Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2566/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsinə əsasən 08 oktyabr 2015-ci il doğumlu X1 üçün cavabdehdən hər ay tutulan aylıq 100 (yüz) manat alimentin miqdarının artırılaraq, hər ay 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməsi və ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 30 may 2014-cü ildə el adəti üzrə evlənərək nikaha daxil olmuş, birgə nikahlarından 08 oktyabr 2015-ci ildə Nurlan adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə, nikahları 2016-cı ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahlarından doğulmuş Nurlanın saxlanılması üçün cavabdehdən onun xeyrinə əvvəlcə 80 manat, daha sonra 90 manat, sonuncu dəfə isə Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsi ilə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ona aliment pulundan başqa uşağın saxlanılması üçün heç bir köməklik etmir. Uşaq böyüyür, tələbatları artır. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyil, cavabdeh fərdi əməklə məşğul olur, onun kifayət qədər qazancı var və normal aliment ödəmək iqtidarındadır. Alimentin miqdarının artırılması üçün qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Ona görə də mediator bu barədə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış vermiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət edərək Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə təyin edilmiş 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, 250 (iki yüz əlli) manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsi ilə (hakim Həsən Qəniyev ) iddia qismən təmin edilmiş, 08 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)- 296/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarının artırılması, 08 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, hazırki qətnamə üzrə alimentin tutulmasının bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 55 (əlli beş) manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsinin ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun aylıq qazancı 443 manat təşkil edir, başqa gəliri və qazancı yoxdur. Həmin 443 manat gəlir ilə məhkəmə qətnamələri ilə onun 3 uşağına ayda birinə görə 70 manat, birinə 100 manat, digərinə 150 manat sabit pul məbləğində aliment verir. Bundan əlavə onun özü xəstə olmaqla, həmçinin himayəsində xəstə anası vardır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, “Azəravtoyol” Dövlət Agentliyində yaşıllaşdırma ustası işləməklə, əmək haqqısı 443 manat təşkil edir. Tünzalə onun ikinci ailəsidir. Belə ki, onun 1-ci ailəsindən də 1 oğlu vardır, həmin uşağa görə də 70 manat aliment ödəyir. 3-cü nikahından isə onu iki uşağı vardır. Həmin uşaqlara görə də aliment ödəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsinin ləğv edilməsini və ondan tutulan alimentin məbləğinin 140 manat müəyyən edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsi 08 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, 08 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, şikayətin dəlillərində Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin və ərizənin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına olan : Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 oktyabr 2015- ci il tarixdə verilmiş AZ- İİİ № 575648 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 08 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh,anasıMamedova Tünzalə Məhərrəm qızıdır. Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 08 oktyabr 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 2(040)-632/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, cavabdehdən 90 (doxsan) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli PHŞ-6-42/3-887/2023 saylı arayışdan görünür ki, Cavabdeh 23 avqust 2023-cü il tarixdə Göygöl Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs Poliklinika şöbəsində həkim-nevropatoloq tərəfindən müayinə olunmuş və “L2-L3 fəqərələrinin protuziyası”, “Diskogen radikulopatiya” diaqnozları təyin olunmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli X2 Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyətli Cəmiyyətində mütəxəssis işləməklə 589 manat əmək haqqı alır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı “Azad Kommersiya Tikinti” Məhdud Məsuliyətli Cəmiyyətində xadimə işləməklə 120 manat əmək haqqı alır. Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00177) X4 tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli 01915 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən hər ay hər uşaq üçün 160 manat sabit pul alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlmir. Belə ki, Cavabdeh məhkəmə kollegiyasınında verdiyi izahatı ilə müəyyən olunur ki, o, 3 dəfə ailəli olmuş, iddiaçı onun ikinci ailəsi olmaqla, ondan başqa digər nikahlardan olan uşaqlarına da aliment ödəyir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsi 08 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, 08 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-800/2023 saylı qətnaməsi 08 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. 08 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2566/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2566/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver