Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2780/2023 14.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X3 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1101/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X11 ilə birgə ailə münasibətlərindən 31 iyul 2014cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh X11 ilə 18 avqust 2013-cü il tarixdə el adəti qaydasında evlənib ailə qurmuşdur. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə ailə münasibətlərindən 31 iyul 2014-cü il tarixdə Alsu adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar və iddiaçı atalığın müəyyən edilməsi və aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Göygöl Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli 2(066)-1650/2017 saylı qətnaməsi ilə X4 31 iyul 2014-cü il tarixdə anadan olmuş X6 atası olması faktı müəyyən edilməklə, 31 iyul 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişvə Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(104)-3614/2017 saylı qətnaməsi ilə alimentin məbləği 136 manat müəyyən edilmişdir. Hal-hazırda cavabdeh X11 Azərbaycan Respublikasının hüdudlarından kənarda işləməklə yüksək məbləğdə gəlir əldə edir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1101/2023 saylı qətnaməsi ilə (hakim Q.Abbasov ) iddia qismən təmin edilmiş, Cavabdeh 31 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1101/2023 saylı qətnaməsinin ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun himayəsində azyaşlı övladlarının olmasını, ürək xəstəsi olan anasının onun himayəsində yaşamasını və onun aylıq sabit gəlirinin olmamasını, ara işlərdə işləməsini nəzərə almamışdır. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, tərəflərin 2013-cü ildə ailə münasibətləri olmuş və cəmi 1 ay 20 gün faktiki olaraq birgə yaşamışlar. Cavabdeh iş olandan -olana faktiki fəhləlik edir və aylıq qazancı təxminən 250-300 manat olur. Həmçinin cavabdeh 20 iyul 2020-ci ildə yeni ailə həyatı qurmuş, həmin evliliyindən 08 may 2021-ci ildə qızı Sübhanə, xx.xx.2023-cü ildə isə Gülnaz adlı qızı doğulmuşdur. Cavabdehin maddi vəziyyəti çox ağırıdr. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1101/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən nümayəndəni dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1101/2023 saylı qətnaməsi 31 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlamaqla, 31 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, şikayətin dəlillərində Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1101/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin və ərizənin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına olan : Gəncə 1 saylı Mediasiya Təşkilatının 15 iyun 2023- cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 174860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 iyul 2014-cü ildə anadan olmuş X7 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2 (104)- 3614/2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 31 iyul 2014-cü ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 07 iyul 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsi Kooperativ bina, mənzil 23-də qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. 20 iyul 2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 20 iyul 2020-ci il tarixdə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsrəfilov, arvada İsrəfilova soyadları verilmişdir. 08 iyul 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 may 2021-ci ildə anandan olmuş X1 atası Cavabdeh, anası isə X2r və o, yetkinlik yaşına çatmamışdır 07 avqust 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2023-cü ildə anandan olmuş X5 atası Cavabdeh, anası isə X2r və o, yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsi Cavabdeh 31 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə qismən razılaşmır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Bununla belə, birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq alimentin məbləğini hər ay 200 manat məbləğində müəyyən edərkən, cavabdehin maddi vəziyyətini nəzərə almamışdır. Belə ki, müəyyən olunur ki, cavabdeh ikinci dəfə ailə qurmuş, həmin ailəsindən onun 2 nəfər azyaşlı uşaqları, 08 may 2021-ci ildə qızı Sübhanə, xx.xx.2023-cü ildə isə Gülnaz adlı qızı doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia dəlillərində cavabdeh X4 Azərbaycan Respublikasının hüdudlarından kənarda işləməklə yüksək məbləğdə gəlir əldə etməsini göstərsə də, bu barədə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə, onun iş olandan olana faktiki fəhləlik etməsi və aylıq qazancının təxminən 250-300 manat olmasını göstərmişdir. Göründüyü kimi, Cavabdeh maddi vəziyyətində müsbət mənada dəyişiklik olmamış, ailə vəziyyətində isə dəyişiklik olmuş və onun digər ailəsindən 2 övladı dünyaya gəlmişdir. Lakin bununla belə, məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını və respublika üzrə ehtiyac meyarına və uşaqlar üçün yaşayış səviyyəsinin həddinə görə bazar iqtisadiyyatının hazırkı artım şəraitində tərəflərin birgə yaşayışlarından doğulmuş uşağın yaşını nəzərə almaqla, hesab edir ki, cavabdehdən 170 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, artırılmış alimentin tutulması bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. (bənd 8.14.) Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1101/2023 saylı qətnaməsi 31 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlamaqla, 31 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1101/2023 saylı qətnaməsi 31 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlamaqla, 31 iyul 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2780/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2780/2023
14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver