Məhkəmə qərarları › İş №2(104)-259/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-259/2025

16.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-259/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı hüquqi varisləri X5 və X6, Cavabdeh nümayəndəsi (atası) X4 və cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1372/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.600 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1372/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Fərman Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh 13.000 (on üç min) manat alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1372/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1372/2024 nömrəli qətnaməsindən narazıdır. Belə ki, İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, guya ondan 14.600 manat miqdarında pul borc alıb qaytarmadığını göstərmişdir. O, ümumiyyətlə İddiaçı görməmişdir. Ondan da hər hansı bir miqdarda pul borc almamışdır. O, yalnız onun oğlu X3 tanıyır və ondan sələmə pul alıb hamısını tam şəkildə qaytarmışdır. Belə ki, o, N saylı hərbi hissədə MAXE kimi sürücü işləyir. Bərdə şəhər sakini X5 əvvəllər onunla eyni hərbi hissədə MAXE kimi xidmət edirdi. O, hal-hazırda N saylı hərbi hissədə xidmət edir. 2023cü ilin iyun ayında onun pula ehtiyacı olduğundan, Kənanın Məhərrəmovdan hər ay 15 faiz sələm 7800 manat pul götürmüşdür. 2 həftədən sonra Bərdə şəhərində “ Bazarstroy “ topdan satış mağazasının qarşısında Kənanın dostu Üzeyrin yanında pulun 2200 manatını Kənana qaytarmışdır. Hər həftə Kənana faiz kimi 300 manat pul vermişdir. Bundan başqa, 7500 manat dəyərində birliyant qaşlı 4 qızıl sırğa, 2 ədəd bilərzik,1 qızıl sep və 2 ədəd qızıl üzük girov qoymuşdur. Eyni zamanda hərbi vəsiqəni, sürücülük vəsiqəsin, şəxsiyyət vəsiqəsini, sığorta kartını və veteran pulu kartını da, girov vermişdir. Sonra isə, daha 1600 manat pulu Kənanın qardaşı Sənandan almışdır. Qızıl əşyalarını da, Sənana vermişdir. Sənədlərini isə Kənana vermişdir. Sonradan ona daha 1800 manat pul qaytarmışdır. O, hər ay 1600 manat pulun faizini vermiş, 25 fevral 2024-cü il tarixdə isə, 1600 manatı tam şəkildə Kənana qaytarmışdır. Lakin qızıl əşyaları və sənədlər geri qaytarılmamışdır. O, Kənan Məhərrovdan ümülikdə 9400 manat pul almış, bu puldan cəmi 5600 manat pul qaytarmışdır. İddiaçı xx.xx.2024-cü ildə vəfat etdiyindən, onun uşaqları X5 və X9 İddiaçı hüquqi varisləri kimi cəlb edilmişlər. Cavabdeh nümayəndəsi (vəkili) X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, əslində cavabdeh iddiaçıdan 9400 manat məbləğində 15 %-lə borc pul almışdır. Belə ki, 7800 manat əvvəlcə almış, sonra isə 1600 manat almışdır. Cavabdeh 7500 manat mələğində qızıl zinət əşyalarını girov qoymuş, borcundan 1600 manat qaytarsa da, iddiaçı qızıl girovları qaytarmamışdır. Cavabdeh ümumilikdə iddiaçıya 5600 manat məbləğində pul qaytarmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 383/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (atası) X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh iddiaçıdan 9400 manat məbləğində 15 %lə borc pul almış və əvəzində 7500 manat mələğində girov qoymuşdur.Borcundan ümumilikdə iddiaçıya 5600 manat məbləğində pul qaytarılmışdır. Girovla bağlı səs yazısı da vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı hüquqi varisi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdehə əvvəlcə 6800 manat, daha sonra isə 7800 manat pul vermişdir. Pul anasının olmuş və cavabdehə anasının razılığı ilə vermişdir. Cavabdeh isə həmin puldan cəmi 1600 manat məbləğində pul qaytarmışdır. Pulun müqavilində heç bir qızıl-zinyət əşyası girov qoyulmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı hüquqi varisi X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, X5 ilə eyni məzmunlu izahat verdi Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 383/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1372/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1372/2024 nömrəli qətnaməsini iddianın qismən təmin edilmiş Cavabdeh 13.000 (on üç min) manat pulun alınıb İddiaçı verilməsi hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: Cavabdeh 4 nəfər şahidin iştirakı və imzası ilə tərtib edilmiş və imzalanmış 06 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, o, ehtiyacı olduğu üçün İddiaçı Səccat qızından 14600 manat məbləğində pul aldığını qeyd etmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə bağırsağın kəskin damar xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında pul verilməsi ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh 06 avqust 2023-cü ildə İddiaçı Səccat qızından 14600 manat məbləğində borc pul alaraq, bu barədə iddiaçıya yazılı qəbz vermiş, həmin qəbz 4 nəfər şahidin iştirakı və imzası ilə tərtib edilmiş, qəbz özü tərəfindən imzalanmışdər. İddiaçının izahatı ilə cavabdehin həmin borcundan 1600 manat qaytarması təsdiq edildiyindən, 13.000 (on üç min) manat məbləğində borcu qalması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 157.2-ci maddəsində nəzərdə tutulduğu kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Cavabdeh iddiaçıya 13.000 (on üç min) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində və nümayəndələri məhkəmə kollegiyasının iclasında ümumilikdə 9400 manat pul alması və bu puldan 5600 manat pulu qaytarmasını gösərsələr də, yuxarıda qeyd edilən Cavabdeh 4 nəfər şahidin iştirakı və imzası ilə tərtib edilmiş və imzalanmış 06 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, o, ehtiyacı olduğu üçün İddiaçı Səccat qızından 14600 manat məbləğində pul almışdır. Həmin puldan 5600 manat hissəsinin, yəni iddiaçı tərəfindıən etiraf edilən 1600 manatdan çox hissəsinin qaytarılmaına dair isə heç bir mötəbər sübut növü təqdim edilməmişdir. Cavabdeh tərəfin vəsatəti ilə işdə olan telefon yazısını əks etdirən CD diski dinlənilmiş, lakin pulun qaytarılması halı səs yazılarında təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1372/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1372/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar