Məhkəmə qərarları › İş №2(104)-2821/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2821/2023

28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2821/2023 28.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-1620/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, onun Cavabdeh "xxxx" ASC-nə borclu qaldığı 3751.20 manat pulun, 1708.42 manat kompensasiya pulunun, cavabdehin əvəzinə "xxxx" ASC-nə ödədiyi üçün həmin 3751.20 manatın, 1708.42 manat kompensasiya pulun və ödədiyi 75 manat dövlət rüsumunun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-1620/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Şəfəq Məmmədova) iddia tələbi təmin edilmiş, Cavabdeh 3751.20 (üç min yeddi yüz əlli bir manat iyirmi qəpik), 1708.42 (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik) manat kompensasiyanın və iddianın verilməsinə görə ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 5534.62 (beş min beş yüz otuz dörd manat altmış iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-1620/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, "xxxx" KB ASC ilə kredit müqaviləsi bağlayan zaman iddiaçı zaminlik öhdəliyi götürsə də, götürülən həmin pul onun tərəfindən ödənilmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-1620/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh “X4” ASC-dən xx.xx.2015-ci il tarixdə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüş, o isə cavabdehə zamin durmuşdur. Cavabdeh götürdüyü krediti az-az ödəmiş, bir müddət sonra ödəməni dayandırmış, ona görə də "xxxx" ASC kreditin ödənişini onun pensiya kartına yönəltmiş və qalan borcu onun pensiya kartından hər ay olaraq çıxmışlar. Hətta Fərmanla bağlı ona veriləsi kompensasiya olan 1708.42 manatı da ona verməmişlər, həmin məbləği də cavabdehin borcuna görə "xxxx" ASC-nə ödənilmişdir. Nəticədə onun hesabından Cavabdeh götürdüyü kredit borcuna 3751.20 manat pul, 1708.42 manat kompensasiya tutmuşlar. O da dəfələrlə cavabdehə ödədiyi pulun ona qaytarılmasını tələb etsə də, cavabdeh iddiaçının onun əvəzinə ödədiyi pulu qaytarmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-1620/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddia olunan pul tələbi ilə bağlı Şəmkir rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli 2(076)-6211/2016 nömrəli məhkəmə əmrinin təqdim edilməsi üçün məhkəmə iclasını təxirə almış və İddiaçı həmin məhkəmə əmrini təqdim edərək, izahatında bildirmişdir ki, o, iddiasında bilmədən səhvə yol vermişdir. Belə ki, əslində onunla "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə olmuş, həmin kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27 faiz olmaqla 3850 ABŞ dolları məbləğində kredit verilmişdir. Şəmkir rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli 2(076)-6211/2016 nömrəli məhkəmə əmri onun özünün "xxxx" KB ASC-nə olan kredit borcu ilə bağlı olmuş və həmin məhkəmə əmri əsasında əmək pensiyasından edilən 3751.20 manat məbləğində olan tutulmalar öz borcu ilə bağlıdır. 1708.42 manat kompensasiya məbləği isə cavabdehin borcu ilə bağlı tutulmuşdur. Ona görə də, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-1620/2023 nömrəli qətnaməsi qismən, Cavabdeh 3751.20 (üç min yeddi yüz əlli bir manat iyirmi qəpik) və iddianın verilməsinə görə ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 5534.62 (beş min beş yüz otuz dörd manat altmış iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməməli, qətnamə cavabdeh X2 1708.42 (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik) manat kompensasiya pulunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından olan: xx.xx.2015-ci il tarixli 420micKPZ/15-EM saylı Bank, hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə 20000 manat kredit xətti açılmış və kreditin qaytarılmasının təminatı olaraq Kazımov X1 Sadıqova zamin durmuşdur. Həmin kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh illik 32 faiz olmaqla, 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış “Əmək pensiyasından tutulmanın dayandırılması haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı tərəfindən 1 fevral 2023-cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli 2(076)-6211/2016 nömrəli icra sənədinə uyğun olaraq xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay əmək pensiyasından 312.60 manat tutularaq "xxxx" KB ASC-nin hesabına köçürülüb (ümumilikdə 3751.20 manat). Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filiala 23 may 2018ci il tarixində daxil olmuş Şəmkir rayon İcra şöbəsinin 22 may 2018-ci il tarixli 5138/2016 nömrəli məktubuna əsasən əmək pensiyasından tutulma dayandırılıb. "xxxx"ASC tərəfindən İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə ünvanladığı məktuba cavab olaraq bildirilmişdir ki, ona hesablanmış kompensasiya məbləğini təşkil edən 1708.42 manat (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik), zamin qismində çıxış etdiyi xx.xx.2015-ci il tarixli, 420mickpz/15 saylı Əsas kredit və Bank hesabı Müqaviləsinin 4.3.2-ci bəndinə əsasən hesabından silinmişdir. Belə ki, Müqavilənin 4.3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bank, Müqavilə üzrə Borcalan tərəfindən öhdəliklər icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda Zaminin bank hesablarından Borcalanın öhdəliklərini tam həcmdə ödəyə biləcək məbləğdə pul vəsaitinin akseptsiz qaydada silmək hüququna malikdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş departamentinə ünvanlanmış məktubundan görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-6211/2016 saylı icra sənədinin icrası ilə əlaqədar tələb “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinə əsasən İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, Şəmkir rayonu, Qasım İsmayılov kəndi) pensiyası üzrə Xüsusi Rütbəli şəxslərlə iş departamentinə göndərilərək təklif olunmuşdur ki, borclunun pensiyasından tutulsun. Zərurət aradan götürüldüyünə görə sözügedən icra sənədi üzrə tutulmaların aparılmasının dayandırılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasına təqdim edilmiş: Şəmkir Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(076)-6211/2016 saylı Məhkəmə Əmrindən görünür ki, borclu İddiaçı 3157.31 ABŞ dolları əsas borc, 287.23 ABŞ dolları faiz borcu və 17.67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3462.21 (üç min dörd yüz altmış iki dollar iyirmi bir sent) ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan Respublikası manatına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 20 manat dövlət rüsumu alınaraq ünvan 2 ünvanında yerləşən kreditor "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-dən götürdüyü kredit üzrə öhdəliklərinə zamin durmuşdur. İddiaçıya hesablanmış kompensasiya məbləğini təşkil edən 1708.42 manat (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik), zamin qismində çıxış etdiyi xx.xx.2015-ci il tarixli, 420mickpz/15 saylı Əsas kredit və Bank hesabı Müqaviləsinin 4.3.2-ci bəndinə əsasən hesabından silinmişdir. Belə ki, Müqavilənin 4.3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bank, Müqavilə üzrə Borcalan tərəfindən öhdəliklər icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda Zaminin bank hesablarından Borcalanın öhdəliklərini tam həcmdə ödəyə biləcək məbləğdə pul vəsaitinin akseptsiz qaydada silmək hüququna malikdir. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27 faiz olmaqla 3850 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu İddiaçı kredit borcunu tam və vaxtında ödəməyi üçün "xxxx" Kommersiya Bankı ASC məhkəmədə iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(076)-6211/2016 saylı Məhkəmə Əmri ilə borclu İddiaçı 3157.31 ABŞ dolları əsas borc, 287.23 ABŞ dolları faiz borcu və 17.67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3462.21 (üç min dörd yüz altmış iki dollar iyirmi bir sent) ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan Respublikası manatına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 20 manat dövlət rüsumu alınaraq ünvan 2 ünvanında yerləşən kreditor "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir.Qeyd olunan məhkəmə əmrinə icra vərəqəsi verilmiş və həmin icra vərəqəsi əsasında İddiaçı pensiyasından 3751.20 manat tutularaq Kredit Təşkilatına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1.-ci maddəsinəgörə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2.-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC qarşısında götürüdüyü kredit öhdəliklərini yerinə yetirmədiyi üçün, iddiaçıya hesablanmış kompensasiya məbləğini təşkil edən 1708.42 manat (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik) zamin qismində çıxış etdiyi xx.xx.2015-ci il tarixli, 420mickpz/15 saylı Əsas kredit və Bank hesabı Müqaviləsinin 4.3.2-ci bəndinə əsasən hesabından silinmişdir. Digər borc məbləği isə iddiaçının özünün "xxxx" KB ASC qarşısında yaranmış kredit öhdəliyinin icra edilməməsi ilə bağlı yaranmış və iddiaçının əmək pensiyasından tutulmuşdur. Cavabdeh apellyasiya şikayətində İddiaçı ilə "xxxx" ASC-dən kreditə pul götürdüklərini, həmin pulu tam olaraq özünün ödədiyini göstərsə də, istinad etdiyi halları təsdiq edən mötəbər sübut növlərini məhkəməyə təqdim edə bilməmiş və işdə olan "xxxx"ASC tərəfindən İddiaçı ünvanlanmış məktubu ilə isə ona hesablanmış kompensasiya məbləğini təşkil edən 1708.42 manat (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik), zamin qismində çıxış etdiyi xx.xx.2015-ci il tarixli, 420mickpz/15 saylı Əsas kredit və Bank hesabı Müqaviləsinin 4.3.2-ci bəndinə əsasən hesabından silinməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddianın Cavabdeh 1708.42 manat (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik) pul vəsaiti tutularaq, onun xeyrinə ödənilməsi hissəsində haqlı olmuş, iddianın 3751.20 manat hissəsində isə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri qismən işin hallarına uyğun olmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar qismən sübut edilməmiş və mübahisənin maddihüquqi əsasları qismən düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)- 1620/2023 nömrəli qətnaməsi qismən, Cavabdeh 3751.20 (üç min yeddi yüz əlli bir manat iyirmi qəpik) və iddianın verilməsinə görə ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 5534.62 (beş min beş yüz otuz dörd manat altmış iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməməli, qətnamə cavabdeh X2 1708.42 (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik) manat kompensasiya pulunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-1620/2023 nömrəli qətnaməsi qismən, Cavabdeh 3751.20 (üç min yeddi yüz əlli bir manat iyirmi qəpik) və iddianın verilməsinə görə ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 5534.62 (beş min beş yüz otuz dörd manat altmış iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə cavabdeh X2 1708.42 (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik) manat kompensasiya pulunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar