Məhkəmə qərarları › İş №2(104)-2988/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2988/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2988/2023 26.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3632/2023 saylı mülki iş üzrə 07 noyabr 2023cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Nik-X1 Ceyhun Mikayıl oğluna qarşı 5.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 70 manat, cəmi 5.070 manat manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3632/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 70 manat, cəmi 5.070 manat manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə Cavabdeh rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3632/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3632/2023 nömrəli qərardadına əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3632/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardadın surəti poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti verilmə müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3632/2023 nömrəli qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3632/2023 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(125)-3632/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 3632/2023 nömrəli qərardadından Cavabdeh şikayəti məhkəməyə daxil olmuşdur. Cavabdeh həmin şikayətində göstərmişdir ki, o, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3632/2023 nömrəli qətnaməsini xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. xx.xx.2023-cü il tarixdə isə o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini vermə müddətini ötürməsi ilə bağlı haqlı olaraq Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3632/2023 nömrəli qərardadı qəbul edilmişdir. O, şəhid ailəsidir və ümumi xəstəlikdən əziyyət çəkir. O, qətnaməni aldığı gün xəstə olduğu üçün xəstəxanaya müalicə almağa getmişdir. Hazırda da onun stansionar və ambulator müalicələri davam edir. Buna görə də Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3632/2023 nömrəli qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Lakin, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 3632/2023 nömrəli qərardadı ilə onun ərizəsi qanunsuz olaraq təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3632/2023 saylı mülki iş üzrə 30 noyabr 2023cü il tarixli qərardadı ilə (hakim:C.Quliyev) şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3632/2023 saylı mülki iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda adıçəkilən prosessual normaların tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəf 1 ay müddətində şikayət verə bilər. İş materiallarının 40-cı vərəqində olan məhkəmə qəbzindən görünür ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh 11 iyul 2023-cü il tarixdə şəxsən qəbzə imza etməklə götürmüşdür. Cavabdeh tərəfindən isə qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində qətnamədən apellyasiya şikayəti verilməmiş və müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsi barədə hər hansı bir mötəbər sübut növü prosessual müddətin bərpası barədə ərizəyə əlavə edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3632/2023 saylı mülki iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadı işin hallarına uyğundur. Qərardad qəbul edilərkən prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası həmin qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3632/2023 saylı mülki iş üzrə 07 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar