Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-278/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mənzilin özəlləşdirilməsinə verilən razılıq; ər-arvadın birgə mülkiyyəti Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(125)-4183/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Kirovabad şəhər X23 29 noyabr 1984-cü il tarixli 18 nömrəli protokolu ilə verilmiş xx.xx.1986-cı il tarixli, 48 nömrəli Order, Gəncə şəhəri icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin xx.xx.2006-cı il tarixli, 12-2223 nömrəli Formal arayışı, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin xx.xx.2006-cı il tarixli 12-2222 nömrəli kooperativ mənzilə dair ödənişin tam ödənilməsi barədə Arayışı (qeydiyyatda olanlar: Cavabdeh, İddiaçı, X14, X7, X9, X19), İddiaçı Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11156 saylı reyestrdə, X8 Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-12296 saylı reyestrdə, X3 şəhəri 7 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-12297 saylı reyestrdə, X4 Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11157 saylı reyestrdə, X10 Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27- 11155 saylı reyestrdə təsdiq edildiyi razılıq ərizələrinə, DƏDRX Gəncə şəhəri Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarından çıxarışa Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzil (ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m, 4 yaşayış otağı) Cavabdeh adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2007-ci il tarixli, **********03-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir;
2. xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m olan 4 otaqlı mənzili 69000 manata X1;
3. Gəncə Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(125)-2253/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri Qırmızıkənd ərazisi yeni qaydalarla Gəncə şəhəri Cavadxan qəsəbəsi Ağabacı Rzayeva küçəsi 16 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir;
4. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(125)-2083/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1978-ci il tarixdə 1438 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur;
5. Gəncə Şəhər Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(125)-1407/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı xx.xx.2023cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair iddiası təmin edilməmişdir;
6. xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə X15 dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsini 3000 manata Cavabdeh satmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən mənzilin satışından Cavabdeh tərəfindən əldə edilmiş 69000 manat pulun ½ hissəsi olaraq 34500 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o, birgə nikah dövründə ünvan 3 ünvanda yerləşən mənzili əldə etmiş mənzili yüksək səviyyədə təmir etdirmişlər. Cavabdeh mənzili satıb onun adına həyət evi almaq adı ilə onu mənzilin satılmasına razı salmışdır. İlkin olaraq Cavabdeh bir neçə həyət evinin şəkillərini ona göstərərək guya onun rəyini əsas götürərək mülk alacağı görüntüsü yaratmışdır. 06 yanvar 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat qaydasında bağlanılan alqı-satqı müqaviləsi əsasında mənzil satılmışdır. Mənzilin alqı-satqı müqaviləsinə razılıq verdikdən sonra, məbləğin satışından əldə edilmiş 69000 manatı götürdükdən sonra, cavabdeh həmin pulu istədiyi kimi idarə edəcəyini, kimə istəsə ona da ev alacağını bildirmişdir. Cavabdeh ilə övladı X19 təzə ev aldıqdan sonra onu evə buraxmamaları barədə qabaqcadan razılaşıb şərtləşmiş və evi onun razılığı və xəbəri olmadan nəvəsinin adına almış, bundan sonra onu evə buraxmamışlar. Lakin, cavabdeh tərəfindən özgəninkiləşdirmə əməliyyatlarının aparılmasında məqsəd, evin ər-arvad arasında əmlak bölgüsünün predmeti olmaması və onunla birlikdə yaşamaq istəməməsidir. Belə ki, elə həmin ərəfədə, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mənzilin satışından əldə olunmuş məbləği qəbul etdikdən sonra Cavabdeh aldığı evin kimin adına almasından xəbəri olmamış, onu evə buraxmamış, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmiş, nəticədə o, özünü öldürmə həddinə çatmışdır. Bununla əlaqədar o, Gəncə şəhər prokurorluğuna şikayət etmiş, araşdırılma aparılarkən cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzili satıb oğluna ev aldığını bildirəndə onun evi kimə almasından xəbəri olmuşdur. Onu evə buraxmadıqları üçün evə köçürülmə tələbinə dair iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Hazırda ona qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırılmışdır. Göründüyü kimi, bütün həyatı boyu işləyib əziyyətlə mənzil alıb, mənzili əsaslı təmir etdirəndən sonra cavabdeh onu aldadıb ondan razılıq alıb evi satmışdır. Satılan mənzilin dəyərinin yarısı ona ödənilməlidir. O, hər iki diz implantı etdirmiş, xəstə adamdır, onun imkansızlığından və köməksizliyindən istifadə etmişdir. Hazırda da yaşamağa başqa evi, mənzili olmadığı halda onu evdən çıxardır. 9 Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(125)-4183/2024 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş ünvan 5 ünvanda yerləşən mənzilin satışından Cavabdeh tərəfindən əldə edilmiş 69000 (altmış doqquz min) manat pulun 1/2 hissəsi, yəni 34500 (otuz dörd min beş yüz) manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi; İddaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 195 (bir yüz doxsan beş) manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, həmçinin Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1 və 36.3-cü maddələrinə istinadən əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə xx.xx.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə ünvan 3 mənzili əldə etmişlər. Həmin mənzil onların ümumi birgə mülkiyyəti olmuşdur. Ailə olaraq məsləhət olunmuşdur ki, həmin mənzili satsınlar əlavə pul qoymaqla nəvələrinin adına fərdi yaşayış evi alsınlar. Mənzili 69000 manata satıb, üzərinə də pul əlavə edib ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi nəvələri Cavabdeh adına alıb **********86-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınaraq onun tam mülkiyyət hüquq tanınmışdır. Mənzilin satılması üçün iddiaçının notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində mənzilin satılmasına etiraz etməmiş, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə ona qarşı məhkəmədə iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-650/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə artıq qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı ona və oğulları X12 qarşı ünvan 8 ünvanda yerləşən evə dair xx.xx.2023-cü il tarixdə 3 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək dövlət reyestrində aparılmış qeydin və Çıxarışın etibarsız hesab edilməsinə və həmin evin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair tələbi ilə iddia qaldırmış, lakin həmin iddia da rədd edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlə nikahları 1978-ci ildə rəsmiləşdirilmiş, 2023-cü ildə isə pozulmuşdur. Mübahisəli ev isə kooperativ ev olmuş, həmin evdə 6 nəfər ailə üzvlərimiz qeydiyyatda olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, ev alınarkən əvvəlcə 5500 manat pul vermişlər, qalan məbləği isə hissə-hissə ödəmişlər. Ailə üzvlərinin sayı çox olduğundan onlara 5 otaqlı ev vermişdilər, ailə başçısı kimi ev cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh onu aldadaraq evin pulunun yarısının ona veriləcəyini bildirdiyindən evin satılmasına razılıq vermişdir. Mübahisəsi gedən mənzilin satışından əldə edilmiş vəsait hesabına yeni ev alınmış və həmin ev nəvəsinin adına qeydiyyata alınmışdır. Nəvəsi ona qarşı məhkəmə iddia qaldıraraq evdən çıxmağını tələb etsə də, lakin o başqa bir məhkəmə qətnaməsi əsasında yeni alınmış evə köçürülmüşdür, hazırda da orada yaşayır. Alqısatqı müqaviləsinin ləğv edilməsini və evin cavabdehin adına keçirilməsini istəyir. Heç olmasa ona 1 otaqlı ev alsınlar. Çünki, yaşamağa başqa yeri yoxdur.
15. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ev kooperativ ev olmuş, sonradan evdə yaşayanların, həmçinin iddiaçının razılığı ilə cavabdehin adına özəlləşdirilmişdir. Həmin mənzilin həm özəlləşdirilməsi, həm də satılması zamanı iddiaçı razılıq vermişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisəsi gedən mənzilin satılıb başqa mənzil alınması barədə tərəflər arasında razılaşma olmuşdur. Bu səbəbdən də iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia irəli sürə bilməz.
16. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzil özəlləşdirilən zaman İran İslam Respublikasında olmuşdur. Ümumiyyətlə, mənzilin birgə nikah dövründə kimin adına rəsmiləşdirilməsinin heç bir fərqi yoxdur, ailə başçısı cavabdeh olduğuna görə onun adına da rəsmiləşdirilməli idi. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, ola bilər ki, mənzilin özəlləşdirilməsinə razılıq vermişdir, ancaq yadında deyil. Mübahisəsi gedən mənzilin özgəninkiləşdirilməsinə razılıq verilməsi barədə adından notariat ofisində verilmiş ərizə onun tərəfindən imzalanmışdır. Ər-arvad səhiyyə sahəsində işləmişlər, 45 il birlikdə əziyyət çəkmişlər. Hər ay birlikdə ödəniş etmişlər, evin təmir işləri də özü tərəfindən həyata keçirilmişdir. 1977-ci ildə Cavabdehla nikaha daxil olmuşlar, 1984-cü ildən də evə görə ödəniş etməyə başlamışlar. Məhkəmə qətnaməsi əsasında yeni alınmış mənzilə köçürülmüşdür, lakin hazırda 15000 kompensasiya ödənilməklə evdən çıxarılmağı barədə ona qarşı iddia qaldırılmışdır.
17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında bina evin satıb, həyət evi almaq barədə razılıq olmuşdur. Həmin evdə iddiaçıya da yaşamaq üçün şərait yaradılıb. Lakin, iddiaçı özü evdə dolanmır, heç bir mane olmadığı halda evə köçürülməsi barədə iddia qaldıraraq məhkəmə qətnaməsi ilə evə köçürüldü. Bu səbəbdən də tərəflər arasında münaqişə yaranmışdır. İddiaçıya qarşı kompensasiya verilməklə evdən çıxarılma barədə ayrıca iddia qaldırılmışdır. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, tərəflər arasında münaqişələr yarandığı üçün cavabdehlər iddiaçının ayrı evdə yaşamasına razıdırlar. İddiaçının yeni alınmış evdə yaşamasına cavabdeh tərəfin etirazı olmamışdır, iddiaçı özü orada yaşamaq istəmir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, birgə nikah dövründə əldə edilmiş mənzil satılmamışdan əvvəl oğlu ilə bir yerdə yaşamışlar. Oğlu onun ayaqlarının protez olduğunu, əziyyət çəkməməsi üçün bina evini satıb həyət evi almağı təklif etmiş, o da oğlunun bu təklifi ilə razılaşmış və mənzili satmaq qərarına gəlmişlər. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, yeni alacaqları evi ya onun, ya da cavabdehin adına almalı idilər. Həmin vaxt evin oğlunun və ya nəvəsinin adına alınması barədə söhbət olmamışdır. Ev özəlləşdirilən zaman evin dəyərinin nə qədər olması yadında deyildir. Həmin vaxt bir yerdə mehriban yaşamışlar. Birgə nikah dövründə alındığı üçün evin onun, yaxud ərinin adına olması problem olmamışdır. Bu səbəbdən evi cavabdehin adına rəsmiləşdirmişlər. Ondan sonra evi satmışlar, satışdan əldə edilmiş pulun üstünə də evdə olan saxlanc pullarını əlavə edib 100000 manata avtozavod qəsəbəsindən yeni ev almışlar. Hazırda da yeni alınan evdə yaşayır. Lakin, 1 otaqda qalmışdır, otaqdan çıxmır, xəstəydir, baxıma və köməyə ehtiyacı var. Lakin, keçmiş əri və oğlu nə qızlarının, nə də nəvələrinin evə gəlməyinə icazə vermir. Bu səbəbdən də özünə heç olmazsa bir otaqlı ev alıb oraya köçmək istəyir. Oğlu ona qarşı kompensasiya ödənilməklə evdən çıxarılmağı barədə məhkəmədə iddia qaldırıb və kompensasiyanın məbləğini 8000 manat müəyyən edib. O isə həmin məbləğlə razılaşmır. Əvvəllər də oğlu onlarla bir yerdə yaşayıb. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
21. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir.
Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanun
22. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.1978-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Kirovabad şəhər X13 29 noyabr 1984-cü il tarixli 18 nömrəli protokoluna əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzil (ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m, 4 yaşayış otağı) xx.xx.1986-cı il tarixli 48 nömrəli orderlə Cavabdeh verilmişdir. Orderdə kirayəçinin ailə üzvləri Cavabdeh, onun arvadı X16, uşaqları X14, X5, X9 və X19 qeyd edilmişdir. DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 07 saylı qərarından çıxarışa əsasən sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2007-ci il tarixli, **********03-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı müəyyən edilir ki, həmin mənzil xx.xx.2023-cü il tarixdə 69000 manata X1. İddiaçı həmin əmlakın özgəninkiləşdirilməsinə notarial qaydada razılıq vermişdir. İddiaçı mənzilin Cavabdehla birgə nikah dövründə əldə edildiyini və mənzildə ½ hissə mülkiyyət payı olduğunu, lakin mənzilin satışından əldə edilmiş vəsaitin ona ödənilmdəiyini və əldə edilmiş vəsaitlə nəvəsinin adına mənzil alındığını, beləliklə mənzildəki mülkiyyət payından məhrum olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
34. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya qarşı olan rəftarı tərəflərin birgə nikahda olduqları zaman əldə etmiş olduqları, onların ümumi birgə mülkiyyətindən iddiaçının heç bir pay əldə etməməsinə yönəlmiş rəftar kimi qiymətləndirilməlidir. Başqa sözlə desək, cavabdehin hərəkətləri nəticəsində iddiaçı ona çatası (69000 manat : 2)=34500 manatdan məhrum olmuşdur və hazırkı vəziyyətdə iddiaçı həmin məbləğdə pulun ona ödənilməsini yalnız cavabdehdən tələb edə bilər.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
36. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
37. İşin hallarından göründüyü kimi İddiaçı mübahisəsi gedən mənzilin Cavabdehla birgə nikah dövründə əldə edildiyinə və mənzil üzərində ½ hissə mülkiyyət payına sahib olduğuna əsaslanaraq mənzilin satışından əldə edilmiş vəsaitin payına düşən hissəsinin ödənilməsini tələb edir. Bu baxımdan kollegiya hesab edir ki, ilk növbədə araşdırılmalı məsələ - sözügedən mənzilin tərəflərin birgə mülkiyyətində olub-olmamasıdır.
38. İşin halları bu aspektdə araşdırıldıqda aydın olur ki, Kirovabad şəhər X13 29 noyabr 1984-cü il tarixli 18 nömrəli protokoluna əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzil (ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m, 4 yaşayış otağı) xx.xx.1986-cı il tarixli 48 nömrəli orderlə Cavabdeh verilmişdir. Orderdə kirayəçinin ailə üzvləri Cavabdeh, onun arvadı X16, uşaqları X14, X5, X9 və X19 qeyd edilmişdir. xx.xx.2007-ci il tarixdə mənzil özəlləşdirilən zaman isə mənzil kirayə müqaviləsində adları göstərilmiş və kirayəçi Cavabdehla birlikdə faktiki yaşayan ailə üzvləri - arvadı X16 və uşaqları X14, X2 Təhminə Nizami qızı və X19 notarial qaydada razılıq ərizələri verərək mənzilin kirayəçi Cavabdeh adına özəlləşdirilməsini etiraz etmədiklərini bildirmişlər.
39. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
40. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, Ailə Məcəlləsinin 34cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz.
41. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilir.
42. Yuxarıda da göstərildiyi kimi, mübahisəli mənzil xx.xx.2007-ci il tarixdə özəlləşdirilən zaman İddiaçı notarial qaydada razılıq ərizəsi verərək mənzilin kirayəçi (əri) Cavabdeh adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
43. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərardakı hüquqi mövqeyinə istinadən belə qənaətə gəlir ki, iddiaçı (arvad) mənzilin özəlləşdirilərək cavabdehin (ərinin) mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Ona görə də iddiaçı mübahisəli mənzilin satışından əldə edilmiş vəsaitin ½ hissəsini mənzilin mülkiyyətçisi olan cavabdehdən tələb etməkdə haqlı olmamışdır.
44. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinə görə, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.
45. İstinad edilən hüquq normasından açıq şəkildə aydın olur ki, şəxsin öz mülkiyyətində olan özəlləşdirilmiş mənzillə bağlı qanunvericiliyə zidd olmayan hər hansı əqd bağlaması mütləq şəkildə ailə üzvlərinin razılığı ilə şərtləndirilmişdir. Bununla da qanunverici ailə üzvlərinin özəlləşdirilmiş mənzilə əvvəllər əldə olunmuş və mahiyyətcə məhdud əşya hüququ olan yaşamaq hüququnu təmin etmək məqsədilə mülkiyyətçinin mülkiyyət hüququnu məhdudlaşdırmışdır.
46. Hazırkı işin hallarından aydın olur ki, Cavabdeh mülkiyyətində olan özəlləşdirilmiş mənzili özgəninkiləşdirməsinə arvadı İddiaçı notarial qaydada təsdiq edilmiş razılığı olmuşdur. Bir sözlə, mübahisəli mənzilin özgəninkiləşdirilməsi (satılması) qanunvericiliyin tələblərinə uyğun olmuş, mənzilin özgəninkiləşdirilməsi zamanı iddiaçının hüquqlarına və qanuni mənafeyinə xələl gətirən hal müəyyən edilməmişdir. Əksinə, apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, onlar mübahisəli mənzili satıb həyət evi almaq məqsədilə mənzili satmışlar. Tərəflərin sonrakı hərəkətləri də razılaşdıqları qaydaya uyğun həyata keçirilmiş, tərəflərin nəvələrinin adına Gəncə şəhəri Cavadxan qəsəbəsi Ağabacı Rzayeva küçəsi 16 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evi alınmış və onlar yeni alınmış yaşayış sahəsinə köçməklə mənzil ehtiyaclarını aradan qaldırmışlar.
47. Yuxarıda göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
48. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün hər hansı qanuni əsas olmamışdır. Birinci instansiya məhkəməsi isə hüququn tətbiqində səhvə yol verməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(125)-4183/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.