Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2747/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-585/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-585/2023 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsassız varlanmaya görə 3590 (üç min beş yüz doxsan) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbinin təmin edildiyi hissədə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55.9 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 585/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsininin ləğv edilərək, iddia tələbinin rədd olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Alırza oğlundan 12000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və həyat yoldaşı X4 barəsində Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə cinayət işi olmuşdur (cinayət işi nörməsi: 2********). Həmin cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərara əsasən, o, X10 və qeyriləri tərəfındən həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh Alırza oğluna məxsus, dəyəri 1750 manat olan bir baş erkək cinsli, 2 illik, sağlam diri çəkisi 350 kq olan dana, dəyəri 1750 manat olan bir baş erkək cinsli, 2 illik, sağlam diri çəkisi 350 kq olan dana, dəyəri 1800 manat olan bir baş dişi cinsli, 3 illik, sağlam diri çəkisi 360 kq olan düyə, dəyəri 1850 manat olan bir baş 5 illik, üç bala doğmuş, 4 aylıq boğaz, diri çəkisi 37 kq olan inək, ümumi dəyəri 7150 manat olan 4 baş iribuynuzlu mal-qarasını, 02 iyun 2020-ci il tarixdə isə əlavə olaraq 7 baş xırdabuynuzlu heyvanları özbaşına sürüdən ayrılmaqla yaxınlıqdakı özünə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə salaraq özününküləşdirməklə özbaşnalıq faktına görə barələrində CM-in 322.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Zərərçəkmiş şəxs Cavabdeh Alırza oğluna məxsus olan 4 baş iribuynuzlu mal-qarası və 7 baş xırdabuynuzlu heyvanları X11 olmasına baxmayaraq onu aldanaraq Cavabdeh Alırza oğluna dəymiş maddi ziyan olaraq 12000 (on iki min) manat pul vermişdir. Bu barədə qəbzi ərizəyə əlavə etmişdir. Onun Cavabdeh Alırza oğluna 12000 manat pul verməyi yuxarıda qeyd edilən cinayət işi üzrə Cavabdeh Alırza oğlunun zərər çəkmiş kimi verdiyi xx.xx.2021-ci il tarixli ifadə ilə də öz təsdiqini tapır. Belə ki, həmin cinayət işinin materiallarında olan Cavabdeh Alırza oğlunun verdiyi xx.xx.2021-ci il tarixli ifadədən görünür ki, onun tərəfindən həqiqətən ona 12000 manat verildiyini bildirmişdir. Məhz Cavabdeh Alırza oğluna dəymiş maddi ziyan ona məxsus iribuynuzlu və xırda buynuzlu heyvanlar X11 olmasına baxmayaraq heç bir əsas olmadan həmin ziyan onun tərəfindən ödənildiyinə görə həmin cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla onun və X4 barəsində Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Lakin Cavabdeh Alırza oğluna məxsus iribuynuzlu və xırda buynuzlu heyvanları X11 qalmasına baxmayaraq, ona heç bir əsas olmadan 12000 manat pul ödəmişdir. Bununla da Cavabdeh Alırza oğlu 12000 manat həddində əsassız olaraq varlanmışdır. Dəfələrlə ondan pulu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Sübutlar düzgün qiymətləndirilməmiş və maddi hüquq normaları pozulmuşdur. Həmçinin hazırkı işə ədalətli və qanuna müvafiq baxılmamışdır. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-585/2023 saylı qətnaməsində onun 4 baş iri buynuzlu və 7 baş xırda buynuzlu heyvanlar aparılması göstərilmişdir, halbuki həmin qətnamədə iş materialların elanında qeyd olunmuş xx.xx.2021-ci il tarixli qəbzdə “4 baş iri buynuzlu və 48 baş xırda buynuzlu heyvanların əvəzi olaraq 12000 manat pulun ödənildiyi qeyd olunmuşdur. Həmçinin həmin tarixdə xırdabuynuzlu heyvan ətinin bir kilosunun qiyməti 12-13 manat təşkil etmişdir. Lakin məhkəmə ətin qiymətindən aşağı qiymətlə hesablamışdır. Hesab edir ki, işin faktiki hallarında qeyd olunan hallar və iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş 12000 manat məbləğində pul ona vurulmuş ziyanın qarşılığında verilmişdir. O vurulmuş ziyan ödənildiyinə görə onlarla barışması və heç bir şikayətinin olmaması barədə ərizə vermiş və onların barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş, tərəflər arasında imzalanmış 01 mart 2021-ci il tarixli qəbzin surətindən görünür ki, 2020-ci ilin iyun ayında ona (Cavabdeh) məxsus 4 baş dana və 48 baş qoyunun X17, X15, X7, X12, X13, X10 və İddiaçı tərəfindən özbaşınalıqla ələ keçirilməsi ilə əlaqədar olaraq ona dəymiş maddi ziyan, yəni 12000 manat pul İddiaçı tərəfindən ödənilmişdir və 12000 manat pulu təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2023-cü ilk tarixli, 161 saylı arayışdan görünür ki, xırdabuynuzlu heyvan ətinin qiyməti 2020-ci ildə 12 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2023-cü ilk tarixli, 162 saylı arayışdan görünür ki, xırdabuynuzlu heyvan ətinin qiyməti 2020-ci ildə 10 manat təşkil etmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi materiallarından çıxarışdan görünür ki, X1 Valeh Alirza oğlu ilə şifahi razılıqlarına əsasən sonuncunun qoyun sürüsünü otarmışdır. 01 iyun 2020-ci il tarixdə S.Novruzov heyvanları “Ceyran çöl” qışlağından yaylağa gətirmək üçün Günəşli kəndinə gətirmiş və həmin gün Cavabdeh S.Novruzova çıxıb getməsini demişdir. S.Novruzov özünə məxsus heyvanları seçib aparmaq istəyən zaman Cavabdeh S.Novruzova ona borcunun olduğunu, borcunu verdikdən sonra heyvanlarını apara biləciyini bildirmiş və heyvanları S.Novruzova verməmişdir. Cavabdeh S.Novruzovun 5 baş iri-buynuzlu mal-qarasından 2 baş heyvanı sonuncuya vermiş, lakin qalan 3 baş iribuynuzlu heyvanı və 41 baş xırda buynuzlu heyvanı verməmişdir. Ona görə də, onlar S.Novruzovun Cavabdeh qalan heyvanlarını özləri seçib almaq qənaətinə gəlmiş və 02 iyun 2020-ci il tarixdə İddiaçı, X7, X8, X15, X10 və X17 müxtəlif vaxtlarda ümumilikdə Cavabdeh heyvanlarından 4 baş iribuynuzlu və 48 baş xırda buynuzulu heyvanı seçərək X5 məxsus tövləyə salmışdır. Qasımov X16 rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus heyvanların özbaşına olaraq ələ keçirildiyini bildirmiş və həmin hadisə ilə bağlı İddiaçı, X2, X3, X6, X14 və X4 əməlində Azərbycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələrinin tərkibinin olub-olmaması barədə araşdırma aparılmışdır. İbtidai İstintaq zamanı qəbul edilmiş 05 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən X4 və İddiaçı hərəkətlərində CM-nin 181.2.1, 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş soyğunçuluq cinayətinin tərkibi olmadığından barələrində həmin maddə ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən müvafiq materiallar ayrılaraq saxlanılması üçün Gədəbəy rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Eləcə də, 20 mart 2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərara əsasən, X2, X3, X6 və X14 əməllərində CM-nin 180.2.1 və 180.2.5-ci maddələrinin tərkibi olmadığından onlara həmin maddələrlə ittiham verilməməsi və cinayət işi üzrə icraata xitam verilməsi qərar alınmışdır. 20 mart 2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh məxsus 4 baş inəyin və 7 baş xırda buynuzlu heyvanların özbaşınalıqla ələ keçirilməsinə görə Namiq Tağıyevə ittiham elan olunmuş, bundan başqa Namiq Tağıyevin qeyri rəsmi ailə münasibətlərində olduğu Elnurə Tağıyeva 4 baş iribuynuzlu və 7 baş xırda buynuzlu heyvanlara görə Cavabdeh dəymiş ziyanı tam şəkildə ödədiyi, 41 baş xırdabuynuzlu heyvanın isə Sənan Novruzova məxsus olduğu qeyd edilmişdir. İbtidai istintaq zamanı Cavabdeh məxsus 4 baş iribuynuzlu heyvanın dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən həmin heyvanların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 7150 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının və həyat yoldaşı X4 barəsində Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə cinayət işi olmuşdur (cinayət işi nörməsi: 2********). Həmin cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərara əsasən, o, X10 və qeyriləri tərəfındən həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh Alırza oğluna məxsus, dəyəri 1750 manat olan bir baş erkək cinsli, 2 illik, sağlam diri çəkisi 350 kq olan dana, dəyəri 1750 manat olan bir baş erkək cinsli, 2 illik, sağlam diri çəkisi 350 kq olan dana, dəyəri 1800 manat olan bir baş dişi cinsli, 3 illik, sağlam diri çəkisi 360 kq olan düyə, dəyəri 1850 manat olan bir baş 5 illik, üç bala doğmuş, 4 aylıq boğaz, diri çəkisi 37 kq olan inək, ümumi dəyəri 7150 manat olan 4 baş iribuynuzlu mal-qarasını, 02 iyun 2020ci il tarixdə isə əlavə olaraq 7 baş xırdabuynuzlu heyvanları özbaşına sürüdən ayrılmaqla yaxınlıqdakı özünə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə salaraq özününküləşdirməklə özbaşnalıq faktına görə barələrində CM-in 322.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Zərərçəkmiş şəxs Cavabdeh Alırza oğluna məxsus olan 4 baş iribuynuzlu mal-qarası və 7 baş xırdabuynuzlu heyvanları X11 olmasına baxmayaraq onu aldadaraq Cavabdeh Alırza oğluna dəymiş maddi ziyan olaraq 12000 (on iki min) manat pul vermişdir. Bu barədə qəbzi ərizəyə əlavə etmişdir. Onun Cavabdeh Alırza oğluna 12000 manat pul verməyi yuxarıda qeyd edilən cinayət işi üzrə Cavabdeh Alırza oğlunun zərər çəkmiş kimi verdiyi xx.xx.2021-ci il tarixli ifadə ilə də öz təsdiqini tapır. Halbuki, iddiaçının cavabdehə məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanların dəyəri ümumilikdə 8410 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, ibtidai istintaq orqanın qərarı ilə Cavabdeh məxsus 4 baş inəyin və 7 baş xırda buynuzlu heyvanların Namiq Tağıyev tərəfindən özbaşınalıqla ələ keçirilməsi müəyyən edilmiş, həmin heyvanların ələ keçirilməsinə görə Elnurə Tağıyeva tərəfindən Cavabdeh vurulmuş ziyana görə sonuncuya 12000 manat məbləğində pul verilmişdir. Bu barədə tərəflər arasında qəbz tərtib olunmuş və imzalanmış, eləcə də, cavabdeh tərəfindən bu hal təkzib edilməmişdir. İbtidai istintaq zamanı Cavabdeh məxsus 4 baş iribuynuzlu heyvanın dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən həmin heyvanların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 7150 manat müəyyən olunmuşdur. Xırdabuynuzlu heyvanların dəyəri isə müəyyən edilməmişdir. Məhkəmə xırdabuynuzlu heyvanların dəyərinin müəyyən edilməsi üçün Gədəbəy rayonu ərazisində fəaliyyət gösətərən "xxxx" MMC-yə sorğu vermiş və sorğuya cavab olaraq təqdim edilmiş 11 sentyabr 2023-cü il tarixli, 161 saylı arayışda xırda buynuzlu heyvan ətinin qiymətinin 2020-ci ildə 12 manat təşkil etməsi qeyd edilmiş, lakin iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2023- cü il tarixli, 162 saylı arayışda xırda buynuzlu heyvan ətinin qiymətinin 2020-ci ildə 10 manat təşkil etməsi qeyd edilmişdir. Məhkəmə xırda buynuzlu heyvanların dəyərini müəyyənləşdirərkən hər iki arayış arasında ziddiyət olduğundan iddiaçı tərəfindən təqdim edilmiş arayışın əsas götürlməsini məqsədəuyğun hesab etmişdir. Eləcə də, xırda buynuzlu heyvanların çəkisi müəyyən edərkən qeyd edir ki, Cavabdeh zərərçəkmiş şəxs kimi ibtidai istintaq orqanında 28 iyun 2020-ci il tarixdə verdiyi ifadəsində ona məxsus ələ keçirilmiş xırdabuynuzlu heyvanların çəkisinin 18-20 kq aralığında olduğunu bildirmişdir. Ona görə də, məhkəmə həmin heyvanların çəkisini müəyyən edərkən hər biri üçün zərərçəkmiş şəxsin izahatında bildirdiyi çəkinin aşağı həddinin əsas götürülməsini məqsədə uyğun hesab edir. Odur ki, məhkəmə qeyd edilənərə əsasən 7 baş xırdabuynuzlu heyvanın dəyərini 1260 manat məbləğində müəyyən edir (7x18x10=1260). Beləliklə işdə olan sübutlarla və Gədəbəy rayon Polis şöbəsinin cinayət işinə xitam verilməsi barədə qərarla müəyyən edilir ki, Cavabdeh məxsus 4 baş inəyin və 7 baş xırda buynuzlu heyvanlar Namiq Tağıyev tərəfindən özbaşınalıqla ələ keçirilmiş və bunun nəticəsində Cavabdeh ümumilikdə 8410 manat məbləğində ziyan dəymişdir. Cavabdeh isə iddiaçıdan 12000 manat məbləğində pul almışdır. Belə olan halda cavabdeh iddiaçıdan dəymiş ziyandan əlavə 3590 manat məbləğində pul almışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əlavə olaraq aldığı 3590 manat pul məbləği həddində əsassız olaraq varlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qey edir: Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi Cavabdeh məxsus 4 baş inək və 7 baş xırda buynuzlu heyvanlar X9 tərəfindən özbaşınalıqla ələ keçirilmişdir. Bununla bağlı Gədəbəy rayon polis şöbəsində material açılmış və ibtidai istintaq zamanı Cavabdeh məxsus 4 baş iribuynuzlu heyvanın dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən həmin heyvanların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 7150 manat müəyyən olunmuş, xırdabuynuzlu heyvanların dəyəri müəyyən edilməmiş, cavabdeh isə iddiaçıdan 12000 manat məbləğində pul almışdır. Birinci instansiya məhkəmə tərəfindən xırdabuynuzlu heyvanların dəyərinin müəyyən edilməsi üçün Gədəbəy rayonu ərazisində fəaliyyət gösətərən "xxxx" MMC-yə sorğu vermiş və sorğuya cavab olaraq təqdim edilmiş 11 sentyabr 2023-cü il tarixli, 161 saylı arayışda xırda buynuzlu heyvan ətinin qiymətinin 2020-ci ildə 12 manat təşkil etməsi qeyd edilmiş, lakin iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli, 162 saylı arayışda xırda buynuzlu heyvan ətinin qiymətinin 2020-ci ildə 10 manat təşkil etməsi qeyd edilmişdir. Cavabdeh zərərçəkmiş şəxs kimi ibtidai istintaq orqanında 28 iyun 2020-ci il tarixdə verdiyi ifadəsində ona məxsus ələ keçirilmiş xırda buynuzlu heyvanların çəkisinin 18-20 kq aralığında olduğunu bildirmişdir. Ona görə də, məhkəmə həmin heyvanların çəkisini müəyyən edərkən hər biri üçün zərərçəkmiş şəxsin izahatında bildirdiyi çəkinin aşağı həddinin əsas götürülməsini məqsədə uyğun edərək 7 baş xırdabuynuzlu heyvanın dəyərini 1260 manat məbləğində müəyyən etmişdir ki, kollegiya həmin məbləğlə razılaşır. Belə olan halda iddiaçı cavabdehdən əlavə olaraq aldığı 3590 manat pul məbləği həddində əsassız olaraq varlanmışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada – qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-ni 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-585/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edilən andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2747/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2747/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver