Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-294/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X5 və Cavabdeh işтirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh X2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(042)- 235/2022 saylı qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat : İddiаçı İddiaçı cаvаbdеh X2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona məxsus “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi ziyana görə 1580 manat məbləğində pulun, vəkilə çəkdiyi xərcə görə 64 manat və ödənilmiş 36 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu, Çanaqçı kəndində yaşayır. Ona məxsus olan “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 16 oktyabr 2021-ci il tarixdə saat təxminən 01:30-da Gədəbəy-Şəmkir avtomobil yolunun Qaradağ kəndi ərazisindən keçən hissəsində Şəmkir rayonu istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn avtomobil uzaq görmə işıqlarını yandırıb onun görməsinə çətinlik yaratmış və nəticədə həmin vaxt nəzarətsiz olan 4-5 baş camışın Gədəbəy şəhəri istiqamətində gəldiyini və onlardan birinin qəflətən yoluna çıxdığını görmüşdür. O, hadisənin qarşısını almaq üçün əyləci sıxsa da məsafə az olduğuna görə idarə etdiyi avtomobil ilə həmin camışı vurmuşdur. Bu zaman burnundan da xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişdir. Hava qaranlıq olduğuna və camışlar da qara rəngdə olduğuna görə onları uzaqdan görməmişdir. Həmin camışları bir nəfər şəxs haylayıb aparmışdır. Baş vermiş hadisə ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılmış, qəbul edilmiş 15 noyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məlum olmuşdur ki, həmin camışlar cavabdeh X2 məxsusdur. Eyni zamanda həmin qərarla müəyyən edilmişdir ki, cavabdeh camışları nəzarətsiz qoymuş və bununla da ona zərər vurmuşdur. Həmin hərəkətləri ilə cavabdeh İnzibati Xəatalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnаmə çıxarılmasını хаhiş еdir. Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(042)-235/2022 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbi təmin edilməmişdir. İşdə olan sübutlar: Gədəbəy Rayon Polis X4 müstəntiqi X6 17 avqust 2022-ci il tarixli cinayət təqibi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, yuxarıda qeyd olunan hadisəyə görə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gədəbəy RPŞ-nin DYPB-ə göndərilməsi və X2 hadisə nəticəsində dəymiş maddi zərərin ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(042)-235/2022 saylı qətnaməsindən narazı qalan iddiаçı İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Çanaqçı kəndində yaşayır. Ona məxsus olan “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 16 oktyabr 2021-ci il tarixdə saat təxminən 01:30-da Gədəbəy-Şəmkir avtomobil yolunun Qaradağ kəndi ərazisindən keçən hissəsində üzü Şəmkir rayonu istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn avtomobil uzaq görmə işıqlarını yandırıb onun görməyinə mane oldu. Həmin vaxt nəzarətsiz olan 4-5 baş camışın Gədəbəy şəhəri istiqamətində gəldiyini və onlardan birinin qəflətən yoluna çıxdığını görmüş, o, hadisənin qarşısını almaq üçün əyləci sıxsa da məsafə az olduğuna görə idarə etdiyi ‘'VAZ 2106” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil ilə həmin camışı vurdu. Eyni zamanda burnundan xəsarət aldığı üçün xəstəxanaya müraciət etdi. Hava qaranlıq olduğuna və camışlar da qara rəngdə olduğuna görə onları uzaqdan görmədi. Həmin camışları bir nəfər şəxs aparırdı. Həmin şəxs dayanmadan camışların qalanını aparır oradan uzaqlaşdı. Hadisə zamanı o, avtomobildə tək idi. Baş vermiş hadisə ilə əlaqədar Gədəbəy rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılmış, qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla onun əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məlum olmuşdur ki, həmin camışlar X2 məxsusdur. Eyni zamanda həmin qərarla müəyyən edilmişdir ki, X3 ona məxsus bir baş camışı avtomobil yolunda nəzarətsiz qoymuş və bununla da, ona maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə də X3 Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. X3 ona məxsus bir baş camışı avtomobil yolunda nəzarətsiz qoyması və nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə cəmi 1580 manat maddi ziyan dəymişdir. Bu barədə ziyan aktı tərtib edilmişdir. Məhkəmə işə baxarkən baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirinin olmadığını qənaətinə gəlmişdir. O, məhkəmə tərəfindən müəyyən edilmiş bu halı qəbul etmir. Belə ki, cavabdehin heyvanları yola nəzarətsiz buraxması halı mübahisələndirilmir. Ən azından bu hissədə cavabdehin təqsiri vardır və o, inzibati məsuliyyətə cəlb edilməlidir. Cavabdeh özü də izahatında bildirmişdir ki, onun heyvanlarını heç kəs haylamamışdır. Bu da onu sübut edir ki, cavabdeh həqiqətən heyvanları avotmobil yoluna nəzarətsiz şəkildə buraxmışdır. Məhkəmə bu halı düzgün araşdırsaydı baş vermiş hadisədə həqiqətən cavabdehin təqsirli olması qənaətinə gələrdi. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, baş vermiş hadisəyə görə o, Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün məsuliyyətə cəlb edilmiş və 40 manat cərimə olunmu və cərimə məbləğini ödəmişdir. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 izahat verib bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də baş vermiş hadisə də təqsirkar cavabdeh olmuşdur. Belə ki, gecə vaxtı mal-qaranı sahibsiz şəkildə çöldə buraxması işin mübahisəsiz halıdır ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 47-ci maddəsinin tələbini pozmuşdur. Buna görə də hesab edir ki, cavadbehin iddiaçıya zərər vurması öz təsdiqini tapır. Buna görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, onun məsuliyyətini müəyyən edən Gədəbəy Rayon Polis Şöbəsinin 15 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar onun şikayəti əsasında məhkəmə tərəfindən ləğv edilmiş və yenidə araşdırma aparılaraq Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən 17 avqust 2022-ci il tarixli cinayət təqibi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir ki, həmin qərarla da iddiaçının təqsirli olması sübut olunmuş və o, cərimə olunmuşdur. Camışının ölməsi nəticəsində ona da 2000 manata yaxın maddi zərər dəymişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, həmin vaxtı o, hadisə yerində olmamışdır. Camışlar özləri örüşə gedib-qayıdırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu: Maddə 47. İV. Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Malqara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı maddi ziyanın cavabdehin təqsirli, hüquqa və ya qanunazidd əməlləri nəticəsində vurulması halını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə 16 oktyabr 2021-ci il tarixdə saat təxminən 01:30 radələrində cavadbeh camışlarını nəzarətsiz qoymuş, iddiaçı isə yol hərəkəti haqqında qaydaların tələbini pozaraq idarə etdiyi avtomobillə cavadbehə məxsus camışı vurmuş, nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymiş, cavadbehin camışı isə ölmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi polis orqanı tərəfində araşdırılmış və Gədəbəy Rayon Polis Şöbəsinin 17 avqust 2022-ci il tarixli cinayət təqibi başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmiş və İddiaçı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin təkibi olması əsası ilə onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gədəbəy RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmıdşır. İşin mübahisələndirilməyən halı kimi isə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş və cərimə onun tərəfindən ödənilmişdir. Cavabdeh gecə saatlarında heyvanlarını nəzarətsiz buraxdığından onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 47-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin, iddiaçının avtomobilinə zərərin dəyməsi onun tərəfindən yol hərəkəti qaydasının pozması ilə əlaqədar öz təqsiri nəticəsində baş vermişdir. Buna görə də cavadbeh zərərin ödənilməsinə görə məsuliyyət daşımamaqdadır. Beləliklə, yuxarıda göstərilələrə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməyən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(042)-235/2022 saylı qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(042)-235/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.