Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2665/2023 21.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3919/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, BAL0833617/13 saylı müqaviləyə əsasən 461.35 manat əsas, 11.53 manat faiz borcu, xx.xx.2013-cü il tarixli, DK0569817/13 saylı müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz-komisyon haqqı borcu, xx.xx.2014-cü il tarixdə DK0569817/13 saylı müqavilə əsasında sms vasitəsilə bağlanmış LS0194317/14 saylı müqaviləyə əsasən 5628.13 manat əsas, 79.52 manat faiz borcu olmaqla, cəmi 6335.53 manat borcun və 84 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3919/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3919/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3919/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3919/2023 saylı qərardadına əsasən ərizə təmin edilməmiş, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-3919/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin İddiaçı ASC-yə münasibətdə bərpa olunmasından imtina edilmişdir. İddiaçı məhkəməyə şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-3919/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3919/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İş yükünün çoxluğu, məhkəmə proseslərinin çoxluğu və onların ölkənin müxtəlif rayon və şəhərlərində olmasını nəzərə alaraq qanunda nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti verə bilməmişlər. Yuxarıda qeyd edilən halları üzrlü hesab edilərək qətnamədən apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi üçün ərizənin təmin olunması barədə qərardad çıxarılmasını və mülki işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etsələr də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2(125)-3919/2023 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Məhkəmə, qərardadında ərizənin əsassız olmasını bildirərək ərizəni rədd etmiş, iş yükünün çoxluğunu, məhkəmə proseslərinin çoxluğunu üzrlü hesab kimi qəbul etməmişdir. Odur ki, məhkəmə qərardadı tamamilə əsassızdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3919/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, mülki prosessual qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, həmin qətnamədə ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə tam və aydın şəkildə göstərilmiş, lakin iddiaçı tərəfindən şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin dəlillərində iddiaçı tərəfindən şikayətin verilməsi müddətinin ötürülməsi mübahisələndirilmir, ərizə təqdim olunaraq müddətin ötürülməsinin üzrülü hesab edilməsi xahiş olunur və müddətinin ötürülməsinin iş yükünün çoxluğu ilə əlaqədar olması qeyd edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Təqdim olunmuş ərizədən göründüyü kimi iddiaçı tərəf buraxılmış müddətin üzürlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmiş və ərizə yalnız formal mülahizələrlə əsaslandırılmışdır. Digər tərəfdən cavabdehə münasibətdə iddiaçı hüquqi şəxsdir və ayrıca hüquq şöbəsi və buna səlahiyyətli olan işçiləri mövcuddur. Bu halda şikayətin qanunla müəyyən edilmiş 1 aydan sonra verilməsi qəbul edilən deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400 maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3919/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3919/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2(104)-2665/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2665/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver