Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-279/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı və Cavabdeh, eləcədə onun vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(125)-136/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciat edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri 2019-2020ci ildə olan cəmi 6050 manat və mənzilin bərpası üçün 2021-ci ildə təmir işlərinin dəyəri məlum olmadığı üçün cavabdehdən dəymiş zərər hesablanıb onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(125)-136/2022 nömrəli (hakim Z.İmanov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1416 (min dörd yüz on altı) manat tutularaq, İddiaçı ödənilməsi; Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh tutularaq, X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi; İddia tələbi qalan hissəsində təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ekspert rəyinə uyğun iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nəriman Nərimanov döngə 1, bina 1, mənzil 32 onun mülkiyyətindədir. Həmin mənzilin üst qonşuluğunda olan 35 nömrəli mənzil Cavabdeh mülkiyyətindədiir və o həmin mənzili qazanc məqsədilə kirayə verir. Kirayədə olanlar dəfələrlə onun mənzilinə çirkli su axıdaraq mənzili yararsız vəziyyətə salmışlar. Bu barədə cavabdehə bildirmiş və sonuncu ona cavabında bildirmişdir ki, pulu olanda ödəyəcəkdir. İlk dəfə 2019-cu ildə mənzilini yararsız vəziyyətə salaraq 3250 manat ziyan vurmuş, oğlunun ailə qurmasını nəzərə alaraq məcbur qalıb mənzili özü təmir etmişdir. Növbəti dəfə 2020-ci ilin aprel-may aylarında başqa bir kirayəçi təkrar mənzilini yararsız vəziyyətə salmış və ona 2800 manat ziyan vurmuşdur. Cavabdeh “sən təmir et mənim alacağım var mən sənə verəcəm” deyərək onu aldatmış və zərəri ödəməkdən yayınmışdır. 2021-ci ilin aprel ayında cavabdeh yenidən mənzilini yararsız vəziyyətə salmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mənzili axırıncı mərtəbədə yerləşir və binanın üstündə 10-dan çox sakinlərin su çəni yerləşir. Mənzilinin qonşuluğunda yerləşən bir otaqlı mənzildən onun evinə, eləcədə iddiaçıya məxsus mənzilə su axmışdır. Ekspert rəyində də göstərilmişdir ki, onun mənzilindən iddiaçının mənzilinə su axıdılmır. Ekspert sahə müvvəkili ilə icra nümayəndəsinin verdiyi saxta arayışa əsaslanalaraq maddi ziyanın müəyyən edilməsi barədə rəy vermişdir. Halbu ki, iddiaçının mənzilinə onun evindən su axıdılmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov döngə 1, bina 1, mənzil 35 onun mülkiyyətindədir. Mənzilin eyvanı açıq vəziyyətə olduğundan yağış yağarkən mənzilinə ziyan dəyimişdir. Lakin bir necə ay bundan əvvəl eyvanı bağlatmışdır. İddiaçı ona qeyrietik təkliflər etmiş, onun təklifini qəbul etmədiyindən ona qarşı məhkəmədə belə bir iddia qaldırmışdır. Halbu ki, mənzilin sanitar qovşağı tam təmril vəziyyətdədir və mənzilindən iddiaçıya məxsus mənzilə su axıdılmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehə qarşı heç bir qeyri-etik davranışı olmamışdır. 2019-2021-ci illərdə cavabdehin mülkiyyətində olan mənzildən evinə su sızmış və mənzili yararsız vəziyyətə düşmüşdür. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri Nəriman Nərimanov döngə 1, bina 1, mənzil 32 İddiaçı mülkiyyətindədir. 15 aprel 2021-ci il tarixli, 7 nömrəli xidmət sahəsinin rəisi X8, 7 nömrəli xidməti sahənin agenti X4 və Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi Hacıyev Tural tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı yaşadığı mənzilə üst mərtəbədə olan 35 nömrəli mənzildən dəfələrlə su axıdılıb mənzil yararsız hala salınmışdır. Həmin mənzil sahibinə xəbərdarlıq olunmasına baxmayaraq, həmin nasazlıq aradan qaldırılmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108 maddələrinə istinadən edərək, iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan mənzilə Cavabdeh mülkiyyətində olan mənzildən 2019-2020-ci illərdə su axıdılması nəticəsində mənzilinə 6050 manat ziyan dəyməsini, eləcədə 2021ci ildə mənzilin bərpası üçün təmir işlərinin dəyəri məlum olmadığından dəymiş zərərin hesablanıb cavabdehdən alınmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 10/2297 nömrəli rəyindən görünür ki, 32 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinin konstruktiv elementlərində (divar, tavan v.s) qüsurlar əmələ gəlmiş və həmin qüsurların su sızmaya aid olduğu nəzərə alınaraq 32 saylı mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Lakin cavabdehə məxsus mənzilin sanitar qovşağı tikilisi təmirli və su-kanalizasiya xətləri gizli olduğundan su sızmanın texniki səbəbini və əlaqəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş Gəncə şəhər 7 nömrəli xidməti sahənin və Gəncə şəhər Kəpəz RPİ-nin sahə rəisinin tərtib etdiyi 15 aprel 2021-ci il tarixli akta əsasən 32 saylı mənzilə 35 saylı mənzildən su axdığı və nəticədə 32 saylı mənzilin tikililərində qüsurlar əmələ gəlməsi qeyd olunduğundan, Gəncə şəhəri, Nəriman Nərimanov döngə 1, bina 1-in, 32 saylı mənzilinə, Gəncə şəhəri Nəriman Nərimanov döngə 1, bina 1, mənzil 35dən su axıdılması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1416 manat məbləğində olduğu müəyyən edilir. Göründüyü kimi iddiaçının mənzilinə cavabdehin mülkiyyətində olan mənzildən suyun sızmasını ekspert müəyyən etməmişdir. Ekspert 32 nömrəli mənzilin yaşayış otağı və mətbəx tikilisinin konstruktiv elementlərində yaranmış qüsurların 35 nömrəli mənzildən su sızması nəticəsində yarana biləcəyi barədə gəldiyi nəticəni isə işə əlavə olunmuş və Gəncə şəhər 7 nömrəli xidməti sahənin və Gəncə şəhər Kəpəz RPİ-nin sahə rəisinin tərtib etdiyi 15 aprel 2021-ci il tarixli akta əsaslanmqla, qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1416 manat hesablamışdır. Gəncə şəhəri İHB MKTİB-nin 7 saylı Xidmət Sahəsinin agenti X4 birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilərkən bildirmişdir ki, iddiaçı X5 və Cavabdeh mənzillərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mənzillərin eyni yerində su izləri var, bina köhnədir, iddiaçıya məxsus qonaq otağında nəm əvvəllər olmuş. digər yan qonşuya aid olmuş, cavabdehində mənzilinin həmin hissəsində nəm izləri olmuşdur. Kalidor nə vaxtsa nəm olmuş, binanın 35 saylı mənzilindən düşməmiş, kontrollar düzgün qoşulmamış binanın 35 saylı mənzili ilə 32 saylı mənzili arasında boşluq vardır və həmin su panellərin arasına verir. Şahid suala cavabda isə bildirmişdir ki, hər iki mənzil arasında olan dürbada nazaslıq olduğundan su sızır və nəmişlik yaranır. Gəncə şəhəri İHB MKTİB-nin 7 saylı Xidmət Sahəsində rəis vəzifəsində işləyən X8 isə şahid qismində dindirilərkən bildirmişdir ki, binanın 32 və 35 nömrəli mənzillərinə baxış keçirmiş, tualet və hamam hissədə sızıntı hiss etmişdir. Cavabdehə məxsus mənzilin balkonu açıq olduğundan 32 nömrəli mənzilə nəm keçmişdir. Balkonun üstünü örtmək olmaz, amma ehtiyac yaranarsa vətəndaş müraciət edə bilər və o müraciət əsasında vətəndaşın özü balkonun üstünü düzəltdirə bilər. Kalidordan baxanda hiss olunur ki, lambirinin altından su verir Hər iki mənzilin arasında olan tranikdən su sızır. Ekspert rəyi, eləcədə dindirilmiş şahidlərin (Gəncə şəhəri İHB MKTİB-nin 7 saylı Xidmət Sahəsinin işçiləri) ifadələrindən göründüyü kimi 32 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinin konstruktiv elementlərində (divar, tavan v.s) qüsurların əmələ gəlməsinə səbəb 35 nömrəli mənzildən suyun sızması nəticəsində yaranması təsdiq olunmur. Əksinə şahid X1 ifadəsindən göründüyü kimi, iddiaçının mənzilinin qonaq otağında olan nəm üst mərtəbədən, yəni 35 nömrəli mənzildən deyil digər yan qonşu tərəfdən yaranmışdır. X6 ifadəsindən isə müəyyən olunur ki, .cavabdehə məxsus mənzilin balkonu açıq olduğundan 32 nömrəli mənzilə nəm keçmiş, eləcədə hər iki mənzilin arasında olan tranikdən su sızır. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, 32 nömrəli mənzilin divar, tavan və sair yaranmış qüsurlar binanın ümumi istifadəsində olan su kəmərlərindəki nasazlıqdan, eləcədə 35 saylı mənzilin balkonunun əvvəllər açıq vəziyyətdə (binanın texniki göstəricisidir, hal hazırda isə müvafiq icasə əsasında balkon bağlanmışdır) olduğuna görə balkona tökülən yağış suları nəticəsində əmələ gəlmişdir. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab veribvermədiyinin yoxlanılması başa düşülür. İddiaçı X2 mülkiyyətində olan 32 nömrəli mənzilin yaşayış otağı və mətbəx tikilisinin konstruktiv elementlərində (divar, tavan v.s) yaranmış qüsurlar Cavabdeh mülkiyyətində olan 35 nömrəli mənzildən su sızması nəticəsində yarandığı sübuta yetirilmədiyindən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(125)-136/2022 nömrəli qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.4. maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması əsaslarından biri də, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair 08 avqust 2022-ci il tarixli 10/2297 nömrəli bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(125)-136/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-279/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-279/2023
20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver