Məhkəmə qərarları › İş №2(104)-2849/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2849/2023

28.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2849/2023 28.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə payçı olaraq payı tam ödənilmiş qeyri-yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılması bu mümkün olmadıqda ödənilmiş pulun qaytarılması tələbinə dair iş üzrə birinci instansiya məhkəmələri arasında yaranmış məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən onun Xanlar şəhəri, R.Nəsibov küçəsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş, ümumi sahəsi 135,5 kv/m olan qeyri yaşayış sahəsinə və həmin yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş ümumi sahəsi 104 kv/m olan yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılmaqla köçürülməsinə, bu mümkün olmadığı təqdirdə cavabdehə qeyd olunan qeyri yaşayış sahələrinə görə payçı olaraq onun tərəfindən ödənilmiş 58.000 ABŞ dolları pulıun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(125)-6496/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə payçı olaraq payı tam ödənilmiş qeyri-yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılması bu mümkün olmadıqda ödənilmiş pulun qaytarılması tələbinə dair 2(125)-6496/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(066)-1671/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə payçı olaraq payı tam ödənilmiş qeyri-yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılması, bu mümkün olmadıqda ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki işin aidiyyət məsələsinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək belə hesab edir ki, hazırki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə verilməlidir. İş materiallarında görünür ki, hazırki tələb iki hissədən ibarət olmaqla, tələbin birinci hissəsi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən onun Xanlar şəhəri, R.Nəsibov küçəsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş, ümumi sahəsi 135,5 kv/m olan qeyri yaşayış sahəsinə və həmin yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş ümumi sahəsi 104 kv/m olan yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılmaqla köçürülməsinə, ikinci hissəsi isə bu mümkün olmadığı təqdirdə cavabdehə qeyd olunan qeyri yaşayış sahələrinə görə payçı olaraq onun tərəfindən ödənilmiş 58.000 ABŞ dolları pulıun alınaraq ona ödənilməsi ilə bağlıdır. Mübahisəli əmlak Göygöl şəhəri, R.Nəsibov küçəsində yerləşməklə, tələbin birinci hissəsi MPM-nin müstəsna aidiyyətla bağlı 39-cu maddəsinin, Cavabdeh Mənzil Tikinti Kooperativinin hüquqi ünvanı yəni, qeydiyyatda olduğu ünvan ünvan 1 isə MPM-nin 35-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39-cu maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. İş materiallarından görünür ki, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, yəni qeyri-dəqiq olaraq verilmiş, birinci instansiya məhkəməsi isə MPM-nin 151-ci maddəsinin tələblərinə zidd olaraq iddia ərizəsini icraata qəbul etmişdir. Belə olan halda, məhkəmə MPM-nin 259.0.12-ci maddəsinin tələblərinə uyğun olaraq həmin nöqsanların aradan qaldırılması üçün müddət təyin etməli və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırıldığı halda, aidiyyət qaydalarının yuxarıda qeyd edilən prosessual tələblərə uyğun qərar qəbul etməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə payçı olaraq payı tam ödənilmiş qeyri-yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılması bu mümkün olmadıqda ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş Gəncə Şəhər Məhkəməsinə verilməlidir. Məhkəmə prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44-45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə payçı olaraq payı tam ödənilmiş qeyri-yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılması bu mümkün olmadıqda ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş Gəncə Şəhər Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar