Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-287/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi olan (anası) X4 və (atası) X2 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1301/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artıraraq (dəyişdirərək), cavabdehdən 06 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 (əlli) manat rüsumun birdəfəlik olaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1301/2024 saylı qətnaməsi ilə (hakim Nemət Musayev ) iddia qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilmiş və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 06 oktyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməməsi və Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1301/2024 saylı qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə isə, sadəcə 2024-cü il üçün Yaşayış Minimumu haqqında 05 dekabr 2023-cü il tarixli qanuna əsaslanmışdır ki, bu isə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə uyğun deyildir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyəti haqqında heç bir araşdırma aparmamış, onun məhkəməyə bildirdiyi halları qətnamə qəbul edərkən nəzərə almamışdır. Belə ki, o, Goranboy Rayon Məhkəməsinin 2(045)-41/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdən X9 adlı uşağım üçün X3 hər ay 160 (bir yüz altmış) manat aliment ödəyir. Bundan başqa onun xx.xx.2024-cü il təv. X10 adlı bir uşağı da var. Məhkəmə “2024-cü ildə yaşayış minimumu haqqında” qanunu bir uşağa tətbiq etmiş, digər uşaqların və onunmaddi ehtiyaclarımı nəzərə almamışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi olan (anası) X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, oğlu ilə ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və ikinci evliliyindən iki uşağı vardır. Oğlu hazırda ikinci həyat yoldaşı Nərmin ilə barışmış və birlikdə yaşayırlar. Oğlu ustalıq edir və ayda təxminən 300-400 manat pul qazanır. Apellyasiya şikayətinin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1301/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh digər nümayəndəsi olan (atası) X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1301/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən nümayəndələri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1301/2024 saylı qətnaməsi Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 06 oktyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirməli, iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımları nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment 06 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub iddiaçı X6 xeyrinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilməədn saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarına olan : Doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahından 06 oktyabr 2020-ci il təvəllüdlü X8 adlı uşaq doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsindən görünür ki, 06 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 170 manat (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artıraraq (dəyişdirərək), cavabdehdən 06 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 (əlli) manat rüsumun birdəfəlik olaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilmiş və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 06 oktyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməməsi və Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırmaqda haqlı olsa da, onun miqdarını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən etməməklə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində aliment təyin edilərkən, onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə alimentin artırılmış məbləğini hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən etmişdir. Ölkə üzrə 2024-cü il üçün minimum əmək haqqının 345 manat olması və hazırkı iş üzrə artırılmış alimentin məbləğinin hər ay 200 manat sabit pul məbləğində təyin edilməsi nəzərə alınmaqla, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,58 misli həddində (345 x 0,58 = 200,1 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1301/2024 saylı qətnaməsi Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 06 oktyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirməli, iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımları nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment 06 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub iddiaçı X6 xeyrinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilməədn saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1301/2024 saylı qətnaməsi Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(023)-392/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 06 oktyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. İddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımları nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment 06 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub iddiaçı X6 xeyrinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-287/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-287/2025
16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver