Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-284/2024 12.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(013)-2081/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əlyazmadan görünür ki, 09 may 2021-ci il tarixdə Cavabdeh İddiaçı 2000 manat borc almışdır.
2. Əlyazmadan görünür ki, 13 iyun 2021-ci il tarixdə Cavabdeh İddiaçı 2000 manat borc almışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən N manat və ödənilmiş 60 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, dostunun oğlu vasitəsi ilə Cavabdeh ilə tanış olmuş və bir neçə dəfə onun yaşadığı ünvana gələrək çay süfrəsində qonağı olmuşdur. 09 may 2021-ci il tarixdə axşam saat 09:00 radələrində cavabdeh yaşadığı ünvanda qonaq olanda müddətdən artıq qulluq etdiyi hərbi hissədə N manat borcu olduğunu və buna görə də hərbi hissəyə gedə bilmədiyini demişdir. Cavabdeh hərbiçi olduğu üçün hörmət edərək 2000 manat kömək edə biləcəyini, əlavə 2000 manatı isə 2021-ci ilin iyun ayında pay torpaq sahəsindən ot satandan sonra verə biləcəyini və bunun qarşılığında öz dəsti xətti ilə borc müqaviləsi yazmağını və özünə məxsus önəmli bir sənədin surətini verməsini bildirmişdir. Cavabdeh hərbi vəsiqəsini vermiş və 09 iyun 2021-ci il tarixdə geniş məzmunlu boc müqaviləsi yazaraq qeyd etmişdir ki, faizsiz olaraq İddiaçı 2000 manat borc pul almış, borcunu 25 avqust 2021-ci il tarixdə ödəyəcəkdir. Nicata əlavə olaraq 2000 manat verəcəyinə söz verdiyi üçün sonuncu 13 iyun 2021-ci il tarixdə təkrar onun yaşadığı ünvana gəlmiş, eyni məzmunlu borc müqaviləsi yazaraq faizsiz 2000 manat borc alması və borcunu 28 iyun 2021-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh ondan aldığı borcu ödəməmişdir.
5. Ağdam Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(013)-2081/2023 nömrəli qətnaməsi ilə (hakim E.Bayramov) iddia qismən təmin edilərək, Cavabdeh 800 (səkkiz yüz) manat və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş məbləğin hissəsi olan 30 (otuz) manat, cəmi 830 (səkkiz yüz otuz) manat pul tutularaq İddiaçı xeyrinə verilməsi; İddia tələbinin qalan hissəsi rədd edilməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 5.3, 14.2, 77.1, 119.1, 217.4, 216-237 maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, N manatı cavabdehə dostunun oğlu Muradın yanında vermiş və bu barədə yazılı sənədlər olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin öz yaxın qohumlarını və qonşusunu şahid kimi məhkəmə iclasında dinləyərək yalançı ifadələrə əsaslanmışdır. Cavabdeh borcun ödənilməsini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh Micat Edilov dostu Muradla onun yanına gəlmiş və ondan 2000 manat almışdır. Təxminən 1 ay keçdikdən sonra yenidən ona 2000 manat vermişdir. Cavabdeh pulun alınması və qaytarılması barədə müqavilə yazmışdır. Buna baxmayaraq aldığı pulu qaytarmamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan bir dəfəyə 800 manat almışdır. İşə əlavə olunmuş müqavilələri də iddiaçının deməsinə görə yazaraq imzalamışdır. Əslində iddiaçıdan 800 manat almışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyaisya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
27. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
29. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. İşin hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh 09 may 2021 və 13 iyun 2021-ci il tarixlərdə ümumilikdə 4000 (2000+2000=4000) manat borc verməsini, sonuncunun isə aldığı borcu qaytarmamasınıəsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən, yəni 800 manat təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 800 manat borc almasını etiraf etmiş, onun bu etirafı şahid ifadələri ilə də sübut olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı saymır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin faktiki hallarına uyğun deyil.
36. Kollegiya ilkin olaraq qeyd edir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Cavabdeh İddiaçı N manat deyil 800 manat borc almasını bildirsədə, lakin onun bu dəlilləri işin 6 və 7-ci vərəqlərində olan və özü tərəfindən 09 may 2021 və 13 iyun 2021-ci il tarixli müqavilə formasında tərtib etdiyi (imzaladığı) əlyazmalarla təkzib olunur. Halbu ki, sonuncu həmin əlyazmalarda iddiaçıdan hər birində 2000 manat borc aldığını və qaytaracağını qeyd etmişdir.
38. Birinci instansiya məhkəməsində icraat zamanı Cavanşir Əliyev,Yasin Qənbərov və Ramiz Atakişiyev şahd qismində dindirilərkən Cavabdeh iddiaçı Pənah Qiyasovdan 800 manat borc almasını təsdiq etsələrdə, lakin həmin şəxslər pul verilərkən tərəflərin yanında olmamış, yalnız cavabdehin onlara deməsinə istinadan belə bir ifadə vermişlər.
39. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
40. Sübutların dəyərləndirməsi baxımından kollegiya hesab edir ki, ümumiyyətlə adları qeyd olunan şahid ifadələri sübut kimi nəzərə alınmamalıdır. Çünki yuxarıda da qeyd olunduğu kimi pul verilərkən şahidlər orada olmamışlar, digər tərəfdən şahid Yasın Qəmbərov cavabdehin dayısı oğlu, Ramiz Atakişiyev xalasının əri, Cavanşir Əliyev isə yaxın münasibətdə olduğu qonşusudur.
41. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tam əsaslıdır. Cavabdeh İddiaçı bir dəfəyə aldığı 800 manat borca görə, iddiaçının deməsinə görə məcbur olub Qiyasın evində 2 dənə ayrı ayrılıqda 2000 manat almağı barədə müqavilə formasında əlyazma yazması dilili isə hər hansı mötəbər sübutlarla təsdiq olunmur.
42. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(013)-2081/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iddia tələbi təmin edilməli, Cavabdeh N manat alınıb İddiaçı verilməli, eləcədə 61 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir.
44. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(013)-2081/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh N manat alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 61 manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.