Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2731/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-74/2018 saylı mülki iş üzrə 13 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5307.69 ABŞ dolları əsas borcun, 1805.22 ABŞ dolları faiz borcunun və 1313.90 ABŞ dolları cərimə borcunun, cəmi 8426.81 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-74/2018 saylı mülki iş üzrə 28 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 5307,69 ABŞ dolları əsas, 1796,62 ABŞ dolları faiz, 13,0 ABŞ dolları cərimə, cəmi 7117,31 ABŞ dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 16,90 (on altı manat doxsan qəpik) manat tutularaq iddiaçı Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 28 sentyabr 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinin 2(023)- 74/2018 saylı mülki iş üzrə 28 iyun 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin tarixdə müddətin bərpasına dair ərizə ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(023)-74/2018 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini mümkün hesab edilməsi ilə bağlı və ötürülmüş müddətin üzürlü hesab edilməsi ilə bağlı poçt xəbərnaməsindəki imzanın və yazının ona məxsus olubolması öryənmək üçün müvafiq xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(023)-74/2018 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(023)-74/2018 nömrəli qətnaməsindən Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh1 24 oktyabr 2023-cü il tarixdə şikayətlə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(023)-74/2018 nömrəli qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Qazax Rayon Məhkəməsinin 2(023)-74/2018 saylı mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə, Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(023)- 74/2018 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə şifahi məhkəmə icraatında baxılması qərara alınmışdır. Məhkəmədə Cavabdeh1 iştirak etmiş və qətnamənin ona 26 yanvar 2022-ci il tarixədək rəsmi qaydada çatdırıldığını, qətnamənin icrası ilə bağlı 26 yanvar 2022-ci il tarixdə Qazax Rayon icra və probasiya şöbəsinə çağırıldığını, həmin tarixdə izahat verdiyini və qətnaməni icra edəcəyini bildirdiyini etiraf etmişdir. Bununla yanaşı Cavabdeh1 qız izahatında qeyd etmişdir ki, həmin kredit müqaviləsi bağlanarkən o bir neçə qızıl əşyasını kreditin təminatı kimi Banka girov qoymuşdur. Hazırda şikayət etməkdə məqsədi həmin qızıl əşyalarının onun özünə qaytarılmasına nail olmaqdır. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi və şikayətçi Cavabdeh1 dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-74/2018 saylı mülki iş üzrə 13 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-cи maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda adıçəkilən prosessual normaların tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəf 1 ay müddətində şikayət verə bilər. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 03 iyul 2018-ci-ci il tarixdə şəxsən xəbərnaməyə imza etməklə götürmüşdür. Bundan başqa iş materialları və Cavabdeh1 özünün izahatı ilə də müəyyən olunur ki, Cavabdeh1 qətnamənin icrası ilə bağlı 26 yanvar 2022-ci il tarixdə Qazax Rayon icra və probasiya şöbəsinə çağırılmış, həmin tarixdə izahat verərək qətnaməni icra edəcəyini bildirmişdir. Cavabdeh tərəfindən isə qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində qətnamədən apellyasiya şikayəti verilməmiş və müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə hər hansı bir mötəbər sübut növü ərizəyə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-74/2018 saylı mülki iş üzrə 13 oktyabr 2023-cü il tarixli qərardadı işin hallarına uyğundur. Qərardad qəbul edilərkən prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-74/2018 saylı mülki iş üzrə 13 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2731/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2731/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver