Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2728/2023 05.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiаçı İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: “alimentin artırılması” və “alimentin azaldılması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İlk iddia üzrə iddiаçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlk iddia üzrə iddiаçı İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən aylıq alimentin miqdarının artırılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən aylıq alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023cü il tarixli, 2(021)-2788/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
2. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2015-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
3. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Sadıqov, qadına Mustafabəyli soyadı verilmişdir.
4. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İİ 343613 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 arasında xx.xx.2019cu il tarixdə rəsmi nikah bağlanmışdır.
5. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İV 375548 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X6r.
6. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X6r.
7. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh işəgötürən X20 tərəfindən fəhlə vəzifəsinə işə qəbul edilmiş və aylıq əmək haqqı vaxtamuzd olmaqla 345 manat məbləğində müəyyən edilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Qarabağ regional filialı tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli 3-17-1/2-116827/2023 saylı cavabdan görünür ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
9. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2165/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29021)- 1056/2022 nömrəli qətnaməsi ilə (Hakim M.Allahverdiyev) Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2018/2018 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir).
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ********** nömrəli xx.xx.2023-cü il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı X7 filialında işaxtaran kimi qeydiyyatdadır. Bərdə rayon X8 X18 Şöbəsi tərəfindən verilmiş 1182 nömrəli rentgenoqramdan görünür ki, X4 onurğanın ön profeksiyadan riqrafiyasının zamanı döş fəqərələrində skalioz əlamətləri müşahidə edilmişdir.
11. İş materiallarında olan Bərdə rayon X8 X18 Şöbəsi tərəfindən verilmiş 1183 nömrəli rentgenoqramdan görünür ki, X5 onurğanın ön profeksiyadan riqrafiyasının zamanı döş fəqərələrində skalioz əlamətləri müşahidə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı iki uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında təyin edilən hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xаhiş etmişdir.
13. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdular. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəlüdlü X10 adlı iki övladları doğulmuşdur. Ər-arvad kimi mehriban yaşasalar da, aralarında olan problemlər səbəbindən Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2018/2018 nömrəli qətnaməsi əsasında rəsmi nikahları pozulmuş və birgə nikahdan olan iki övladı onun himayəsində qalmaqla birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Sonradan Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29021)-1056/2022 nömrəli qətnaməsi ilə (Hakim M.Allahverdiyev) Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2018/2018 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə razı olmadığı üçün Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. X15 Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edir ki, övladının bütün maddi və mənəvi ehtiyaclarını o ödəyir. Övladı böyüdüyü üçün onun gündəlik ehtiyaclarını ödəyə bilmir. Maddi imkanı çox pisdir. Güclə dolanır. Heç bir yerdə işləmir. Heç kimsədən maddi və mənəvi köməyi yoxdur. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə yardım göstərmir, hətta uşaqla maraqlanmır. Cavabdeh tərəfindən onun xeyrinə ödənilən aliment pulu uşaqların saxlanmasına, onların tələbatlarının ödənilməsinə çatmır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı iki uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilən hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməlidir.
14. Bundаn sonra ilk iddiа üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 220 manat sabit pul məbləğində alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsinə və Bərdə rayon məhkəməsinnin 19 aprel 2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsinin dəyişdirilməsinə, yəni qətnamə qəbul edərək hər ay hər uşağın saxlanılması üçün 130 manat alimentin azaldılaraq hər uşaq üçün 100 manata endirilməsinə, onun qarşırıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir.
15. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə yaşayış dövründə xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı 2(iki) övladları doğulmuşdur. İddiaçı ilə ailə münasibətləri pozulduğundan ayrılmaq məcburiyyətində qalmış, iki azyaşlı övladları anasının himayəsində qalmışdır. Bərdə rayon Məhkəməsinin 24 İyul 2018-ci il tarixli 2(021)- 2018/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, iki uşağın saxlanması üçün ondan hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq sabiq həyat yoldaşı İddiaçı xeyrinə verilməsi qǝt edilmişdir. İddiaçı Mustafabǝyli Sevinc Cabir qızı alimentin artırılması üçün 2022-ci ildə il tarixdə Bərdə rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə xx.xx.2022-ci il tarixli, 2(021)- 1056/2022 saylı qətnamə qəbul edərək hər ay hər uşağın saxlanılması üçün 130 manat, yəni cəmi hər ay 260 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Həmin alimenti maddi çətinliyi olsa da, mütəmadi olaraq vaxtlıvaxtında ödəmişdir. Alimentin kəsilməsindən qısa vaxt keçməsinə baxmayaraq, İddiaçı bununla qane olmamış, 220 manat sabit pul məbləğində aliment kəsilməsi üçün Bərdə rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddia ərizəsi Bərdə rayon Məhkəməsinin icraatındadır. Qeyd edilən iddia ərizəsi, yəni ondan tələb edilən 220 manat məbləğində aliment tələbi ədalətsizlikdir, ondan qisas almaq məqsədi daşıyır. 2010-cu ildə İddiaçı ilə ailə həyatı qurmuş, aralarında əvvəllər heç bir narazıçılıq olmamış, mehriban yaşamışlar. Onlar həm həmkəndilidirlər, həm də qohumluq əlaqələri vardır. Valideynlərinin isə bir-birləri ilə dostluq əlaqələri vardır. Həyat yoldaşı Sevincin valideynləri ailələrinə müdaxilə etmiş, bu müdaxilə onların ailələrinin dağılmasına gətirib çıxarmışdır. Belə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçı X1 alimentin artırılması tələbinə dair iddia ərizəsi rədd edilməli, onun isə qarşılıqlı iddia ərizəsi təmin edilməlidir: 1) İddiaçı Cavabdeh 2-ci dəfə Sadıqova (Valiyeva) Gülnar Tahir qızı adlı şəxslə ailə həyatı qurmuş, xx.xx.2019cu ildə nikahları rəsmən qeydiyyata alınmış, ikinci həyat yoldaşından da xx.xx.2019-cu il təvəllüdlü X19 və xx.xx.2022-ci il təvəllüdlü X13 adlı iki övladları doğulmuşdur. Bərdə rayonunda "Yağ sexində fəhlə işləyir, aylıq qazancı 345 manatdır. Əsas əmək müqaviləsinin bağlanılmasına dair xx.xx.2023-cü il tarixli bildiriş Bərdə rayon məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(021)-1056/2022 nömrəli qüvvədə olmuş qətnaməsinə əsasən 345 manat əmək haqqının 260 manatını 1-ci həyat yoldaşı İddiaçı doğulmuş uşaqların saxlanılması üçün ödəyir, həmin əmək haqqından 85 (345-260-85) manat qalır ki, həmin pul isə 2-ci həyat yoldaşı Gülnar Sadiqovadan doğulmuş iki uşağın saxlanılmasına yetərli deyildir. Əgər valideynlərinin pensiyası olmasa, maddi durumu çox ağır olar, yəni 4 baş ailəsi aclıqla üzləşmiş olar. 3)Belə hesab edir ki, iddiaçı birinci həyat yoldaşı İddiaçı maddi durumu ona nisbətən daha qənaətvericidir. Belə ki, İddiaçı har ay 260 manat aliment alır, Bərdə şəhəri "Məhəmmədoğlular” adına Ticarət Mərkəzində satıcı işləyir, kifayət qədər maaş alır, bundan əlavə "Ünvanlı dövlət sosisal yardım təyin edilmişdir ki, bundan Sevinc də yararlanır.
16. Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(021)-2788/2023 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiаçı İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində müəyyən edilmiş və artırılmış məbləğin qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn hesablanaraq cаvаbdeh Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 56 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ilk iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ilkin iddia üzrə İddiaçı ondan 220 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsinə” dair qarşılıqlı iddiа ərizəsinin təmin edilməməsi, Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(021)- 2788/2023 saylı qətnaməsinin ilk iddia tələbinə dair hissədə ləğv edilməsinə və iddia tələbinin qarşılıqlı iddia tələbinə dair hissəsində təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X17 Qanuna əsasən ölkə üzrə 2023-cü il üçün bir uşağın saxlanma xərci 220 manat müəyyən edilməsi o demək deyil ki, tək bir valideyindən 220 manat aliment tutulmalıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərildiyi kimi valideynlər (yəni hər iki valideyn) uşaqlarını saxlamağa borcludurlar. Buradan da belə aydın olur ki, hər bir valideyinin üzərinə 110 manat miqdarında uşağı saxlamaq üçün xərc düşür. İddiaçı ilə birgə nikahlarından iki övladı xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Belə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçı X1 alimentin artırılması tələbinə dair iddia ərizəsi rədd edilməli, onun isə qarşılıqlı iddia ərizəsi təmin edilməlidir: Bildirirmişdir ki, 2-ci dəfə Sadıqova (Valiyeva) Gülnar Tahir qızı adlı şəxslə ailə həyatı qurmuş, xx.xx.2019-cu ildə nikahları rəsmən qeydiyyata alınmış, ikinci həyat yoldaşından da xx.xx.2019-cu il təvəllüdlü X19 və xx.xx.2022-ci il təvəllüdlü X13 adlı iki övladları doğulmuşdur. Bərdə rayonunda "Yağ sexində fəhlə işləyir, aylıq qazancı 345 manatdır. Əsas əmək müqaviləsinin bağlanılmasına dair xx.xx.2023-cü il tarixli bildiriş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(021)-1056/2022 nömrəli qüvvədə olmuş qətnaməsinə əsasən 345 manat əmək haqqının 260 manatını 1-ci həyat yoldaşı İddiaçı doğulmuş uşaqların saxlanılması üçün ödəyir, həmin əmək haqqından 85 (345-260-85) manat qalır ki, həmin pul isə 2-ci həyat yoldaşı Gülnar Sadiqovadan doğulmuş iki uşağın saxlanılmasına yetərli deyildir. Əgər valideynlərinin pensiyası olmasa, maddi durumu çox ağır olar, yəni 4 baş ailəsi aclıqla üzləşmiş olar. Belə hesab edir ki, iddiaçı birinci həyat yoldaşı İddiaçı maddi durumu ona nisbətən daha qənaətvericidir. Belə ki, İddiaçı har ay 260 manat aliment alır, Bərdə şəhəri "Məhəmmədoğlular” adına Ticarət Mərkəzində satıcı işləyir, kifayət qədər maaş alır, bundan əlavə "Ünvanlı dövlət sosisal yardım təyin edilmişdir ki, bundan Sevinc də yararlanır. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh işəgötürən X20 tərəfindən fəhlə vəzifəsinə işə qəbul edilmiş və aylıq əmək haqqı vaxtamuzd olmaqla 345 manat məbləğində müəyyən edilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Qarabağ regional filialı tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli 3-17-1/2- 116827/2023 saylı cavabdan görünür ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Qeyd etmişdir ki qət edilmiş əvvəlki alimenti güc-bəla ilə ödəyir. Şərh olunanlardan görünür ki, hazırki qətnamə ilə ondan tutulacaq aliment məbləğini ödməyə maddi imkanı yoxdur. Sadalananlara əhəmiyyət verməyən işə baxan məhkəmə onun maddi və sosial vəziyyətimi nəzərə almayaraq, maddi cəhətdən ağır vəziyyətə düşıməsinə səbəb olan qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsfir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, rəsmi iş yeri var, aylıq əmək haqqı 345 manatdır. Həmçinin evdə 76 yaşında qoca atası var, yeni ailə qurmuş və ikinci ailəsindən 2 azyaşlı uşaqları var. Uşaqlardan biri yanmış və hazırda xəstəxanada müalicə alır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, iddiaçı da işləmir, şəhərdə kirayədə yaşayır. O, ayda 130 manat alimenti ödəməyə çətinlik çəkir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiаçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, uşaqların ikisi də məktəblidir, xəstədirlər, ciddi müalicəyə ehtiyacları vardır. İki qız uşağını evdə tək qoyub işləyə bilmir. Ailəsi, atası da ona kömək etmələrinə baxmayaraq yenə uşaqaların ehtiyaclarını ödəyə bilmir. Sonda şikayətin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(021)-2788/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
23. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
24. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər
25. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
26. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:
27. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
28. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
29. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.
30. “Azərbaycan Respublikasında 2023-cü il üçün X17” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.
37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.
43. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
44. Mülki işin materiallarında olan sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı iki uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilən hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğinin alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Daha sonra ilk iddiа üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 220 manat sabit pul məbləğində alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsinə və Bərdə rayon məhkəməsinnin 19 aprel 2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsinin dəyişdirilməsinə, yəni qətnamə qəbul edərək hər ay hər uşağın saxlanılması üçün 130 manat alimentin azaldılaraq hər uşaq üçün 100 manata endirilməsinə, onun qarşırıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə uşaqların saxlanması ilə minimum xərclərin artmasını və yaşayış minimumunun artmasını, habelə cavabdehin maddi imkanlarını və uşaqlar üzrə xərclərin hər il artdığını nəzərə alaraq hesаb etmişdir ki, ilk iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində müəyyən edilməli və qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdehdən alimentin tutulmasına başlanmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, valideynlər uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas meyar olaraq qəbul etməlidirlər. Buna görə uşaqların əvvəlki təminatının səviyyəsi və dolayısı ilə aliment məbləği aşağı salına bilməz. Çünki, uşaqların yaşı artdıqca onların xərcləri də artır. Belə olan halda qarşılıqlı iddia əsassızdır.
45. Cavabdeh isə maddi durumunun zəif olduğunu, ikinci dəfə ailə qurduğunu və həmin evlilikdən 2 uşağının olduğunu, uşaqlardan birinin yanaraq xəstəxanada müalicə aldığını qeyd edərək, qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
46. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. İş materiallarından müəyyən olunur ki, cavabdehin əlilliyi yoxdur, o əmək qabiliyyətlidir. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə bir uşağın saxlanması üçün 150 manat məbləğində, yəni, uşağın aylıq minimum tələbatı olan 220 manat məbləğindən 70 manat daha aşağı məbləğdə aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış və uşağın aylıq minimum tələbatından daha aşağı olan məbləğdə aliment təyin etmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün sadıqv Orxan İsa oğlundan hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da azaldılması üçün əsas hesab edilə bilməz.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-89/2023 saylı mülki iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (300-260)=40 manat aylıq alimentin bir illik məcmusu (40 manat x 12ay)=480 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2788/2023 saylı mülki iş üzrə 21 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.