Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2657/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər X3, Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X5 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər X3, Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(058)-231/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2013-cü il tarixli 06L000004198 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə Əhmədov Kərəm İmamverdi oğluna 30000 ABŞ dolları məbləğində kredit xətti açmışdır.
2. xx.xx.2014-cü il tarixli № 06R000019030 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC 24 ay müddətinə illik 1.8333 faiz məzənnə ilə Əhmədov Kərəm İmamverdi oğluna əsas vəsaitin təmini üçün 20000 ABŞ dolları məbləğində kredit vermişdir.
3. xx.xx.2015-cı il tarixli 06R000019030S saylı və xx.xx.2016-cı il tarixli 06R000019030SC saylı sazişlərdən görünür ki, İddiaçı QSC ilə Əhmədov Kərəm İmamverdi oğlu arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir.
4. xx.xx.2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması müqaviləsindən görünür ki, İddiaçı QSC 12 ay müddətinə illik 1.9167 faiz məzənnə ilə Əhmədov Kərəm İmamverdi oğluna müqavilə ilə müəyyən olunmuş kredit limiti daxilində plastik kart vasitəsi ilə 1200 ABŞ dolları məbləğində kredit vermişdir.
5. 15 fevral 2013-cü il tarxli № 06S000008914, 10 sentyabr 2014-cü il tarixli № 06S000019580, 02 sentyabr 2014-cü il tarxli № 06S000019415 və 13 noyabr 2015-ci il tarixli № 006S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, cavabdehlərdən Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızı, Cavabdeh4 və X4 alınan kreditin təminatı olaraq zaminlik müqaviləsini imzalamışlar.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ ilə X2 və Əhmədov Kərəm İmamverdi oğlunun mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 09 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. 22.09.2020-ci il tarixli, ipoteka predmentinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, kreditlə bağlı öhdəlikləri tam yerinə yetirmədiyi təqdirdə məsuliyyət daşıdıqları barədə cavabdehlər xəbərdarlıq edilmişdir.
8. 29.09.2020-ci il tarixli ərizədən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş xx.xx.2020-ci il tarixdə DƏDRX-nin 3 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır.
9. xx.xx.2022-ci il tarixli UNİ/Y 222-0222/22 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər Əhmədov Kərəm İmamverdi oğluna və X3 məxsus Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 35000 manat və likvid dəyəri 30000 manat təşkil edir.
10. 07.02.2023-cü il tarixli, 08 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh Əhmədov Kərəm İmamverdi oğlunun xx.xx.2019-cu il tarixə kredit borcu 8619.63 ABŞ dolları məbləğində əsas, 6797.22 ABŞ dolları məbləğində faiz və 9016.75 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 24433.60 ABŞ dolları məbləğində təşkil edir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 9/1672 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər X2, Cavabdeh2 Məmmədəli oğlunun, Cavabdeh4 və Hüseynova Kəklik Kərəm qızının 8619,63 ABŞ dolları məbləğində əsas, 6797,22 ABŞ dolları məbləğində faiz borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı QSC cavabdehlər X3, Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4 və Hüseynova Kəklik Kərəm qızından müştərək qaydada iddiaçının xeyrinə 006R000019030 saylı kredit razılaşması üzrə əsas borc kimi 14657.96 ABŞ dolları məbləğində kredit borcunun, hesablanmış faiz borcu kimi 12083.27 ABŞ dolları, cərimə borcu kimi 21003.75 ABŞ dolları olmaqla, 006KK**********01 saylı kredit razılaşması üzrə əsas borc kimi 1194.94 ABŞ dolları, hesablanmış faiz borcu kimi 244.51 ABŞ dolları, cərimə borcu kimi 1862.87 ABŞ dolları olmaqla, ümumilikdə 48139.90 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tələbin X2, Əhmədov Kərəm İmamverdi oğlunun birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsinə, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ümumilikdə cəmi 48139.90 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının, ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızından, Cavabdeh4 ümumi müştərək qaydada tutulması, X2, Əhmədov Kərəm İmamverdi oğlunun birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin əmlaka X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin torpaq sahəsi və evə istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, ipoteka predmetlərinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bundan sonra İddiaçı QSC iddia tələbinin azaldılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Hüseynova Kəklik Kərəm qızından müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06R000019030 saylı kredit razılaşması üzrə 8619.63 ABŞ dolları məbləğində kredit borcu, 6797.22 ABŞ dolları məbləğində faiz borcu və 9016.75 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 24433.60 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin X2 və Əhmədov Kərəm İmamverdi oğlunun birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və cəmi 24433.60 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2, Cavabdeh4, Hüseynova Kəklik Kərəm qızından ümumi müştərək qaydada tutulması, X2 və Cavabdeh2 birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin əmlaka X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, ipoteka predmetlərinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Əhmədov Kərəm İmamverdi oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 06L000004198 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Əhmədov Kərəm İmamverdi oğluna veriləcək məbləğ və müddət ayrıca olaraq xx.xx.2014-cü il tarixli 06R000019030 saylı kredit razılaşması əsasında müəyən olunmuşdur. Belə ki, kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Əhmədov Kərəm İmamverdi oğlu bağladığı xx.xx.2014-cü il tarixli 06R000019030 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladığı xx.xx.2015-ci il tarixli 06R000019030S saylı, xx.xx.2016-cı il tarixli 06R000019030SC saylı sazişlə razışmaya və ödəniş planına dəyişiklik edilmişdir. Əhmədov Kərəm İmamverdi oğlu kredit razılaşmasının tələbini pozmuş, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Əhmədov Kərəm İmamverdi oğlu götürdüyü kredit borcundan 5342.04 ABŞ dolları ödəmiş, onun banka 14657.96 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Əhmədov Kərəm İmamverdi oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1222 günə hesablanmış faiz borcu 11535.81 ABŞ dolları təşkil edir, lakin borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadığı üçün hər gecikdirilən günə kredit qalığının 0.5% məbləğində cərimə ödənilməlidir ki, xx.xx.2020-ci il tarixə 1222 gün üçün hesablanmış cərimə 18643.81 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Əhmədov Kərəm İmamverdi oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, plastik kart vasitəsi ilə 1200 (min iki yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Əhmədov Kərəm İmamverdi oğlu kart hesabı üzrə kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan 5.06 ABŞ dolları ödəniş etmiş, onun 1194.94 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kreditdən istifadə üçün ödənilməli olan faiz borcunu kreditora ödəməmiş və xx.xx.2021-ci il tarixə 1691 gün üçün onun 244.51 məbləğində faiz borcu qalmışdır. Kredit razılaşmasının 2.7bəndinə əsasən kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə gecikdirilmiş kredit üzrə illik 36 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. 14 mart 2021-ci il tarixə 1691 gün üçün əsas borc kimi 1194.94 ABŞ dolları, hesablanmış faiz borcu kimi, 244.51 ABŞ dolları, cərimə borcu kimi 1862.87 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası DİNnin BPQMİ-nin MAPS şöbəsindən xx.xx.2020-ci il tairixdə əldə edilmiş arayışda Əhmədov Kərəm İmamverdi oğlunun vəfat etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilən vəkil sorğusu nəticəsində xx.xx.2021-ci il tarixli **********87 saylı cavab məktubu ilə mərhum Əhmədov Kərəm İmamverdi oğluna məxsus əmlakın vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 və X2 adına qeydiyyata alındığı aşkar edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əhmədov Kərəm İmamverdi oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X4, Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızı və Cavabdeh4 ilə kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı QSC ilə Əhmədov Kərəm İmamverdi oğlu və X4 (ipoteka qoyan) arasında mülkiyyət hüququ ilə cavabdehə məxsus Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evi yüklü edilmiş və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışla Əhmədov Kərəm İmamverdi oğlunun və cavabdehlərdən X2 adına rəsmiləşdirilən Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 06M000001329 saylı ipoteka müqaviləsi bağlanmışdır. Əhmədov Kərəm İmamverdi oğlu və cavabdehlərdən Əhmədov Kərəm İmamverdi oğlu borcunun ödənilməsi ilə bağlı öhdəlik götürsə də, borcunu tam ödəməmişdir. X8 İmamverdi oğlu 08 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Buna görə də kreditor sözügedən iddia tələbi ilə məhkəmədə cavabdehlərə qarşı belə bir iddia qaldırmışdır.
15. Samux Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(058)-231/2023 nömrəli qətnaməsi (hakim Gündüz Şirinov) ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X1, Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızından və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 8619,63 ABŞ dolları, faiz borcu üzrə 6797,22 ABŞ dolları, cərimə 50 ABŞ dolları, cəmi 15466.85 ABŞ dolları, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulması, tutma öhdəliyin təmini kimi cavabdehlər X2 və Cavabdeh2 birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlak açıq hərracdan satılması, ilkin satış qiyməti 30000 (otuz min) manat dəyərində qiymətləndirilmiş Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 15466.85 ABŞ dolları, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı İddiaçı QSC-nə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi cavabdehlər X3 və Cavabdeh2 qaytarılması, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra həmin evdə qeydiyyatda olan X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadə hüquqları itirilmiş hesab edilməsi və Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər X1, Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızından, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE**********0002088501, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 385.1, 467 və 470.1-ci maddələrinə istinad etmiş, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53, 58.1, 58.2, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(058)-231/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mərhum Kərəm Əhmədov mütəmadi olaraq aylar üzrə üzərinə düşən ktedit müqaviləsinə əlavə edilmiş cədvəl üzrə aylıq kredit haqqını tam ödəmişdir. Respublikada gedən devolivasiya ilə əlaqədar manatın dollara nisbətdə ucuzlaşmışdır. Belə olan halda İddiaçı QSC mərhumdan dollarla kreditləri ödəməmi tələb etmişdir. Mərhum İddiaçı QSC-dən dollar almamış, bank ona Azərbaycan manatı ilə kredit vermişdir. Bu səbəbdən cədvəl üzrə ödəmələrdə gecikmələr olmuşdur. Mərhum bankdan götürdüyü krediti tam artıqlaması ilə ödəmişdir. Buna bamayaraq bank əsassız olaraq krediti dollarla hesablayaraq krediti 3-4 dəfə artıqlaması ilə tələb edir. Azərbaycan Respublikasının ərazisində pul vahidi manatdır, bütün alqı-satqı azərbaycan ərazisində manatla həyata keçirilir, belə olan halda İddiaçı QSC-i kredit borcunu hansı əsasla dollarla tələb edir. Onlar ödədiyi kreditlər üzrə qəbzləri özündə saxlayaraq məhkəməyə təqdim etmiş, lakin məhkəmə bu qəbzlərə heç bir əhəmiyyət verməmişdir. Ödədikləri 11.300 manat pulun talehi necə həll olunması barədə məhkəmə tərəfindən heç bir mülahizə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini əsasız hesab edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. İş üzrə cavabdehlər X4, Hüseynova Kəklik Kərəm qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
36. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
37. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
38. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
39. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
40. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
41. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
42. Maddə 59. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
55. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
58. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyator qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsindən narazıdır. İddianın rədd edilmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı Cavabdeh2 münasibətdə yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
60. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(058)-231/2023 nömrəli nömrəli qətnaməsi apellyatora münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, xx.xx.2013-cü il tarixli 06L000004198 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC Əhmədov Kərəm İmamverd oğluna 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh2, Hüseynova Kəklik Kərəm qızı, Cavabdeh4 və X4 ilə xx.xx.2013-cü il tarixli, 06S000008914 nömrəli, xx.xx.2014-cü il tarixli 06S000019580 nömrəli, xx.xx.2014-cü il tarixli 06S000019415 nömrəli və xx.xx.2015-ci il tarixli 006S**********01 nömrəli zaminlik müqavilələri bağlanmış, bununla da zaminlər borcalan ilə birlikdə bank qarşısında eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşlər. xx.xx.2014-cü il tarixli, 06R000019030 nömrəli kredit razılaşması ilə İddiaçı QSC 24 ay müddətinə illik 1.8333 faiz məzənnə ilə Əhmədov Kərəm İmamverdi oğluna əsas vəsaitin təmini üçün 20000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat olaraq, Əhmədov Kərəm İmamverdi oğlu və X2 mülkiyyətindəki Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 06M000001329 nömrəli ipoteka müqaviləsilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra tərəflərin imzaladığı xx.xx.2015-ci il tarixli 06R000019030S nömrəli, xx.xx.2016-cı il tarixli 06R000019030SC nömrəli sazişlə razışmaya və ödəniş planına dəyişiklik edilmişdir. Daha sonra X8 İmamverd oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 006KK**********01 nömrəli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, plastik kart vasitəsi ilə 1200 (min iki yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, borcalan kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və lazımınca üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Nəticədə borcalanın kreditora 8619.63 ABŞ dolları məbləğində kredit borcu, 6797.22 ABŞ dolları məbləğində faiz borcu və 9016.75 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 24433.60 ABŞ dolları məbləğində borcu yaranmışdır. Lakin, borcalan mərhum Əhmədov Kərəm İmamverdi oğlu 08 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə digər cavabdehlərə hazırki iddia tələbi ilə məhkəməyə müarciət etmişdir.
63. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehlərin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdır. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
64. Belə ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə bağlanmalı, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
65. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdehlər isə borclu statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
66. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca vaxtında icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Lakin, borcalan öldüyü üçün kredit müqaviləsi üzrə yaranmış borc zaminlərdən tələb edilir.
67. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
68. Məhkəmə Kollegiyası qeyd edir ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır. Eyni zamanda, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun zaminlərdən də tutulması əsaslıdır. Çünki, hər dörd zamin bank ilə bağladıqları zaminlik müqavilələrini könüllü olaraq imza etmiş və borcalan ilə birlikdə bank qarşısında eyni həcmdə məsuliyyət daşəmağı öz üzərlərinə götürmüşlər.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında olan hüquqi mövqeni xatırlatmağı zəruri hesab edir. Həmin Qərarda göstərilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
70. İşə əlavə edilmiş sənədlərdən görünür ki, borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/781 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlər X2, Cavabdeh2 Məmmədəli oğlunun, Cavabdeh4 və Hüseynova Kəklik Kərəm qızının kredit müqaviləsi üzrə iddia tələbinin azaldılmasına dair ərizənin tarixinə İddiaçı QSC-yə əsas kredit borcu üzrə 8619,63 ABŞ ABŞ dolları əsas, 6797,22 ABŞ dolları faiz manat borcu vardır.
71. Məhkəmə kollegiyası həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
72. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 06L000004198 nömrəli uzunmüddətli kredit müqaviləsi, həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2014-cü il tarixli, 06R000019030 nömrəli kredit razılaşmasının şərtləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd olunanlara görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmiş və borc məbləğini rəydə göstərilən həddə müəyyən etmişdir.
73. Məhkəmə kollegiyası eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslı hesab edir.
74. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Baxılan işdə tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Bundan başqa, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
75. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Həmçinin işin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmış, 50 ABŞ dolları məbləğində müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
76. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın cavabdehlər Cavabdeh2 və X2 birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi üçün əsasdır.
77. Çünki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
78. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.
79. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir.
80. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
81. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
82. Birinci instansiya məhkəməsi 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutulmasının da ipoteka predmetinə yönəldilməsində haqlı olmuşdur.
83. Belə ki, “İpoteka haqqında” Qanunun 4-cü maddəsində ipoteka ilə təmin edilən tələbin həcmi müəyyən edilərək göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərər, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil edilməklə tam həcmdə təmin edilir.
84. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur.
85. Həmçinin, “İpoteka haqqında” Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
86. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
87. İş materiallarında olan xx.xx.2022-ci il tarixli UNİ/Y 222-0222/22 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər Əhmədov Kərəm İmamverdi oğluna və X3 məxsus Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 35000 manat və likvid dəyəri 30000 manat təşkil edir.
88. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
89. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 38.2.2-ci maddəsindən görünür ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
90. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
91. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.
92. Həmin Qanunun 6-cı maddəsinə əsasən, qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.
93. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı “Azərbaycan Respublikasının Nazirlər Kabineti” müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəriciləri məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
94. Qeyd olunanlara əsasən, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə istinad edərək həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən digər sübutlarla paralel qiymətləndirib kollegiya belə qənaətə gəlir ki, həmin qiymətləndirmə rəyi əsas sübut növü kimi götürülməli və qiymətləndirilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə göstərilən məbləğdə müəyyən etməsi barədə gəldiyi nəticə əsaslıdır.
95. Həmçinin, kollegiya göstərir ki, ipoteka predmetinin satıldıqdan boşaldılmasının tələb edilməli olması da əsaslıdır.
96. Belə ki, “İpoteka haqqında” 59.3-cü maddəsində göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
97. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
98. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
99. Apellyasiya şikayətinin manatın devalvasiyası baş verdiyi, habelə maddi imkanının yaxşı olmaması və s. qeyd olunan digər hallar üçün ödənişləri etməməsi barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlil əsassızdır. Çünki, Mülki Məcəllənin 448.1ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar isə borclunun risk dairəsinə aid səbəblərdir.
100. Eyni zamanda, kollegiya həmin məsələyə aydınlıq gətirilməsi üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyini xatırlatmağı zəruri hesab edir.
101. Həmin qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 439.7-ci maddəsi o halları tənzimləyir ki, manatda olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz.
102. Hazırki halda kredit müqaviləsindən görünür ki, müqavilə ABŞ dolları ilə müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlərdən alınmalı olan tələb xarici valyuta ilə göstərilmişdir. Borc müqaviləsinin xarici valyuta ilə bağlanması, habelə cavabdehin ödəmə üzrə öhdəlik daşıması müqavilədə açıq-aydın ifadə olunmuş, cavabdeh də bu müqaviləyə imza etməklə həmin şərtləri qəbul etmişdir. Buna görə də apellyator borcun məhz xarici valyutada məbləğinə uyğun ödənilməsi üçün öhdəlik daşıyır.
103. Apellyasiya şikayətinin bank tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin nəzərə alınmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər də iş materialları ilə təsdiqini tapmır. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə edilmiş hər hansı bir ödəniş barədə sənəd (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəmələrə təqdim olunmamışdır.
104. Halbuki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Eyni zamanda kollegiya onu da qeyd edir ki, apellyator bankın kredit müqaviləsi üzrə ödənişlərin düzgün hesablanmamasını göstərsə də, bu nəticəyə hansı əsaslarla gəlməsini apellyasiya şikayətində yetərincə əsaslandıra bilməmişdir. Kollegiya xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, iddiaçın nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş hesabdan çıxarışlardan görünür ki, cavabdehlər tərəfindən edilmiş ödənişlər qeydiyyata alınmış və borcalanın borcunun hesablanması zamanı nəzərə alınmışdır.
105. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
106. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
108. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
109. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
110. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Samux Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(058)-231/2023 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.