Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2618/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı1 cavabdehlər X3 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdehlər X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 7500 ABŞ dolları və torpaq sahəsinin hasarın çəkilməsi üçün xərclənən 4000 manat pulun və ödənilmiş 141 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailəsilə birlikdə Gədəbəy rayonu Slavyanka kəndində yaşayır. Cavabdeh1 makler kimi torpaq alqı-satqısı işi ilə məşğul olan şəxs kimi tanımışlar. 2011-ci il tarixdə əri X2 ilə Gəncə şəhərindən özünə torpaq sahəsi almaq üçün maraqlanan zaman onlar bildirmişlər ki, Arif adlı şəxs torpaq alqı-satqısı ilə məşğul olur. Onlar Ariflə əlaqə saxlayıb, görüşüb Arifdən onlar üçün torpaq sahəsi tapmağı xahiş etmişlər. Bir qədərdən sonra isə Arif onlara, Gəncə şəhəri Məhsəti qəsəbəsində Aybəniz adlı şəxsə məxsus 4 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin 6000 ABŞ dollarına satıldığını dedi. Onlar Aybənizlə görüşmək istəsələr də, Arif pulu ona verməsini və Aybənizlə özü bütün sənədləri həll edəcəyini demişdir. Onlar Ariflə həmin pulun bir hissəsini əvvəlcədən verərək, qalanını isə sonra ödəməyi razılaşmışlar. xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Xanbağı deyilən parkda yerləşən çayxananın yanında o, əri Nazim və oğlu Ruslanla birlikdə Ariflə görüşmüşlər. Həmin vaxt Arifə həmin torpaq sahəsini almaq üçün 4000 ABŞ dolları pul vermişlər. Onlar çayxanada gözləməyə başlamış və Arif həmin günü Aybənizin adından torpağa dair sənədlərin surətini onlara təqdim etmişdir. Danışığa görə, qalan 2000 ABŞ dolları məbləğində pulu Arifə 5-6 ay ərzində verməliymişlər. Lakin bir-iki aydan sonra onlar həmin torpaq sahəsini hasara almaq istəyərkən polis əməkdaşları gələrək tikinti üçün sənədlərinin olub-olmadığını soruşmuşlar. Onlar bu barədə Arifə dedikdə o, tikinti aparmaq üçün əlavə olaraq 1500 ABŞ dolları pul lazım olduğunu demişdir. Məcbur qalıb Ariflə razılaşmış və həmin torpaq sahəsində ev tikmək məqsədi ilə sərəncam sənədini almaq üçün Arifə əlavə 1500 ABŞ dolları pul vermişlər. Lakin Arifə bildirmişlər ki, torpağın qalan 2000 ABŞ dollarını bir qədər gec verəcəklər. Çünki əvvəlcədən tikinti üçün də, pul alacağını deməmişdir. 1500 ABŞ dollarını birlikdə təxminən 2012-ci ilin may ayında aldıqları torpaq sahəsinin yanında Arifə vermişlər. Təxminən bir aydan sonra Arif tikinti üçün sərəncamı gətirib onlara vermişdir. Lakin maddi imkanları zəif olduğundan torpağın qalan 2000 ABŞ dollarını yalnız əkdikləri kələmi sataraq pul əldə edib 2017-cı İlin oktyabr ayında Gəncə şəhəri, Məhsəti qəsəbəsində aldıqları torpaq sahəsinin yanında birlikdə Arifə vermişlər. 2018-ci il tarixdə isə həmin torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-yə müraciət etmiş, lakin oradan onlara bildirmişlər ki, həmin torpaq sahəsinin bir hissəsi başqa şəxsin adınadır və ona görə də, onlara çıxarış verilməmişdir. Həmçinin Arifin onlara verdiyi torpaq sahəsinə dair sənədlərin əsassız olduğunu bildirmişlər. Onlar bu barədə Arifə demiş, Arif isə onları Sayad Paşayev adlı şəxslə tanış etmiş və çıxarış sənədinin alınmasında Sayadın kömək edəcəyini, torpaq sahəsinin sahibinin, yəni, Aybənizin onun qohumu olduğunu demişdir. Sayad da, onlara həmin torpaq sahəsinə çıxarış sənədini alıb verəcəyini demiş və onlardan 2000 manat pul istəmişdir. 2018-ci ilin iyul ayında Gəncə şəhəri ərazisində, Tekstilni adlanan ərazidə əri ilə Sayadla görüşmüş və həmin vaxt yanlarında Arifin oğlu Araz olmuşdur. Həmin vaxt 2000 manat pulu Sayada vermiş və Sayad qısa müddət ərzində çıxarışı alıb verəcəyini, torpaq sahiblərinin onun qudası olduğunu bildirmişdir. Buna baxmayaraq təxminən 1 il sonra yəni 2019-cu ilin iyul ayında Sayad onlarla telefonla danışmış və sənədi düzəldə bilmədiyi üçün aldığı 2000 manat pulu qaytarmaq istədiyini və ya sənədin düzəlməsi uçun əlavə 1600 manat pul lazım olduğunu demişdir. Həmçinin bildirmişdir ki, torpağın sənədinin düzəldilməsi ilə Ariflə birlikdə məşğul olacaqdırlar. 2019cu ilin iyul ayında dəqiq gününü xatırlamadığı vaxtda Sayad və Ariflə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “avtobus qarajı” deyilən yerin qarşısında olan çayxanada görüşmüş və 1600 manat pulu Sayada vermişlər. Sayad isə həmin pulu Arifə verib saymasını istəmişdir. Arif pulu saydıqdan sonra düz olduğunu bildirib pulu yenidən Sayada qaytarmışdır. Həmin vaxt onlar ikisi də, söz vermişlər ki, sənədlər qısa muddət ərzində düzələcəklər və xahiş etmişlər ki, onlara vaxt versinlər. Lakın buna baxmayaraq onlar verdikləri sözə əməl etməmiş və torpaq sahəsinə dair sənədləri düzəltməmiş və müxtəlif bəhanələr gətirməyə başlamışlar. Onlardan aldıqları pulu geri tələb etdikdə isə, onlar yenə müxtəlif bəhanələr gətirib pulu geri qaytarmamışlar. Başa düşmüşlər ki, Arif onlara qarşı dələduzluq etmişdir və pulu aldadıb əllərindən almışdır. Onların təqdim etdikləri sənədlər isə tam əsassız sənədlərdir. Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət edərək Arifin və Səyadın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişlər. Polis orqanı tərəfindən həmin şəxslər dəvət olunaraq izahatları alınmışdır. Cavabdeh1 və X1 torpağa sənəd düzəltmək üçün onlardan aldıqları 3600 manat pulu geri qaytarmışlar. Bundan başqa Cavabdeh1 onlardan 2011-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində 400 kv.m torpaq sahəsini ümumilikdə 7500 ABŞ dolları pulu və torpağın hasarlanması üçün xərclənmiş 4000 manat məbləğində pulu bugünə qədər qaytarılmamışdır. Polis orqanı tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə Şahid2 aralarında olan münasibət alqı-satqı münasibətləri ilə tənzimləndiyi üçün müqavilədən irəli gələn mübahisələrə aiddir. Müqavilədən irəli gələn mübahisələr də yalnız məhkəmədə mülki iddia qaldırmaq yolu ilə həll olunur. Buna görə də, cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul edilmişdir. Bu səbəbdən də, Cavabdeh1 2011-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində 400 kv.m torpaq sahəsini satması üçün ümumilikdə aldığı 7500 ABŞ dolları pulun alınıb qaytarılması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Həmin torpaq sahəsini aldıqdan sonra kənarlarına hasar çəkdirməklə 4000 manat məbləğində pul xərcləmişlər. Odur ki, Cavabdeh1 7500 ABŞ dolları və torpaq sahəsinin hasarın çəkilməsi üçün xərclənən 4000 manat pulun və ödənilmiş 141 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı1 cavabdehlər X3 qarşı 7500 ABŞ dolları və torpaq sahəsinin hasarın çəkilməsi üçün xərclənən 4000 manat pulun və ödənilmiş 141 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabeh Cavabdeh1 iddiaçının ərizəsi ilə razı olduğunu bildirdi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, İddiaçı1 verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçı1 məhkəmə kollegiyasına göndərdiyi yazılı ərizəsindən görünür ki, o Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətdən imtina edir və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına İddiaçı1 apellyasiya şikayəti üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 384, 400 və 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1317/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına İddiaçı1 apellyasiya şikayəti üzrə xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2618/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2618/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver