Məhkəmə qərarları › İş №2(104)-2656/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2656/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2656/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Arşımed qızı və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-197/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-197/2023 saylı qətnaməsi ilə (hakim N.Musayev) İddiaçı Cavabdeh2 Arşımed qızı və Cavabdeh1 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiаçının nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayəti verərək Qazax rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(023)-197/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6000 manat borcun və 80 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh2 Arşımed qızı və Cavabdeh1 6000 manat borcun və 80 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Arşımed qızı onun həmkəndlisidir. O, özünə məxsus “VAZ 21214” markalı ** GG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili satdığını bildirmişdir. Cavabdehlə razılaşaraq ilkin olaraq 28 avqust 2021-ci il tarixdə 3000 manat pul vermişdir. Daha sonra hər ay 300 manat olmaqla 2022-ci ilin iyun ayına kimi pul ödəmişdir. Cavabdeh2 sözügedən avtomobili idarə etməsi üçün ona etibarnamə də vermişdir. Sözügedən avtomobil 10 ay İddiaçı olmuş və hər ay Cavabdeh2 300 manat pul ödəmişdir. Lakin Cavabdeh1 etibarnamə əsasında Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirərək, polis vasitəsilə sözügedən avtomobili ondan almışdır. Cavabdehlər avtomobili aldıqdan sonra ödənilən pulu geri qaytarmalarını bildirsə də, cavabdehlər həmin pulu geri qaytarmaqdan boyun qaçırmışlar. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiаçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 4/535 nömrəli ekspert rəyindən görünür ki, 28 avqust tarixli aktda “Avqustun 28-də Səkinəyə 3000 m pul verdim” yazıları önündəki imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Lakin məhkəmə bu hissədə də iddia tələbini təmin etməmişdir. Bundan başqa cavabdehlər sonuncu məhkəmə iclasında məhkəməyə qəbz təqdim etmişlər ki, həmin qəbzdə qeyd olunmuşdur ki, “mən Cavabdeh2 mənə məxsus olan VAZ 21214 minik ** GG *** nömrəli (Niva) başdan 3.000 min aylıq 300 maşın mənim olmaq şərtilə Daşsalahlı kənd sakini İddiaçı sürməyə icarəyə verirəm”. Həmin qəbzin sonunda Cavabdeh2 və İddiaçı öz imzalarını çəkmişlər. O, həmin saxta tərtib edilmiş qəbzdəki imzalarla bağlı məhkəmədə ekspertizanın keçirilməsini xahiş etsə də məhkəmə onun vəsatətini təmin etməmişdir. Bu isə işin tam, hərtərəfli və obyektiv araşdırılmamasına gətirib çıxarmışdır. Məhkəmə işə prosessual pozuntu edərək heç bir araşdırma aparmadan qanunsuz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və düzgün qiymət verməmiş, nəticədə isə onun həm konstitusion, həm də mülki qanunvericilikdə nəzərdə tutulmuş hüququnu kobud şəkildə pozan qətnamənin çıxarılmasına nail olmuşdur. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş olsa da, Cavabdeh2 Arşımed qızı məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzürlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, VAZ 21214 markalı ** GG *** nömrəli avtomaşın Cavabdeh1 anası Cavabdeh2 Arşımed qızına məxsusdur və qarşılıqlı razılaşma əsasında ona həmin avtomaşını dəyərini hissəhissə ödəmək şərti ilə 12 000 manata alqı-satqı edilməsi barədə razılığa gəlmişlər. əslində həmin avtomaşının satış qiyməti 9000 manat olmuş, lakin cavabdehlər hissə-hissə ödənişə razılaşdıqlarından 2021-ci ilin avqust ayının sonunda ilkin ödəniş olaraq 3000 manat ödəmiş, qalan məbləğin isə 30 ay müddətində - 2021-ci ilin oktyabr ayından başlayaraq hər ay 300 manat ödəniş edilməsi ilə bağlı razılığa gəlmişlər və Cavabdeh2 həmin avtomaşınla bağlı ona etibarnamə vermişdir. O, 10 ay müddətində vaxtlı-vaxtında ödənişləri etmiş olsa da, Cavabdeh2 ona verdiyi etibarnaməni ləğv etdirərək avtomaşını ondan götürmüş və başqa şəxsə satmışdır. Razılaşmanın şərtini cavabdehlər pozduğuna görə hesab edir ki, iddia tələbi təmin edilməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdiki, onlar avtomobili iddiaçıya satmamış, onu icarəyə vermişdilər. Lakin cavabdeh nəyə görə 30 ay müddəti üçün cədvəlin tərtib edilmə səbəbini izah edə bilmədi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21214” markalı ** GG *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının Cavabdeh2 məxsusdur. İşdə olan 13 aprel 2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 özünə məxsus “VAZ 21214” markalı ** GG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün 5 ay müddətinə İddiaçı vermişdir. İş materiallarında olan, sadə yazılı formada tərtib edilmiş icarə müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus “Vaz 21214” markalı ** GG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili başdan 3000 manat, aylıq 300 manat olmaq şərti ilə Daş Salahlı kənd sakini İddiaçı sürməyə icarəyə vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, Niva markalı ** GG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə görə avqustun 28-də 3000 manat Səkinəyə və oktyabr ayının 5dən başlayaraq 10 ay müddətində hər ay 300 manat olmaqla Yeganəyə cəmi 3000 manat pul vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 4/535 nömrəli ekspert rəyindən görünür ki, 28 avqust tarixli aktda “Avqustun 28-də Səkinəyə 3000 m pul verdim” yazıları önündəki imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh Əliyeva X1 Rauf Fazil oğlunun həmkəndlisidir. O özünə məxsus “VAZ 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobili satdığını bildirmişdir. Cavabdehlə razılaşaraq ilkin olaraq 28 avqust 2021-ci il tarixdə 3000 manat pul vermişdir. Daha sonra hər ay 300 manat olmaqla 2022-ci ilin iyun ayına kimi pul ödəmişdir. Cavabdeh2 sözügedən avtomobili idarə etməsi üçün ona etibarnamə də vermişdir. Sözügedən avtomobil 10 ay İddiaçı olmuş və hər ay Cavabdeh2 300 manat pul ödəmişdir. Lakin Cavabdeh1 etibarnamə əsasında Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirərək, polis vasitəsilə sözügedən avtomobili ondan almışdır. Cavabdehlər avtomobili aldıqdan sonra ödənilən pulu geri qaytarmalarını bildirsə də, cavabdehlər həmin pulu geri qaytarmaqdan boyun qaçırmışlar Belə ki, iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, “VAZ 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobili Cavabdeh2 məxsusdur. Cavabdeh2 sözügedən avtomobili İddiaçı ilə olan razılaşmalarına əsasən əvvəl başdan 3000 manat pul Cavabdeh2 verməli, qalan hər ay avtomobil İddiaçı olduğu müddətdə ayda 300 manat pul Cavabdeh2 verməli idi. Bununla bağlı sadə yazılı icarə müqaviləsi də bağlanmış və Cavabdeh2 iddiaçının “Vaz 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməsi üçün etibarnamə də vermişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriiyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 4/535 nömrəli ekspert rəyindən də göründüyü kimi, 28 avqust tarixli aktda “Avqustun 28-də Səkinəyə 3000 m pul verdim” yazıları önündəki imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur. İddiaçının tələb etdiyi 6000 manat pul Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsinə əsasən ödənilən pul olmuşdur. İddiaçının Cavabdeh1 tələb etdiyi 3000 manat pulun onun tərəfindən qəbul edilməməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 25 iyun 2023-cü il tarixli 4/535 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2 Arşımed qızı və Cavabdeh1 qarşı pul tələbinə dair iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Mülki Məcəllənin lizinq müqaviləsinin forması adlanan 748-ci maddəsində aşağıdakılar göstərilmişdir: 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. 748.2. Lizinq müqaviləsində aşağıdakılar göstərilməlidir: 748.2.1. lizinq müqaviləsinin adında lizinqin forması; 748.2.2. lizinq obyektinin dəqiq təsviri; 748.2.3. lizinq obyekti üzrə verilən hüquqların həcmi; 748.2.4. lizinq obyektinin verilmə yeri və qaydası; 748.2.5. lizinq müqaviləsinin müddəti; 748.2.6. lizinq obyektinin balans uçotunun qaydası; 748.2.7. lizinq obyektinin saxlanması və təmiri qaydası; 748.2.8. lizinq müqaviləsi əsasında lizinqverənin göstərəcəyi əlavə xidmətlərin siyahısı; 748.2.9. lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği; 748.2.10. hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki. Lizinq müqaviləsi vaxtından əvvəl icra edildikdə lizinq ödənişlərinin hesablanması qaydası; 748.2.11. əgər müqavilə ilə ayrı hal nəzərdə tutulmayıbsa, tərəflərin lizinq obyektini lizinq müqaviləsi ilə bağlı risklərdən sığorta etməsi vəzifələri. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda sərbəst olsalar da, lakin müəyyən kateqoriya əqdlərin bağlanması üçün qanunvericilik müəyyən tələblərə cavab verən formanı mühüm şərt kimi müəyyən etmişdir. Ona görə də Mülki Məcəllənin 337.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı cavabdehə məxsus avtomobildən 10 ay müddətində fasiləsiz və maneəsiz olaraq istifadə etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən etdiyi aylıq ödənişləri geri tələb etməsi əsaslı sayıla bilməz. Ona görə ki, qeyd edirldiyi kimi həmin avtomobildən faziləsiz və maneəsiz 10 ay müddətində istifadə etmişdir. Qaldı ki, birdəfəlik edilmiş 3000 manat ilkin ödənişə münasibətdə kollegiya qeyd edir ki, razılaşmanın şərtləri iddiaçı tərəfindən yox, cavabdehlər tərəfindən pozulduğuna görə iddiaçı tərəfindən cavabdehlərə verilmiş 3000 (üç min) manat iddiaçıya qaytarılmalı bununla da, iddia tələbi, həmçinin apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərə ödənilmiş 3000 manat pul onlardan müştərək qaydada tutularaq iddiaçıya qaytarmalı, beləliklə də apellyasiya şikayəti qismən təmin edilərək qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-ni 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-197/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 Arşımed qızı və Cavabdeh1 müştərək qaydada 3000 (üç min) manat və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar