Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-253/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 ğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh5 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-258/2020 saylı mülki iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 25L000000350 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin şərtlərinə görə cavabdehə veriləcək pulun məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmalıdır.
2. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 25L000000350 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 025R********** nömrəli kredit razılaşmasından və həmin tarixli kassanın məxaric sənədindən müəyyən olnur ki, həmin kredit razılaşması əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 18 ay müddətinə aylıq faiz dərəcəsi 0,5 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir.
3. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 25L000000350 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 025R********** nömrəli kredit razılaşmasından və həmin tarixli kassanın məxaric sənədindən müəyyən olnur ki, həmin kredit razılaşması əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir.
4. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 25L000000350 saylı kredit xətti xətti müqaviləsinin və həmin müqavilənin tərkib hissəsi olan kredit razılaşamaları üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh5 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz öhdələrinə götürmüşlər.
5. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 28 dekabr 2022-ci il tarixli 9/9095 saylı rəyinə əsasən əsas borclu olan Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 07 dekabr 2015-ci il tarixli 025R********** saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2017ci il tarixə İddiaçı QSC-yə əsas borcu 3749 manat, faiz borcu 140.06 manat, 11 noyabr 2015-ci il tarixli 025R********** saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixə 4631.83 manat əsas borc, 1077.97 manat faiz borcunun olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən təqdim edilmiş maliyyə arayışından isə görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 025R********** saylı, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cavabdehin 14 iyun 2019-cu il tarixə 3479 manat əsas borc, 476,76 manat faiz, 2761,85 manat cərimə borcu, 025R********** saylı, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 4631,86 manat əsas borc, 1969,64 manat faiz borcu, 3151,18 manat cərimə olmaqla, cəmi 16740,26 manat kredit borcu mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada 025R********** saylı kredit müqaviləsi üzrə 3749 manat əsas borc, 476,76 manat faiz borcu, 2761,85 manat cərimə borcunun, 025R********** saylı kredit müqaviləsi üzrə 4631,86 manat əsas borc, 1969,64 manat faiz borcu, 3151,18 manat cərimə olmaqla, cəmi 16740,26 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 2(021)-258/2020 saylı mülki iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsi ilə (Q.Əbilov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5 müştərək qaydada 025R********** saylı kredit müqaviləsi üzrə 3749 manat əsas borc, 476,76 manat faiz borcu, 200 manat cərimə, cəmi 4425.76 (dörd min dörd yüz iyirmi beş manat yetmiş altı qəpik) manat, 025R********** saylı kredit müqaviləsi üzrə 4631,86 manat əsas borc, 1969,64 manat faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 6901.47 manat (altı min doqquz yüz bir manat qırx yeddi qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2.1, 448.1, 449, və 465.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh8 qətnamədədn apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-258/2020 saylı mülki iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, "xxxx" QSC-yə olan borcun çox hissəsi ödənilmişdir. Lakin, xeyli müddət keçdikdən sonra bank hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının keçirilməsi barədə ona heç bir məlumat verilməmiş, həmin qətnamədən Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən ona məlumat verildikdən sonra xəbəri olmuşdur. Bundan əlavə, qeyd etmişdir ki, qətnamədə qeyd edilən nəticələr işin hallarına uyğun deyildir. Belə ki, kredit borcu bank tərəfindən şişirdilmişdir. O, birinci qrup əlildir, hazırda həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Hesab edir ki, iş üzrə mühasibatlıq ekspertizası keçirilməlidir. Ümumiyyətlə qətnamədən görünür ki, məhkəmə tərəfindən işin bütün halları tam, hərtərəfli qaydada araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
19. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
20. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 76. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
30. Maddə 387.2 və 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilk növbədə şikayətin dəlillərindən olan məhkəmədə Cavabdeh8 iştirakının təmin edilməməsi məsələsinə qiymət verməyi zəruri hesab edir.
34. Мəhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. 35.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
36. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
37. Bərdə Rayon Məhkəməsinin 2(021)-258/2020 saylı mülki işin materiallarında məhkəmənin məhkəmə qətnaməsinin qəbul edildiyi xx.xx.2020-ci il tarixə təyin edilmiş iclasının vaxtı və yeri barədə Cavabdeh8 məhkəmə bildirişi göndərilmiş, lakin, məhkəmə cavabdehə bildirişin çatıb-çatmamasını dəqiqləşdirmədən işə onun iştirakı olmadan baxmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-258/2020 saylı mülki iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsi bu səbəbdən tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
38. Cavabdeh8 apellyasiya şikayətinin digər dəlili kredit borcunun düzgün hesablanmamasındandır.
39. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən 29.noyabr 2022-ci il tarixdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 28 dekabr 2022-ci il tarixli 9/9095 saylı rəyinə əsasən əsas borclu olan Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 07 dekabr 2015-ci il tarixli 025R********** saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə İddiaçı QSC-yə əsas borcu 3749 manat, faiz borcu 140.06 manat, 11 noyabr 2015-ci il tarixli 025R********** saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixə 4631.83 manat əsas borc, 1077.97 manat faiz borcu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hazırki işdə cavabdeh tərəfin iddiaçı Banka olan kredit borcunun məbləğinin düzgün müəyyən edilməsi xüsusi bilik tələb edən bir məsələdir və alınmış ekspert rəyinin işin həmin hallarının müəyyən olunmasında mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur
40. Ona görə də məhkəmə kollegiyası göstərilən ekspert rəyinə istinad edərək, hesab edir ki, kredit borcunun düzgün hesablanmadığı barədə apellyatorun şikayətinin dəlili qismən əsaslıdır, məhkəmənin həmin hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Buna görə də cavabdeh tərəfin iddiaçı Banka olan kredit borcunun məbləği alınmış ekspert rəyi nəzərə alınmaqla müəyyən olunmalıdır. Alınmış ekspert rəyinə görə 025R********** saylı kredit müqaviləsi üzrə 3749 manat əsas borc düzgün hesablanmış, 476,76 manat faiz borcu düzgün hesablanmamış, həmin borc 140.06 manat məbləğində müəyyən olunmuş, 025R********** saylı kredit müqaviləsi üzrə 4631,86 manat əsas borc düzgün hesablanmış, 1969,64 manat faiz borcu düzgün hesablanmamış, həmin borc 1077,97 manat məbləğində müəyyən olunmuşdur. 41.Bundan əlavə, məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanmaqla hesab edir ki, cavabdeh tərəfin 025R********** saylı kredit müqaviləsi üzrə cərimə borcunun 200 manat məbləğində, 025R********** saylı kredit müqaviləsi üzrə cərimə borcunun isə 300 manat məbləğində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğun və ağlabatan hesab edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5 müştərək qaydada 025R********** saylı kredit müqaviləsi üzrə 3749 manat əsas borc, 140.06 manat faiz borcu və 200 manat cərimə üzrə borc və 025R********** saylı kredit müqaviləsi üzrə 4631,86 manat əsas borc, 1077.97 manat faiz borcu və 300 manat cərimə olmaqla cəmi 10098,98 manat məbləğində pul alınıb, iddiaçı "xxxx" QSC-nin hesabına ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız sayılmalı və təmin edilməməlidir. 43 Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, hazırki iddianı qaldırmaq üçün "xxxx" QSC-tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir
44. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanmaqla hesab edir ki, "xxxx" QSC-tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb, iddiaçı "xxxx" QSC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385, 387, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-258/2020 saylı mülki iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5 müştərək qaydada 025R********** saylı kredit müqaviləsi üzrə 3749 manat əsas borc, 140.06 manat faiz borcu və 200 manat cərimə üzrə borc və 025R********** saylı kredit müqaviləsi üzrə 4631,86 manat əsas borc, 1077.97 manat faiz borcu və 300 manat cərimə olmaqla, cəmi 10098,98 (on min doxsan səkkiz) manat 98 qəpik məbləğində pul, bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" QSC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.