Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2641/2024 27.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3954/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, dələduzluq yolu ilə mənimsənilmiş pulunun cavabdehlərdən müştərək qaydada 10500 dollar və 2000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 150 manatın alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh2 10500 (on min beş yüz) ABŞ dolları (ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində) və 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayəti verərək, məhkəmənin xx.xx.2024- cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və cavabdeh tərəfindən ödəniləcək pulun məbləğinin etiraf edilən məbləğ - 6500 ABŞ dolları olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(125)-3954/2024 nömrəli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti vəkilin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilmədiyindən, yəni şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Bundan sonra, həmin qətnamədən narazı qalan digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və cavabdeh tərəfindən ödəniləcək pulun məbləğinin etiraf edilən məbləğ - 6500 ABŞ dolları olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(125)-3954/2024 nömrəli qərardadı (hakim Fuad Fərhadov) ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil həmin qərardaddan şikayət verərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, məhkəmənin 2(125)-3954/2024 xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi - cavabdeh tərəfindən ödəniləcək pulun məbləğinin Cavabdeh1 tərəfindən etiraf edilən 6500 dollar olaraq müəyyən edilməsi barədə apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(125)-3954/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayət yoxlanılarkən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayətdə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Belə ki, sonuncu tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə bağlı müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 6-cı hissə). Göründüyü kimi, şikayət qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayətin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi (vəkili) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3954/2024 nömrəli qərardadı ləğv edilməli və şikayətin mümkünlük məsələsinin araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1.1-1, 366 və 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3954/2024 nömrəli qərardadı ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3954/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2641/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2641/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver