Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2757/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4114.00 manat, 792.10 manat faiz borcu, 431.03 manat cərimə, cəmi 5337.13 manat məbləğində borcun və 73.38 manat ödənilmiş dövlət rüsumunun tutularaq “FİNCA Azerbaijan» MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 nömrəli qərardadı ilə (hakim Rafiq Məmmədov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilərək işin mahiyyəti üzrə yenidən baxılması üçün məhkəmə baxışı təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli mübahisə olmaqla, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası nəzərdə tutulmamışdır. Həmçinin mübahisənin yaranmasına əsas olan Kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisənin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 qərardadı ilə şikayət təmin olunmamış və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına heç bir izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 nömrəli qərardadı tam, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4114.00 manat, 792.10 manat faiz borcu, 431.03 manat cərimə, cəmi 5337.13 manat məbləğində borcun və 73.38 manat ödənilmiş dövlət rüsumunun tutularaq “FİNCA Azerbaijan» MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qeyd olunan cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlə (cavabdehlərlə) mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında istinad etdiyi hal, yəni iddiaçı tərəfindən cavabdehlə (cavabdehlərlə) mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas deyildir. Çünki hazırki mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli mübahisə olmaqla, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası nəzərdə tutulmamışdır. Digər tərəfdən, həmin şərt tərəflər arasında bağlanmış kredit müqaviləsində də nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə müqavilə ilə və ya bu kateqoriya işlər üçün iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməsi qanunla nəzərdə tutulmamışdır, Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən əsasa görə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 nömrəli qərardadı tam, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4114.00 manat, 792.10 manat faiz borcu, 431.03 manat cərimə, cəmi 5337.13 manat məbləğində borcun və 73.38 manat ödənilmiş dövlət rüsumunun tutularaq “FİNCA Azerbaijan» MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263,-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 nömrəli qərardadı tam, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2911/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4114.00 manat, 792.10 manat faiz borcu, 431.03 manat cərimə, cəmi 5337.13 manat məbləğində borcun və 73.38 manat ödənilmiş dövlət rüsumunun tutularaq “FİNCA Azerbaijan» MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2757/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2757/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver