Məhkəmə qərarları › İş №2(104)-303/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-303/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-303/2025 27.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 21000 (iyirmi bir min) ABŞ dolları və dövlət rüsumu kimi ödənmiş 198 (yüz doxsan səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Həvayət Məhəmmədi) iddia təmin edilmiş, Cavabdeh 21000 (iyirmi bir min) ABŞ dollar pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198 (bir yüz doxsan səkkiz) manat alınıb tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə tanışdırlar. Onların arasında ticarət əlaqəsi olmuşdur. Onlar şərikli ticarətlə məşğul olduğu üçün ticarət etdiyi müddətdə bir-birinə müəyyən məbləğdə borcu olmuşdur. O, İddiaçı şərikli ticarətlə məşğul olmaq üçün 9000 dollar pul götürmüşdür. Sonra isə həmin pulu iddiaçıya ödəmişdir. Onun iddiaçıya olan tək borcu 4000 dollar gəlir borcu olmuşdur. İddiaçı isə haqsız yerə ondan 21000 dollar pul tələb etmişdir. Onlar iddiaçı ilə şərikli ticarətlə məşğul olmuşlar. İddiaçı ona 9000 dollar borcu şərikli olaraq gəlir əldə etmək məqsədi ilə vermişdir. Onun iddiaçıya 4000 dollar gəlir borcundan başqa heç bir borcu olmamışdır. Hesab edir ki, iddiaçının bu tələbi əsassızdır və o, onun hesabına varlanmaq istəyir. Həmçinin qeyd edir ki, iddia ərizəsi 4000 ABŞ dollarına münasibətdə iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, onun bu iddiası rədd olunmalıdır. Məhkəmə isə bu mühüm halı nəzərə almadan qətnamə qəbul etmişdir. Bununla da qanun pozuntusuna yol vermişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh İddiaçı 4000 ABŞ dollar borcu olmasını qəbul edir və həmin borcunu qaytarmağa hazırdır. İşdə olan borc qəbzlərini cavabdeh imza etsə də, 17.000 ABŞ dolları borcu cavabdehin qaynatasının borcudur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki,cavabdehlə onun arasında ticarət əlaqəsi olmuş və bu məqsədlə 2022-ci ilin yanvar ayından başlamaqla, Nurlana 5 dəfəyə 26.000 dollar pul vermişdir. Nurlan ona gəlirdən pay və sonda qoyduğu mayanı qaytarmalı idi. Həmin pula 5 maşın vurmuş və xx.xx.2022ci ildə ona 9000 dollar vermişdir. Lakin cavabdeh xaricə mal vursa da, ona gəlirdən pay verməmiş, 2023-cü ilin avqust ayında Azərbaycana gəlmiş, cavadeh ona bildirmişdir ki, ziyan olub, o, noyabr ayında çıxıb getmiş, 17000 dolları maya borcu qalmışdır. Aralarında üzləşmə olmuş, 17000 ABŞ dolları borcu olmasına dair ona yazılı iltizam da vermişdir. Sonradan ona yenidən xahiş etmişdir ki, malları gömrükdədir və yola salmaq üçün 4000 dollar borc istəmiş və həmin pulu da yazılı sənədə imza etdirməklə cavabdehə vermişdir. 2024-cü ilin aprel ayına kimi Nurlanla aralarında telefon danııqları və SMS-lər olmasına baxmayaraq, cavabdeh ona qalmış borcunu ödəməmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış iltizamlardan və üzləşmə aktından görünür ki, İddiaçı ilə aralarında olan alış-verişlə əlaqədar apardıqları üzləşmədən sonra, İddiaçı 17000 dollar boru qaldığını və həmin borcunu 6-8 ay müddətində hissə-hissə və bir dəfəyə ödəyəcəyini öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli iltizamda Cavabdeh İddiaçı əlavə 4000 dallar götürdüyünü və bir ay müddətində qaytaracağını qeyd edərək imzalamışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 21000 (iyirmi bir min) dolları və dövlət rüsumu kimi ödənmiş 198 (yüz doxsan səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında şərikli ticarət münasibətləri olmuş, bu bu məqsədlə 2022-ci ilin yanvar ayından başlamaqla, iddiaçı cavabdehə 5 dəfəyə 26.000 dollar pul vermişdir. Bu puldan 9000 dollar qaytarmış və sonra isə cavabdeh ziyanlıq etməsi səbəbi ilə pulu geri qaytarmamışdır. Cavabdeh xx.xx.2023cü il tarixdə imzalanmış iltizamlar və üzləşmə aktı ilə İddiaçı 17000 dollar borcu qaldığını və həmin borcunu 6-8 ay müddətində hissə-hissə və bir dəfəyə ödəyəcəyini öhdəsinə götürmüş, həmçinin xx.xx.2023-cü il tarixli iltizamda Cavabdeh İddiaçı əlavə 4000 dallar götürdüyünü və bir ay müddətində qaytaracağını qeyd edərək imzalamışdır. Məhkəmə kollegiyası tərəflər arasında yuxarıda qeyd edilən üzləşmə aktlarının və yazılı iltizamların mövcudluğunu nəzərə alaraq, hesab edir ki, onlar arasında olan münasibətlər borc münasibətləridir və borc müqaviləsinin yazılı formada və müddətli bağlanılmasını qəbul edir. Azərbaycan Respublikası MM-nin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar