs edən 739-cu maddəsi təşkil edir. Lakin, tərəflər arasındakı 3800 və 10000 manat vəsaitin borc məbləğinin 3000 manatdan yuxarı hissəsinin borca verilməsi ilə bağlı yazılı kredit müqaviləsi bağlanmadığından göstərilən borc məbləğlərinin 3000 manatdan yuxarı hissəsində işin halları Mülki Məcəllənin 740.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə, həmin vəsaitlərin miqdarı 3000 manatdan çox olduğundan və vəsaitin verilməsinə dair tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmadığından 3000 manatdan yuxarı iddia olunan məbləğ cavabdeh tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmişdir ki, bununla da cavabdeh iddiaçının (məhrum olanın) hesabına əsassız varlanmışdır.
46. Hazırda cavabdehin iddiaçıya qalıq borcu 3398 manat olduğu halda birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 26300 manat vəsait tutmuşdur. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borc məbləğinə dair hissədə dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə tutulacaq borc məbləği 3398 manat müəyyən edilməlidir. Həmçinin, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli dövlət rüsumu məbləği 53,98 manat təşkil etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə 222,50 manat dövlət rüsumu tutulmuşdur. Odur ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumuna dair hissədə də qətnamə dəyişdirilərək cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53,98 manat vəsait tutulmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(023)-710/2024 nömrəli qətnaməsi «Cavabdeh 26.300 (iyirmi altı min üç yüz) manat məbləğində pul və 222.50 (iki yüz iyirmi iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq X3 verilməsi» hissədə dəyişdirilsin. Cavabdeh 3398 (üç min üç yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 53,98 (əlli üç manat doxsan səkkiz qəpik) manat, ümumilikdə 3451,98 (üç min dörd yüz əlli bir manat doxsan səkkiz qəpik) manat tutularaq iddiaçı X3 verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) (iddiaçı) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.