Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2778/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh Əli qızının iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1nun vərəsəsi Cavabdeh Əli qızına qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e- 2(125)-4301/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh Əli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4301/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 4700 manat əsas, 52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5107,13 (beş min yüz yeddi manat 13 qəpik) manat kredit borcu və iddia ərizəsi verilməsi üçün ödənilmiş 71,08 (yetmiş bir manat 8 qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Əli qızı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-(125)-4301/2023saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X5 vərəsəsi Cavabdeh Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən nağd kredit üzrə 4700 manat əsas, 52,73 manat faiz borcu olmaqla, cəmi 4752,73 manat kredit borcunun, kart kredit limiti üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, cəmi 354,40 manat kredit borcunun və ödənilmiş 71,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gəncə filialı ilə mərhum X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən ona 4700 manat nağd, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsinə əsasən 300 manat məbləğində kart krediti limiti verilmişdir. X1 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 290 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X5 miras əmlakına dair Cavabdeh Əli qızına miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-1353 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Əli qızı mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixli, nağd kredit üzrə maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 4700 manat əsas, 52,73 manat faiz borcu qalmışdır. xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 296,03 manat əsas, 58,37 manat faiz borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxmışdır. İddiaçı tərəf iddia ərizəsində göstərir ki, Cavabdeh Əli qızı mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Ona isə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci iltarixli, 2V-1353 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 3543,32 manat pul vəsaiti verilmişdir. Məhkəmə də azından iddia tələbini 3543,32 manat həcmində təmin etməli idi. İkincisi cavabdehə ödənilmiş 3543,32 manat pul vəsaiti miras kütləsinə daxil deyildir. Belə ki, həyat yoldaşı X9 Azərbaycan Dəmir Yollarında “maşinist köməkçisi” işləmişdir. Onun güzəştli şərtlərlə 57 yaşında əmək pensiyası almaq hüququ yaranmış olmasına baxmayaraq, o, 60 yaşında təqaüdə çıxmışdır. Onun 3 il əvvəl pensiya almaq hüququ yaranmış olduğuna görə hər ay əmək pensiyasına əlavə verilirdi. xx.xx.2022-ci il tarixdə vəfat ediyinə görə onun qalıq pensiyası ƏƏSMN yanında DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında 3543,32 birdəfəlik ödəmək şəklində ona ödənilmişdir. Cavabdehə ödənilmiş 3543,32 manat birdəfəlik ödəmə ölmüş şəxsin ölümü ilə əlaqədar ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Birdəfəlik ödənilmiş 3543,32 manat şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələrinə aid olduğuna görə miras kütləsinə daxil deyildir. Mülki iş materialları ilə təsdiq olunur ki, tərəflər aralarındakı razılaşmanın tələblərinə riayət etmədən məhkəməyə müraciət etmişlər. Belə ki, qeyd olunan mübahisə üzrə məhkəməyə müraciət etmə müddəti xx.xx.2024-cü ildən sonrakı müddəti əhatə edir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında Cavabdeh Əli qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X9 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən mərhum X5 4700 manat əsas, 52,73 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsinə əsasən mərhum X5 296,03 manat əsas, 58,37 manat faiz borcu olduğundan həmin məbləğ Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsnin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X6 iddiaçı tərəfindən 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 4700 manat məbləğində kredit verilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli“ tam kart müqaviləsindən görünür ki, X6 iddiaçı tərəfindən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan AZ-İİ 280264 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, mərhum X9 ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 4700 manat əsas, 52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu vardır. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1353 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi Cavabdeh miras qalmış 3543,32 manat pul vəsaitindən tam hissədə irs almalıdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatdan müəyyən olunmuşdur ki, mərhum X5 adına QAZ 2705 yük markalı ** CK *** qeydiyyat nömrə nişanlı avtomobil mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin Gəncə filialı ilə mərhum X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən ona 4700 manat nağd, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsinə əsasən 300 manat məbləğində kart krediti limiti verilmişdir. X1 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 290 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X5 miras əmlakına dair Cavabdeh Əli qızına miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-1353 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Əli qızı mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. xx.xx.2023cü il tarixli, nağd kredit üzrə maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 4700 manat əsas, 52,73 manat faiz borcu qalmışdır. xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 296,03 manat əsas, 58,37 manat faiz borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Cavabdeh X4 miras qalmış 3543,32 manat pul vəsaitindən tam hissədə irs almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinəəsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görəözgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməkləödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, X5 iddiaçıya xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən 4700 manat əsas, 52,73 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsinə əsasən 296,03 manat əsas, 58,37 manat faiz borcunun olması, həmçinin cavabdehin X4 miras qalmış 3543,32 manat pul vəsaitini qəbul etməsi işin mübahisəsiz halıdır. Kollegiya apellyasiya şikayətinin cavabdehə ödənilmiş 3543,32 manat birdəfəlik ödəmə ölmüş şəxsin ölümü ilə əlaqədar ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməməsi, birdəfəlik ödənilmiş 3543,32 manat şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələrinə aid olduğuna görə miras kütləsinə daxil olmaması kimi dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından da göründüyü kimi cavabdeh X9 xx.xx.2022-ci ildə ölmüşdür və Cavabdeh X5 vərəsəsi kimi 3543,32 manat pul vəsaitindən tam hissədə irs almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddia tələbini yuxarıda göstərilmiş qaydada həll etmiş birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306-cı maddəsinin tələblərini nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericilik normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 (xx.xx.2022-ci ildə ölmüş) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4700 manat əsas, 52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5107,13 (beş min yüz yeddi manat 13 qəpik) manat kredit borcu və iddia ərizəsi verilməsi üçün ödənilmiş 71,08 (yetmiş bir manat 8 qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh Əli qızından (borc alan X5 hüquq varisi) mirası qəbul etdiyi həcmdə tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Əli qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4301/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 (xx.xx.2022-ci ildə ölmüş) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4700 manat əsas, 52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5107,13 (beş min yüz yeddi manat 13 qəpik) manat kredit borcu və iddia ərizəsi verilməsi üçün ödənilmiş 71,08 (yetmiş bir manat 8 qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh Əli qızından (borc alan X5 hüquq varisi) mirası qəbul etdiyi həcmdə tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2778/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2778/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver