Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-269/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (hüquqi varisi X9), Cavabdeh5 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin *5.*5.2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və X9 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddiaçı2 QSC ilə mərhum Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12* ay müddətinə 3**** ABŞ dollar məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur.
2. 2* dekabr 2*13-cü il tarixli 16L*****4876 nömrəli kredit xətti müqaviləsi üzrə *4 dekabr 2*14-cü il tarixdə bağlanmış *16R143385*223 saylı kredit razılaşmasına əsasən, İddiaçı2 QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq 2,25 faiz ödəmək şərti ilə 2**** ABŞ dolları məbləğində kredit verilmişdir.
3. İddiaçı2 QSC ilə Cavabdeh3 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli 16S*****81*2 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı2 QSC ilə Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli Kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün müqavilə» formasında bağlanacaq ayrıca razılaşma (bundan sonra – kredit razılaşması) üzrə Cavabdeh1 İddiaçı2 QSC qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 borclu ilə birlikdə Bank qarşısında tam məsuliyyəti öz öhdəsinə götürmüşdür. 4.İddiaçı2 QSC ilə Cavabdeh5 arasında bağlanmış *4 dekabr 2*14-cü il tarixli *16S******5234*2 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı2 QSC ilə Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün müqavilə» formasında bağlanacaq ayrıca razılaşma (bundan sonra – kredit razılaşması) üzrə Cavabdeh1 İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 borclu ilə birlikdə Bank qarşısında tam məsuliyyəti öz öhdəsinə götürmüşdür. 5.Cavabdeh1 21 yanvar 2*16-cı il tarixdə ölmüşdür.
6. Cavabdeh5 26 oktyabr 2*15-ci il tarixdə ölmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı2 QSC cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı iddia ərizəsi iləməhkəməyə müraciət edərək, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17458,32 ABŞ dolları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 2*42,63 ABŞ dolları məbləğində cərimə, cəmi 2*95*,96 ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 bankla bağlanmış kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməkdən yayınmış, dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.
9. İş materiallarına əlavə edilən maliyyə arayışına əsasən, Cavabdeh1 *4 dekabr 2*14-cü il tarixinə 17458,32 ABŞ dolları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 2*42,63 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2*95*,96 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. 1*. Qazax Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) *8 sentyabr 2*17-ci il tarixli, 2(*23)-13/2*17 nömrəli qərardadı ilə X11, X9 və X5 Cavabdeh1 hüquqi varisləri kimi tanınmışlar. Cavabdeh1 hüquqi varisi X9 cavabdeh qismində işdə iştiraka cəlb olunmuşdur. 11.Birinci instansiya məhkəməsinin *5 may 2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qərardadı ilə (hakim Nemət Musayev) iş üzrə Cavabdeh5 aid hissədə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir.
12. Qazax Rayon Məhkəməsinin *5.*5.2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və X2 müştərək qaydada 17458,32 ABŞ dolları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 42 ABŞ dolları məbləğində cərimə, cəmi 1895*,33 ABŞ dolları məbləğində kredit borcunun tutularaq, İddiaçı2 QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. 13.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına istinadən iddia edilən kredit borcu cavabdehlər X9 və zamin Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin tələblərinə görə onlar həmin borcun banka ödənilməsinə görə məsuliyyət daşıyırlar. 14.Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı isə qeyd etmişdir ki, tərtib edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 17458,32 ABŞ dolları məbləğinə mütənasib olmadığından 2*42,63 ABŞ dolları məbləğində cərimə pulunun 42 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. 15.Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385.1, 442, 443.1, 448.1, 449.4 və 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun *4 iyun 2*18-ci il tarixli qərarına istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
16. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və onun bağlanmış zaminlik müqaviləsinə xitam verilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 QSC ilə Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı2 QSC Cavabdeh1 12* ay müddətinə 3**** ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin müqavilə üzrə Cavabdeh1 öhdəliklərinə zamin dursa da, Cavabdeh1 ilə İddiaçı2 QSC arasında bağlanmış *4 dekabr 2*14-cü il tarixli, *16R143385*223 saylı kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinə zamin durmamışdır. Həmin müqavilə üzrə Cavabdeh1 İddiaçı2 QSC qarşısındakı öhdəliklərinə Cavabdeh5 olmuşdur.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2*22-ci il tarixli, 2(1*4)-2*65/2*22 nömrəli qətnaməsi ilə (hakimlər Ə.M.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Cavabdeh3 qarşı irəli sürülən tələbi təmin edərkən gəldiyi nəticə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun *4 iyun 2*18-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olmuşdur. 2*. Həmçinin cavabdeh X9 apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin *5.*5.2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş, həmin apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmiş, lakin Cavabdeh3 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2*22-ci il tarixli, 2(1*4)-2*65/2*22 nömrəli qətnaməsindən kassasiya şikayəti verməsi ilə bağlı həmin mülki iş apellyasiya baxışından çıxarılaraq, Ali məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.*2.2*23-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2*22-ci il tarixli, 2(1*4)-2*65/2*22 nömrəli qətnaməsi qismən ləğv edilərək, yeni apellyasiya baxışına qaytarılmış, 2(1*4)- 1318/2*23 saylı iş kimi başqa hakimin məruzəsinə verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12.*6.2*23-cü il tarixli qərardadı ilə 2(1*4)-1318/2*23 saylı iş ilə 2(1*4)-269 /2*23 saylı iş bir icraatda birləşdirilmiş və 2(1*4)-269/2*23 saylı mülki iş kimi qeydə alınmışdır. Kassasiya instansiya məhkəməsində icraat
21. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.*2.2*23-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.G.Nurməmmədov, hakimlər A.Q.Hüseynov və Ə.Z.Əliyevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2*22-ci il tarixli, 2(1*4)-2*65/2*22 nömrəli qətnaməsi qismən ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, 2* dekabr 2*13-cü il tarixli kredit xətti müqaviləsi üzrə *4 dekabr 2*14-cü il tarixdə bağlanmış Kredit razılaşmasına əsasən, İddiaçı2 QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq 2,25 faiz ödəmək şərti ilə 2**** ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 həmin kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyət barədə bankla ayrıca zaminlik müqaviləsi bağlamasa da, *4 dekabr 2*14-cü il tarixli Ödəniş planında kredit məbləğinin banka qaytarılmasına zamin durması barədə qeydiyyat apararaq imzalamışdır. Lakin 3* mart 2*15-ci il tarixdə *4 dekabr 2*14-cü il tarixli Kredit razılaşmasının yeni Ödəniş planı tərtib edilmiş, həmin plan bank və borcalan Nurəddin Sarıyev tərəfindən imzalanmış, zamin Ceyhun Sadıqov tanış edilməmiş və onun tərəfindən imzalanmamışdır. 3* mart 2*15-ci il tarixli Ödəniş planı nəzərdən keçirdikdə aydın olur ki, kreditin qaytarılma tarixi *4 dekabr 2*17-ci il tarixdən *4 mart 2*19-cu il tarixə kimi uzadılmış, ödəniləcək faiz borcunun məbləği 956*,*9 manatdan 11464,8 manata, cəmi borcun məbləği isə 2956*,*6 manatdan 3*538,*6 manat artırılmışdır. Göründüyü kimi yeni Ödəniş planı cavabdeh-zaminin məsuliyyətinin artmasına və uzun müddət ödəmələrin həyata keçirməli olduğu halda onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Lakin işə baxan məhkəmələr cavabdeh-zamin Cavabdeh3 qarşı iddianı təmin edərkən işin mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərilən hala diqqət yetirməmiş, 3* mart 2*15-ci il tarixli Ödəniş planına hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
24.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1* apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, 2* dekabr 2*13-cü il tarixli kredit xətti müqaviləsi üzrə *4 dekabr 2*14-cü il tarixdə bağlanmış Kredit razılaşmasına əsasən, İddiaçı2 QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq 2,25 faiz ödəmək şərti ilə 2**** ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 həmin kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyət barədə bankla ayrıca zaminlik müqaviləsi bağlamasa da, *4 dekabr 2*14-cü il tarixli Ödəniş planında kredit məbləğinin banka qaytarılmasına zamin durması barədə qeydiyyat apararaq imzalamışdır. 3* mart 2*15-ci il tarixdə *4 dekabr 2*14-cü il tarixli Kredit razılaşmasının yeni Ödəniş planı tərtib edilmiş, həmin plan bank və borcalan Nurəddin Sarıyev tərəfindən imzalansa da, lakin iddia tələbi *4 dekabr 2*14-cü il tarixdə bağlanmış Kredit razılaşmasına əsasən irəli sürülmüş və zaminə münasibətdə məsuliyyətin ağırlaşması halı baş verməmişdir. Ona görə də, apellyasiya şikayətlərinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin *5.*5.2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Cavabdeh1 hüquqi varisi X6 və Cavabdeh3 işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 hüquqi varisi X6 və Cavabdeh3 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdehlər məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh1 hüquqi varisi X3 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 47*.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinin tələbinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə görə, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. 13*6.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 13*6.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun *4 iyun 2*18-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 13*6-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47*, 472-ci, eləcə də 1146, 1255 və 13*6-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
2. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.
3. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
27.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə 1*3.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri:
28. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 3*. Cavabdeh X9 apellyasiya şikayətində Qazax Rayon Məhkəməsinin *5.*5.2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini, Cavabdeh3 isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Göründüyü kimi, apellyasiya şikayətləri qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 31.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin *5.*5.2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
32. İş materiallarından görünür ki, İddiaçı2 QSC ilə mərhum Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12* ay müddətinə 3**** ABŞ dollar məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Belə ki, 2* dekabr 2*13-cü il tarixli 16L*****4876 nömrəli kredit xətti müqaviləsi üzrə *4 dekabr 2*14-cü il tarixdə bağlanmış *16R143385*223 saylı kredit razılaşmasına əsasən, İddiaçı2 QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq 2,25 faiz ödəmək şərti ilə 2**** ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı2 QSC ilə Cavabdeh3 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli 16S*****81*2 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 İddiaçı2 QSC ilə Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli Kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün müqavilə» formasında bağlanacaq ayrıca razılaşma (bundan sonra – kredit razılaşması) üzrə Cavabdeh1 İddiaçı2 QSC qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank qarşısında tam məsuliyyəti öz öhdəsinə götürmüşdür.Cavabdeh3 *4 dekabr 2*14-cü il tarixli Ödəniş planında kredit məbləğinin banka qaytarılmasına zamin duraraq, “ Mən Cavabdeh3 ödəniş planı ilə tanış oldum və bu məbləğə zamin durmağa razıyam. *4.12.14” yazaraq, imzalamışdır. 33.İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 *4 dekabr 2*14-cü il tarixinə 17458,32 ABŞ dolları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 2*42,63 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2*95*,96 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır.
34. Məhkəmə kollegiyası ilk öncə, Cavabdeh1 münasibətdə qeyd edir ki, Cavabdeh1 vəfat etdiyindən və 17 mart 2*18-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 Nürəddin Bəhlul oğlunun hüquqi varisi kimi işə cəlb edildiyindən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun *4 iyun 2*18-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 13*6-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən, o, borclunun ölümündən sonra, ilk növbədə, ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyır. Ona görə də, iddia tələbi ona münasibətdə ona çatan miras payı həcmində təmin edilməlidir.
35. Məhkəmə kollegiyası cavabdeh-zamin Cavabdeh3 münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.*2.2*23-cü il tarixli qərarında ifadə edilmiş göstərişlərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, müəyyən etmişdir ki, hazırkı iddia tələbi onun məsuliyyətinin artmasına və uzun müddət ödəmələrin həyata keçirməli olduğu üçün əlverişsiz nəticələrə səbəb olmuş 3* mart 2*15-ci il tarixli Ödəniş planına əsasən yox, özünün İddiaçı2 QSC ilə bağladığı 2* dekabr 2*13-cü il tarixli 16S*****81*2 nömrəli zaminlik müqaviləsinə əsasən və *4 dekabr 2*14-cü il tarixli Ödəniş planına uyğun olaraq irəli sürülmüşdür ki, (“Mən Cavabdeh3 ödəniş planı ilə tanış oldum və bu məbləğə zamin durmağa razıyam. *4.12.14” yazaraq, imzalamışdır.) bu halda, sonrakı 3* mart 2*15-ci il tarixli Ödəniş planında nəzərdə tutulmuş şərtlərin tədqiq edilməsinə zərurət yaranmır.Belə ki, ona qarşı iddia tələbi razılaşdığı aylıq faiz dərəcəsi 2.25 % ilə irəli sürülmüşdür. Kollegiya onu da qeyd edir ki, 3* mart 2*15-ci il tarixli kredit razılaşmasına görə, məsuliyyətin ağırlaşması *4.*4.2*16-cı il tarixdən başlamış, iddia tələbi isə *4 dekabr 2*14cü il tarixli kredit razılaşmasına əsasən 21.*4.2*16-cı il tarixinədək yaranmış borc məbləği üzrə irəli sürülmüşdür. 36.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun *4 iyun 2*18-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 13*6-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. 37.Məhkəmə kollegiyası hesab edir ki, borcluların əsas və faiz borcunu ödəmək iqtidarında olmaması və yüksək dəbbə pulunun onların əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını nəzərə alaraq, cavabdehdən 42 ABŞ dolları məbləğində cərimə tutulması qanuni və əsaslıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin *5.*5.2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 17458,32 ABŞ dolları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 42 ABŞ dolları məbləğində cərimə, cəmi 1895*,33 ABŞ dolları məbləğində kredit borcu cavabdeh X2 ona çatan miras payı həcmində, qalan məbləğ isə Cavabdeh3 tutulmaqla İddiaçı2 QSC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır.
39. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 4*2-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin *5.*5.2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 17458,32 ABŞ dolları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 42 ABŞ dolları məbləğində cərimə, cəmi 1895*,33 ABŞ dolları məbləğində kredit borcu cavabdeh X2 ona çatan miras payı həcmində, qalan məbləğ isə Cavabdeh3 tutularaq, İddiaçı2 QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.