Məhkəmə qərarları › İş №2(104)-2912/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2912/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2912/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və icarə haqqının ödənilməsi tələbinə dair ərizəsinin geri qaytarılması barədə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2484/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 1095 manat məbləğində avtomobilə dəymiş maddi ziyanın, 544.50 manat cərimənin əvəzinin və 700 manat icarə haqqının, vəkilə ödənilmiş 80 manat və ödənilmiş 44 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ünvan 1ardadı ilə (hakim R.Məmmədov) İddiaçı Cavabdeh qarşı cavabdehdən borclu olduğu 1095 manat məbləğində avtomobilə dəymiş maddi ziyanın, 544.50 manat cərimənin əvəzinin və 700 manat icarə haqqının, vəkilə ödənilmiş 80 manat və ödənilmiş 44 manat dövlət rüsumu alınıb ona verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qeri qaytarılmışdır. Həmin qərardadla razılaşmayan İddiaçı məhkəməyə şikayət ünvanlayaraq ünvan 1ardadının ləğv edilməsini və iddianın icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(013)-2484/2023 saylı qərardadı ilə həmin şikayət əsassız olduğundan təmin edilməmiş və şikayət baxıldıqdan sonra işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2023- cü il tarixli (104)-2488/2023 nömrəli qərardadı ilə qeyd olunan şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə həmin şikayət qeyri-mümkün hesab edilərək şikayət geri qaytarılması üçün mülki iş ilə birlikdə Ağdam Rayon Məhkəməsinə qaytarılmışdır. Ağdam Rayon Məhkəməsinin 2(013)-2484/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərardadı ilə ünvan 2ardadından verilmiş şikayət baxılmadan İddiaçı qaytarılmışdır. İddiaçı məhkəməyə elektron şikayət ünvanlayaraq ünvan 2ardadının ləğv edilməsini və iddianın icraata alınmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı əsassız və qərəzlidir. Belə ki, MPM-in hər hansısa bir maddəsində cavabdehin faktiki yaşayış yeri üzrə məhkəməyə müraciət etmək məcburiyyəti deyə bir qeyd olmamaqla yanaşı iddiaçı kimi tərəfindən MPM-in 149-cu maddəsində nəzərdə tutulan dövlət orqanından alınmış rəsmi arayış əsasında bütün eyniləşdirmə məlumatları tam şəkildə göstərilmişdir. Bununla yanaşı Qaçqınların və X1 Üzrə Dövlət Komitəsi və Baş Pasport və Miqrasiya İdarəsinə verilmiş sorğuların cavabında da şəxsin faktiki yaşayış yeri barəsində hər - hansısa rəsmi bir məlumat olmadığı təqdirdə onun iddiaçı kimi cavabdehin faktiki yaşayış yerini bilmək kimi bir vəzifə öhdəliyi olmadığı və MPM-in ona belə bir öhdəlik qoymadığı halda məhkəmənin bu əsasla qərardad qəbul etməsi qanunsuz və əsassızdır. Bu səbəbdən hesab edir ki, qərardad ləğv edilməli və iddia ərizəsi icraata alınmalıdır. Ağdam Rayon Məhkəməsinin 2(013)-2484/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)- 2484/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinin əsassız olduğundan təmin edilməməsi, qeyd olunan şikayət ərizəsinin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)- 2484/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(013)- 2484/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həmin işdə cavabdeh qismində göstərilmiş Cavabdeh poçt ünvanı işğal altında olmuş, 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı ünvan 3 ünvanı göstərilməmişdir və cavabdehin faktiki yaşayış ünvanı baradə rəsmi arayışı sənədlərə əlavə edilməmişdir. Məhkəmə hesab etmişdir ki, həmin hal işə baxılarkən ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə maneə ola bilər. Belə ki, qeyd olunan cavabdehin məhkəmə tərəfindən məhkəmə iclaslarına dəvət edilməsi, həmçinin, çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsi də mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İş materialı ilə müəyyən olunur ki, Cavabdeh ünvanı mülki əhalinin yaşamadığı Ağdam şəhəri göstərilmiş, faktiki ünvanı isə göstərilməmişdir. Ona görə də birinci istansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı şikayətinin dəlilində qeyd edir ki, MPM-in hər hansısa bir maddəsində cavabdehin faktiki yaşayış yeri üzrə məhkəməyə müraciət etmək məcburiyyəti deyə bir qeyd yoxdur. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, doğrudur Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin ərizənin MPM-in forma və məzmunundan bəhs edən 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Cavabdehin rəsmi qeydiyyatda olduğu Ağdam şəhərində hazırda mülki əhalinin yaşayışının olmaması işin mübahisəsiz halıdır. Tərəfin istinad etdiyi sübutları məhkəməyə təqdim edilməsi də tərəflərin vəzifəsidir. MPM-in 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Məhkəmə tərəfindən ədalətli qərarın qəbul edilməsi üçün tərəflər məhkəmə iclasına çağırılaraq ixahatları alınmalı bununla da çəkişmə prinsipi təmin edilməlidir. Bunun üçün isə qanunverici iddiaçının öz ərizəsində həm özünün, həm də digər tərəflərin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanını göstərmək vəzifəsini müəyyən etmişdir. İddiaçı isə qanunvericiliyin həmin tələbinə əməl etməmişdir. Odur ki. kollegiya şikayətin həmin dəlili ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməməkdə haqlı olmuşdur. MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2484/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar