Məhkəmə qərarları › İş №2(104)-301/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-301/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-301/2023 27.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 ogluna qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(125)-254/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 ASC Cavabdeh1 qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 əsas borc üzrə 20205.59 manat, faiz borcu üzrə 2197.27 manat, cərimə 44.80 manat, cəmi 22477.66 manat və ödənilmiş 157.34 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat, 30 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 otaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 itaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı1 ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 otaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 otaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(125)-254/2022 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh1 əsas borc üzrə 19705.59 (on doqquz min yeddi yüz beş manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 4127.12 (dörd min yüz iyirmi yeddi manat on iki qəpik) manat, cərimə 20 (iyirmi) manat, cəmi 23852.71 (iyirmi üç min səkkiz yüz əlli iki manat yetmiş bir qəpik) manat və ödənilmiş 157.34 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat, 30 manat xidmət haqqı tutularaq, "xxxx" ASC-nə ödənilməsi, tutma öhdəliyin təmini kimi Cavabdeh1 məxsus Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 otaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin və həmin mənzilin açıq hərracdan satılması, ilkin satış qiyməti 45000 (qırx beş min) manat məbləğində qiymətləndirilmiş Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 otaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına cəmi 23852.71 (iyirmi üç min səkkiz yüz əlli iki manat yetmiş bir qəpik) manat və ödənilmiş 157.34 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat, 30 manat xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nə olan borc ödənilməsi, tutma Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 otaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 otaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh1 və digər şəxslər həmin fərdi yaşayış evindən çıxarılması, Göygöl rayonu, Mixaylovka kəndində yerləşən, 3 otaqlı, 105.9 kv.m ümumi, 33.4 kv.m yaşayış, 72.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi boşaldılsın və "xxxx" ASC-nə təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə ekspertiza xərci 200 (iki yüz) manat , Cavabdeh1 tutularaq, VÖEN:-**********, h/h:AZ66AİİB********************, Kapital Bank-ın Nəriman Nərimanov filialı kod:200093, VÖEN:**********, m/h AZ37NABZ********************, S.W.İ.F.T. AİİBAZ2X ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin əsas və faiz borcu, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin qeyd olunan hissədə yenidən araşdırılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu şişirdilmişdir və real məbləği əks etdirmir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə qeyd olunan halları lazımınca araşdırmamış və qiymət verməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək faiz borcunu 4127.12 manat kimi tələb etmişdir. Halbuki ilkin ərizədə faiz borcuna dair tələb 2197.27 manat olmuşdur. Birdən-birə iki qat faizin artması ilə bağlı məhkəmə heç bir araşdırma aparmamış, ərizəni icraata götürməklə təmin etmişdir. Ona görə də mühasibatlıq ekspertizası keçirilməklə əsas və faiz borcunun dəqiq müəyyən olunduqdan sonra işə baxılmalıdır. Məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti də düzgün müəyyən edilməmişdir. Belə ki, hazırda həmin evin qiyməti 70-80 min manatdan artıqdır. Lakin özəl şirkət olan qiymətləndirmə şirkəti qiyməti çox az müəyyən etmişdir. Kredit borcu üzrə ödənişlər etsə də həmin ödənişlər nəzərə alınmadan şişirdilmiş borcun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmədən, iddiaçı tərəfin maraqlarına uyğun qətnamə qəbul etmişdir. Məhkəmə heç bir dəlil və sübuta istinad etməyərək araşdırmalı olan halları araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 ASC-nin nümayəndəsi X3 izahat verərək göstərmişdir ki, Cavabdeh1 müqavilə üzrə öhdəliyi yerinə yetirmiş və onun banka borcu qalmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçıya olan borcunu tam ödədiyini, bu səbəbdən də apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi dinləyərək, cavabdehin imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 Gəncə Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(125)-254/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya şikayətindən imtinanın təmin edilməməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(125)-254/2022 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi Azərbaycan Respublikasının MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 400 manatin - 200 (iki yüz) manatı iddiçı "xxxx" ASC-dən, 200 (iki yüz) manatı isə Cavabdeh1 tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh1 Gəncə Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(125)-254/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə yazılı ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 400 (100+100+200=400) manatin 200 (iki yüz) manatı iddiçı "xxxx" ASC-dən, 200 (iki yüz) manatı isə Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar